16 Layihənin təşkilati struktur modellərini xarakterizə edin Layihə idarəedilməsinin təşkilati strukturu – layihənin elementləri arasındakı əlaqə və münasibətlərdir.Təşkilati struktur – layihənin sxemi, onun şaquli və üfüqi quruluşudur. İstənilən layihə şaquli və üfüqi istiqamətlər üzrə qurulur. Üfüqi quruluş - şöbə və bölmələr, şaquli quruluş isə vəzifə iyerarxiyası və tabeçilik sistemidir.
Layihənin təşkilati strukturlaşdırılması bölgüsünə aşağıdakı əsaslar daxil olmalıdır:
➢ Layihənin böhranı zamanı cavabdeh şəxslərin idarəetmə bacarıqları;
➢ Mövcud resurslara və təşkilati struktura nəzərən layihənin müxtəlif elementləri üçün məsuliyyət bölgüsü;
➢ Dəqiq, zəruri xərclərin qiymətləndirilməsi - maliyyə,vaxt və material;
➢ Planlaşdırma, büdcə, dəyər nəzarəti üçün vahid bazanın yaradılması;
➢ Mühasibat uçotu sistemi ilə layihənin koordinasiyası;
➢ Layihəsubyektləriüçünlayihəməqsədlərinin dəqiqləşdirilməsi;
➢ Müqavilələrin müəyyənləşdirilməsi.
Layihənin təşkilati struktur modelləri
Layihənin tam həyat dövründə onun idarə edilməsi üçün müxtəlif struktur modellər qurulur. Bu modellər layihənin strukturu əsasında qurulur. Beləliklə, layihənin strukturu layihənin idarə edilməsinin müasir metodologiyasında əsas elementlərdən biri sayılır. Layihələrin strukturu dekompozisiya edilmiş ierarxiya şəklində təsvir edilir. Layihələrin strukturu aşağıdakI tələblərə cavab verməlidir:
Layihələrin dekompozisiya edilmiş ierarxiyasının hər bir səviyyəsindəki bütün elementlər müəyyən qiymətlər ilə əhatə olunmalıdır.
Layihənin ierarxiyasının hər bir səviyyəsindəki onun elementlərini xarakterizə edən parametrlərin sayı eyni olmalıdır.
Layihənin ierarxiyasının ən aşağı səviyyəsindəki elementlər (işin həcmi, qiyməti, tələb olunan resurslar, icraçılar, digər elementlər ilə əlaqələri və s.) daha da ətraflı xarakterizə olunmalıdır.
Layihədəki iştirakçılar arasında münasibətlərin qurulması və sənədləşmə işləri onun strukturu əsasında aparılır. Bu səbəbdən kiçik struktur dəyişikliklərinə baxmayaraq layihənin həyat
dövründə əvvəldən axıra kimi qəbul edilmiş struktur istifadə edilir.Layihə, strukturlaşmış bir obyekt kimi bütün formal qaydalara və məntiqi fikirlərə tabe olaraq layihələrin idarə edilməsi metodlarının əsasını təşkil edir. Layihənin strukturlaşdırılması üçün əsas şərtlərdən biri struktur elementlərinin kodlaşdırılmasıdır. Bu kod layihənin bütün sənədlərində öz əksini tapmalıdır. Bu sənədlərə texnoloji, iqtisadi, maliyyə, təşkilati, idarəetmə və s. digər növlü sənədlər daxildir. Layihənin elementlərinin struktur kodu onun qiymət, vaxt, ehtiyat, icraçı və s. digər elementləri kimi hesablama prosedurunu formalaşdırır və bütün iştirakçıları tələb olunan Layihənin strukturu bir neçə səviyyələrə parçalanaraq müxtəlif aspektlərdə təsvir edilir. Bundan başqa layihənin idarə edilməsi üçün onun ana strukturu əsasında bir neçə digər struktur modellər qurulur.
Strukturların əsas modelləri.
Funksional strukturda menecment rəhbərliyin tabeliyində olan funksional menecerlər qrupu vasitəsilə həyata keçirilir.Funksional bölmələr arasında koordinasiyaya ehtiyac yaranır.
Matris strukturlu layihələrdə layihə meneceri başda olmaqla problemlərin həlli üçün müvəqqəti layihə qrupları yaradılır.Layihə rəhbəri ilə funksional şöbələr arasında qarşılıqlı əlaqə üfüqidir, bu əlaqə ənənəvi idarəetmə vertikal iyerarxik funksional strukturu əlaqələri ilə üst-üstə düşür, matrisin qarşılıqlı əlaqəsini təşkil edir. Layihə strukturu- Layihə ilə əlaqəli konkret tapşırıqların həlli üçünişçiqruplartəşkilolunur,layihəbitdikdənsonra buraxılır.Cəlb olunmuş personal və resurslar əvvəlki funksional bölmələrinə qayıdırlar.Bu hissə, xüsusi bir vahid yaratdığımız kimi uzunmüddətliinkişafproblemlərinihəlletməküçünlayihə rəhbərlərinin xüsusi tapşırıqlarının icrasına fokuslanır.