1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə7/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   2   3   4   5   6   7   8   9   10   ...   41
Layihe menecmenti son

Layihənin fazaları
Layihənin həyat dövrünü əhatə edən dörd fazalardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Konsepsiya fazası. Bu fazada layihənin konsepsiyası işlənilir.
Layihənin konsepsiyasına daxildir:

  • Layihənin mövcud vəziyyətinin təhlili və bu haqda məlumatların toplanması;

  • Layihələrin dəyişdirilməsi zərurətinin təyin edilməsi və təsdiqi;

  • Layihənin məqsədini,​texniki​tapşırığı və nəticəsini müəyyənləşdirmək;

  • Layihənin tələblərini, məhdudiyyətlərini, şərtlərini və meyarını müəyyənləşdirmək;

  • Layihədəki riskləri müəyyənləşdirmək;

  • Layihənin mühitini və iştirakçılarını müəyyənləşdirmək;

  • Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək.

Planlaşdırma fazası. Bu fazaya layihənin əsas komponentlərinin işlənməsi və onun yerinə yetirilməsi üçün hazırlıq işləri daxildir.
Burada aşağıdakı işlər yerinə yetirilir:

  • layihənin rəhbəri təyin olunur;

  • layihənin komanda heyyəti müəyyənləşdirilir;

  • layihə sifarişçisinin tələbləri öyrənilir, digər iştirakçılar müəyyənləşdirilir və kontraktlar bağlanılır;

  • layihənin son nəticəsi və məhsul müəyyənləşdirilir; məhsulun keyfiyyət standartları müəyyənləşdirilir; layihənin strukturu işlənilir;

  • əsas işlər yerinə yetirilir;

  • tələb olunan ehtiyatlar müəyyənləşdirilir;

  • işlərin yerinə yetirilmə planı hazırlanır;

  • layihənin ierarxiya strukturu qurulur, dekompozisiya olunur və WBS struktur hazırlanır;

  • layihənin təqvim planı hazırlanır;

  • layihənin smetası və büdcəsi müəyyənləşdirilir;

  • layihələrin idarəetmə proseduru və monitorinq sistemi müəyyənləşdirilir;

  • layihənin təqvimetmə mexanizmi hazırlanır;

  • layihənin davam etdirilməsi üçün razılıq əldə olunur.

İcra fazası. Bu fazaya layihənin məqsədinə çatmaq üçün yerinə yetirilən işlər çoxluğu nəzərdə tutulur və aşağıdakı işlər yerinə yetirilir:

  • alqı-satqı üzrə kontraktların bağlanması; idarəetmə sisteminin tam işə salınması; işlərin yerinə yetirilməsi;

  • layihə iştirakçılarının əlaqələndirilməsi;

  • layihənin komanda heyyətinin stimullaşdırılması;

  • layihənin texniki spesifikasiyası və onun təfsilatı ilə layihələndirilməsi;

  • iş bölgüsünün operativ aparılması və planlaşdırılması; işlərin yerinə yetirilməsinə nəzarət sisteminin tətbiq edilməsi;

  • layihənin maddi-texniki təminatının həyata keçirilməsi; layihədə nəzərdə tutulan tikinti-quraşdırma, işəsalma kimi işlərin yerinə yetirilməsi;

  • layihənin​monitorinqi,​işlərin koordinasiyası, proqnozlaşdırma və tənzimləmə işlərinin yerinə yetirilməsi;

  • layihədəki işlərin keyfiyyətinə nəzarət edilməsi;

  • layihədəki vaxt, qiymət və digər parametrlərin idarə

  • edilməsi;

  • yaranmış problemlərin dərhal həll edilməsi.

