22. Layihələrdə monitorinq və qiymətləndirmə dövriyyəsinin mərhələləri və əsas xüsusiyyətləri hansılardır? MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ DÖVRİYYƏSİ
Monitorinq və qiymətləndirmə dövriyyəsində dörd əsas mərhələ vardır:
monitorinq və qiymətləndirmə üzrə planlama monitorinq qiymətləndirmə öyrənmə və təkmilləşmə üçün tapıntılardan istifadə Monitorinq və qiymətləndirmə dövriyyəsində
PLANLAMA əsas mərhələ hesab olunur. Bu mərhələdə təşkilatlar aşağıdakı suallar ətrafında düşünməlidir:
Biz bunu nə üçün və kim üçün etmək istəyirik?
Biz nəyi yoxlayacaq və qiymətləndirəcəyik?
Biz bunu necə edəcəyik?
Bunu kim edəcək və bizim lazımi bacarıqlarımız varmı?
Biz bunu nə vaxt edəcəyik?
Kənar dəstək daxil olmaqla hansı resurslara ehtiyacımız olacaq?
Biz aldığımız məlumatla nə edəcəyik?
MONİTORİNQ hədəflərə nail olmaqla proqramın gedişatını izləmək və idarəetmə qərarlarına istiqamət vermək üçün məlumat toplama, təhlil və tətbiq etmə üzrə sistematik fəaliyyət prosesidir. Monitorinq adətən fəaliyyətlərin harada və nə zaman baş verməsi, kimlərin öhdəliyində olması və hansı sayda insan və ya müəssisə üçün fayda verməsi kimi proseslərə yönəlmiş əməliyyatdır.
Monitorinq proqram başladıqdan sonra aparılır və proqramın icra müddəti boyunca davam edir. Monitorinq dörd əsas məqsədi özündə birləşdirən layihə və proqramlar üzrə ardıcıl və müntəzəm məlumat toplusudur:
Gələcəkdə tətbiq və fəaliyyətləri yaxşılaşdırmaq üçün təcrübələri öyrənmək;
İstifadə olunan resursların və alınmış nəticələrin daxili və xarici hesabatlılığına nail Olmaq.
Təşəbbüsün gələcəyi barədə əsaslı qərar qəbul etmək;
Təşəbbüs üzrə faydalananların hüquq və imkanlarının genişləndirilməsini təşviq etmək.
Belə ki, monitorinq layihə, proqram, sektor və milli səviyyədə inkişaf tədbirləri üzrə daxili resurs, fəaliyyət,gözlənilən nəticə, nəticə və təsirlərin müntəzəm izlənməsini təcəssüm etdirir.
Daxili resurs/qoyuluş/input, fəaliyyət/activities, gözlənilən nəticə/məhsul/ilk nəticə/output, nəticə/outcome və təsir/impact kimi anlayışları aydınlaşdırsaq aşağıdakı qənaətə gələrik.
Daxili resurs/Input dedikdə gözlənilən nəticənin əldə olunmasında və təslimində iştirakı olan bütün resurslar nəzərdə tutulur. Daxili resurs "işi həyata keçirmək üçün istifadə etdiklərimiz"dir. Məsələn, hər hansı bir layihədə maliyyə, işçi heyəti, avadanlıqlar, nəqliyyat vasitələri və məkan daxili resurs hesab olunur.
Fəaliyyətlər/Activities arzuolunan, gözlənilən və son nəticələrə nail olmaq üçün bir sıra daxili resurs tətbiq edən proses və ya tədbirlərdir. Mahiyyət etibarilə, fəaliyyətlər "bizim nə etdiyimiz"dir. Məsələn, İİV və QİÇS layihəsində ictimaiyyəti ehtiyat tədbirləri ilə məlumatlandırmaq məqsədilə icma görüşlərinin keçirilməsi, layihənin gedişatına nəzarət etmək üçün dövri məlumatların toplanılması kimi fəaliyyətləri görə bilərik.
Gözlənilən nəticə/məhsul/ilk nəticə/Output təslimat üçün hazırlanmış yekun məhsul və ya əmtəə və xidmətlərdir. Yəni, gözlənilən nəticələr "bizim nə istehsal və ya təslim etdiyimizdir". Bunlar layihə ilə əlaqəli nəticələrin ilkin səviyyəsidir. Başqa sözlə, onlar adətən layihənin qısa müddətdə əldə etdikləridir. Məsələn, İİV və QİÇS layihəsində gözlənilən nəticələrə aiddir: icma səviyyəsində keçirilən maarifləndirmə görüşlərinin sayı, Antiretrovirus terapiyasına (ART) yönləndirilmiş İİV və QİÇS xəstəliyinə yoluxmuş şəxslərin sayı.
Nəticə/Outcome dedikdə gözlənilən xüsusi nəticələri əldəetmənin nəticəsi olan xüsusi benefisiarlar üçün orta müddətli nəticə başa düşülür. Bunlar layihə ilə əlaqəli nəticələrin ikinci səviyyəsidir. Nəticə müəssisənin planında göstərilən strateji məqsəd və vəzifələrlə açıq şəkildə əlaqəli olmalıdır. Nəticə "bizim nəyə nail olmaq istədiyimiz"dir. Məsələn, təhlükəsiz su layihəsində "xlorlanmış içməli sudan istifadə edən ev təsərrüfatlarının sayının faiz göstəricisi" və ya "ishaldan əziyyət çəkən uşaqların sayının faiz göstəricisi".
Təsir/Impact yoxsulluğun azaldılması, iş yerlərinin yaradılması və s. fəaliyyətlər istiqamətində gözlənilən uzunmüddətli (xüsusi) nəticələrə nailolma prosesidir. Yəni, bunlar layihə nəticələrinin üçüncü səviyyəsidir və layihənin uzunmüddətli sonluğu hesab olunur. Məsələn, yoxsulluq dərəcəsinin azalması, uşaq ölümü göstəricilərinin azalması.
Monitorinqin əsas nəticəsi kimi “Nəyi dəyişmək istədiyimizi və nəyə nail olmaq istədiyimizi” hansı resurslardan necə istifadə etməklə, hansı tədbirlər/fəaliyyətlər vasitəsilə, hansı xidməti göstərməklə və ya hansı məhsulu verməklə müəyyənləşdirməkdən ibarətdir.
QİYMƏTLƏNDİRMƏ tamamlanmış layihə və ya proqramı (və ya cari layihə və proqramın tamamlanmış mərhələsini) mümkün qədər sistematik və obyektiv şəkildə dəyərləndirir. Qiymətləndirmələr layihə və ya proqramın gələcəkdə yaxşılaşmasına gətirib çıxaracaq strateji qərarlardan xəbər verən bilgi və məlumatları ölçür.