layihənin məhsulunun gələcək fəaliyyətini və təsirini göstərir.
nəticələr əsas məqsədə istiqamətlənərək layihənin hədəf qrupunun “qazancını” ölçülə bilən və aydın şəkildə ğöstərməlidir.
layihənin hədəf seçdiyi problemlə əlaqədar vəziyyətin necə dəyişəcəyini təsvir edir (yəni nəticə nəyin dəyişəcəyinə və inkişafına xidmət edəcək: icma layihənin nəticəsi sayəsində, və yaxud nicədən istifadə etməklə necə inkişaf edəcək).
layihənin məhsulu (output) ilə bağlıdır və həmin məhsulun hədəf qrupuna vərəcəyi xeyirlə ümumi məqsədi əlaqələndirir.
layihəni icra edən təşkilat və tərfdaşlara fəaliyyətləri düzgün planlaşdırmaqda yol göstərir.
fəaliyyətlərin seçilməsi və icrasını tənzimləyir.
ölçülməsi və qiymətləndirilməsi mürəkkəb olur.
Layihənin məhsulları (outputs)
qısa müddətdə əldə edilən nəticədir.
hədəf qrupuna təhvil veriləcək mal, qurğu, xidmət və s. təsvir edir.
məhsullar nəticə və ümumi məqsəddən fərqli olaraqdaha dəqiq və ölçülə biləndir.
ölçmək və qiymətləndirmək üçün meyarları və gösəriciləri hazırlamaq asandır.
məhsullar adətən problemin köklərinə istiqamətlənməlidir.
ehtiyaclar düzgün qiymətləndirilməlidir ki, məhsul keyfiyyətli alınsın və “yerinə düşsün”.
Göstəricilər (Indicators) –adətən məntiqi çərçivə yanaşmasına yazılır, amma donorun tələbinə əsasən yazılı hissədə də ola bilər. Göstəricilər:
•təşkilatı layihəni qiymətləndirmək üçün ölçülə bilən “əsas”larla təmin edir
•nəticələrin əldə olunmasını yoxlamağa imkan yaradır
layihənin monitorinq sisteminin əsasını təşkil edir
•kəmiyyət, keyfiyyət və vaxt (müddət) haqqında dəqiq məlumat verir
Aşağıdakılar əməl etmək məsləhətdir:
Büdcəniz məhz layihə təklifinizin izahat hissəsində olanları əks etdirsin.
Bütün təfsilatları: maaşlar, işə sərf olunan vaxt, əlavə güzətlər, yol xərci, gündəlik xərclər və qonorarları və s. göstərin.
Məsrəf tələb edən bütün bəndləri büdcəyə daxil edin
Bütün istəklərinizi əsaslandırmaq iqtidarında olun
Aşağıdakılar məsləhət deyil:
Büdcəyə müəmmalı və gözlənilməz bəndlər daxil etmək
Təfsilatını açıqlaya bilmədiyiniz xərclər(əlavə, sair xərclər) yazmaq