Montorinq və nəzarət fazası. Nəzarət nədir və nə üçün lazımdır? Menecment jarqonunda 'nəzarət' 'müşahidə' anlayışı ilə bərabər tutulur ki, bu da mandatların həyata keçirilməsi və nizam-intizamın qorunub saxlanmasında uğursuzluqlara, qeyri-səmərəlilik və zəif məhsuldarlığa xüsusi diqqətin yönəldilməsi ilə institusional fəaliyyətə ümumi baxış anlamına gətirib çıxarır. Nəzarət qurum, müəssisələr tərəfindən aparılır və təşkilatı 'müşahidə' və 'diqqətli baxış' funksiyaları ilə təmin edir. Audit, qiymətləndirmə, monitorinq, yoxlama və tədqiqat kimi fundamental elementlər vasitəsilə nəzarət təşkilata səmərəliliyi, məhsuldarlığı inkişaf etdirməkdə və bütövlüyü qorumaqda yardımçı olur.
Monitorinq və qiymətləndirmə kimi yoxlama, audit, gözdən keçirmə və tədqiqat funksiyaları nəzarət tədbirləri hesab olunsa da, hər biri fərqli məqsədə və rola malikdir və monitorinq və qiymətləndirmə anlayışları ilə qarışdırılmamalıdır.
Tədqiqat bu və ya digər mövzuda biliklərin artması və ya töhfə vermək məqsədilə həyata keçirilən sistematik yoxlamanı özündə əks etdirir. Ümumilikdə, tədqiqat qiymətləndirmə və digər yoxlama alətlərini məlumatla təmin edə bilir, lakin təkbaşına qərarqəbuletmədə iştirak edə bilmir.
Sürətli qiymətləndirmə və ekspert rəyi kimi müşahidə/gözdən keçirmə qiymətləndirmədən fərqlidir və monitorinqlə sıx şəkildə əlaqəlidir. Onlar dövri və ya xüsusilə təyin olunmuş vaxtlarda həyata keçirilir və təşəbbüslərin icrasının qeyri-ciddi qiymətləndirilməsi hesab olunur və metodologiyada qiymətləndirmə üzrə lazımi prosedurlar və ya ciddi tədbirlər tətbiq etmirlər.
Monitorinq (AŞ) “rəhbərliyi və əsas maraqlı tərəfləri məqsədlərə nə dərəcədə nail olunması və ayrılmış vəsaitin istifadəsi ilə bağlı davamlı inkişaf edən fəaliyyət və göstəricilər üzrə məlumatın sistemli şəkildə toplanması ilə təmin edən davamlı funksiyadır” (İƏİT/İYK).
Monitorinq - Fəaliyyətlərin davamlı müşahidəsi, hərtərəfli təhlili və korreksiyasıdır, yəni gedişatın qiymətləndirilməsi və yayınmaların müəyyənləşdirilməsi üçün icra prosesi müddətində fəaliyyətlərin gündəlik izlənməsi deməkdir.
Qiymətləndirmə cari və bitmiş proqram/layihələrin müəyyən zaman çərçivəsində aktuallığını, səmərəliliyini və nəticəliliyini sistematik və obyektiv şəkildə qiymətləndirməyə təşəbbüs göstərən fəaliyyətdir.
Audit resursların iqtisadi və səmərəli istifadəsini təmin etmək üçün idarəetmə üsullarının adekvatlığının qiymətləndirilməsidir.
Yoxlama normativlərə, yaxşı təcrübəyə və ya digər meyarlara nə dərəcədə əməl olunduğunu müəyyən etməkdə, eləcə də yaxşılaşma və ya islahedici tədbirlər üçün tövsiyələr verməkdə təşkilati struktura, məsələ və ya təcrübəyə ümumi baxış qismində çıxış edir.
Tamamlanma fazası. Layihənin bu dövründə son məqsəd, nəticə əldə edilir, münaqişələr həll olunur və layihə bağlanır. Bu faza aşağıdakı işlərdən ibarət olur:

  • layihənin tamamlanma prosesinin planlaşdırılması;

  • layihənin son məhsulunun sınaqdan keçirilməsi;

  • yeni yaradılmış obyekt üçün kadr hazırlığı;

  • obyektin sifarişçiyə təhvil verilməsi,

  • istismara buraxılması və bu işlər ilə bağlı sənədlərin hazırlanması;

  • layihənin yekunlaşdırılması və nəticənin qiymətləndirilməsi;

  • yekun sənədlərin hazırlanması

  • layihədəki işlərin yekunlaşdırılması və bağlanması;

  • münaqişə məsələlərinin həll edilməsi;

  • qalmış ehtiyatların realizə edilməsi;

  • layihə və onun yerinə yetirilməsi haqqında biliklər bazasının yaradılması;

  • layihənin komanda heyyətinin buraxılması.




Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin