7. Layihənin həyati dövrünü xarakterizə edin İstənilən layihə yarandığı gündən bağlandığı günə qədər bir neçə mərhələlərdən keçir. Bu mərhələlər birlikdə layihənin həyat dövrünü təmsil edir. Həyat dövrü əsasən üç hissəyə bölünür: fazalar, dövrlər, mərhələlər. Qəbul edilmiş qaydalara əsasən bu üç hissənin heç birinin sayı olmur və ardıcıllıq prinsipi burada yoxdur. Bu xassələr layihənin xüsusiyyətindən, komanda heyyətinin peşəkarlığından və onun yaranma şəraitindən asılıdır. Layihələrin inkişaf prosesinin məntiqi və əsas tərkib hissəsi adətən bütün layihələr üçün eyni olur.Layihələrin yerinə yetirilmə prosesi vaxt parametrinə əsasən aşağıdakı kimidir: hər bir layihənin başlanğıcı və sonu vardır və bu müddətdə müəyyən dəyişiklikləri icra etmək üçün qüvvələrin tətbiq olunması tələb olunur. Tələb olunan qüvvə ilə vaxt arasındakı asılılıq aşağıdakı qrafikdə öz əksini tapmışdır.
Ümumiyyətlə, layihə sıfırdan başlayır və sıfırda bitir. Layihə əsasən dörd inkişaf fazasını keçir:
Konsepsiya fazası (bu ilkin fazadır)
Planlaşdırma fazası
İcra fazası (bu layihənin yerinə yetirilmə fazasıdır)
Montorinq ve Nəzarət Tamamlanma fazası (bu layihənin son fazasıdır)
Layihənin həyat dövrü qrafikinin özünəməxsus xüsusiyyəti vardır, yəni ilkin fazalarda sərf olunan qüvvə monoton, icra fazasında kəskin artım müşahidə olunur və son fazada birdən-birə aşağı enərək sıfıra bərabər olur. Həyat dövründə layihənin müxtəlif fazalarından keçməsi üçün xüsusi bilik, idarəetmə metodları və vasitələri tələb olunur.Hər bir layihə müəyyən mühitə malikdir. Layihələrin ətraf mühitində ona ən yaxın layihə “ana təşkilat”dır. Layihənin yerinə yetirildiyi təşkilata bu layihənin “ana təşkilatı” deyilir. Layihə hər hansı bir məhsulun istehsalı ilə bağlı olduğu üçün o hər şeydən əvvəl məhsulun həyat dövrü ilə sıx bağlıdır.Beləliklə, “layihənin öz həyat dövrü”, “layihənin ana təşkilatı” və “məhsulun həyat dövrü” hər biri ayrı ayrılıqda dəqiq sərhədə və xüsusi qarşılıqlı əlaqələrə malikdirlər.Layihənin fəaliyyət sahəsini, idarəetmə konsepsiyasını, rəhbərini və komanda heyyətini təyin etmək üçün əsas şərtlərdən biri onun sərhədinin dəqiqləşdirilməsidir. Sərhədin dəqiq olunası onun üç həyat dövrlərinin hər birinin dəqiq olmasını tələb edir.