5.Layihələri növlərinə görə - iqtisadi və sosial layihələri xarakterizə edin Müəssisələrin özəlləşdirilməsi, audit sisteminin yaradılması, yeni vergi sisteminin tətbiqi və iqtisadiyyat ilə bağlı olan bütün layihələr iqtisadi layihələr adlanır və aşağıdakı xüsusiyyətlərə malikdirlər:
layihənin əsas məqsədi sistemin,obyektin iqtisadi göstəricilərini yüksəltməkdir.
Lakin layihənin inkişafından asılı olaraq onun məqsəd göstəricilərinin dəyişdirilməsi tələb olunur;
layihənin işlər qrafikinə əsasan onların müddəti müəyyənləşdirilir.
Layihənin inkişafından asılı olaraq işlərin başlanğıc və son müddətlərinin dəyişdirilməsi tələb olunur;
vəsaitlər imkan daxilində ehtiyaca görə paylanır;
xərclər əvvəlcədən müəyyənləşdirilir, nəzərət olunur və layihənin inkişafından asılı olaraq dəqiqləşdirilir.
Bu layihələrdə təsbit edilmiş müddətdə müəyyənləşdirilmiş xərclərə əsasən zəruri vəsait tələb olunmaq şərtilə yüksək iqtisadi nəticələr əldə etmək olar.Sosial sistemin reformu, s,əhiyyə, aztəminatlı təbəqənin sosial müdafiəsi, təbii və sosial fəlakətlarin nəticələrinin aradan qaldırılma və sairə bu kimi layihələr sosial layihələr adlanır. Bu layihələr aşagıdakı parametrlərlə xarakterizə olunurlar:
layihənin məqsədi müəyyənləşdirilir və layihədəki işlər icra olunduqca məqsədlər bir-birilə əvəz olunur;
layihənin başlanğıc və son müddətləri əvvəlcədən təxmini olaraq təyin olunur, müəyyən mərhələlərdən sonra isə dəqiqləşdirilir;
layihənin xərcləri büdcədən asılı olaraq müəyynləşdirilir
ehtiyatlar tələbata uyğun olaraq verilir.
Sosial layihələr digər layihələrə nisbətən qeyri-müəyyən, qeyri-səlis təbiətə malik olurlar.
6.Layihə mühitini xarakterizə edin Layihələr müəyyən təsirə məruz qalan dinamik mühitdə yerinə yelirilir. Mühiti xarakterizə edən hər bir element - qanunlar, standartlar, inkişaf təməyüllü qüvvələr və s. layihələrin yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar.
Layihələrin mühiti iki hissəyə bölünür:
daxili mühit
xarici və ya ətraf mühit.
Layihəyə bu mühitlərə məxsus olan parametrlər təsir göstərirlər. Ətraf mühit faktorlarına coğrafi, ekoloji, sosial, psixoloji, mədəni, siyasi, iqtisadi. maliyyə, hüquqi, təşkilati, texnoloji və estetik aspektləri misal göstərmək olar. Daxili mühit parametrlərinə isə layihədəki idarəetmə vasitələri, işlər, müqavilələr, iştirakçılar, onların münasibətləri və s. digər elementlər aiddir.
Hər bir mühit amilləri təhlil edilməli və əmsallandırılmalıdır ki, bu faktorların layihəyə təsir dərəcələri müəyyənləşdirilsin. Bu faktorlar layihəni dayanıqlıq vəziyyətindən çıxara bilər və müəyyən şəraitlərdə layihələrin dağılmasına səbəb ola bilər.
Bi neçə il əvvəl yaranmış müəssisələr zaman keçdikcə öz strukturunda müəyyən dəyişikliklər tələb edir. Hər bir dəvi§iklik layihə şəklində həyəla keçirilir. Beləliklə, hər bir dəyişikliyi həyata
keçirmək üçün yeni bir layihə yerinə yetirmək lazım gəlir. Bu səbəbdən həmin müəssissələr yeni layihələrin yaranmasını və tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz açırlar.
Layihənin başlanma və son müddətləri olduğu üçünonun
«yaşayış dövrü» də mövcuddur. Əgər layihə yerinə yetirilməyə başlanmışdırsa onda deyirlər ki, layihə «yaşamağa başladı».
Layihənin «yaşayış həyatı» sərbestdir. Layihə yerinə yetirilərkən onun iştirakçıları bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər. Onlar eyni problemlər daxilinda yaşayır və fəaliyyət göstərirlər. Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən layihə şəklində fəaliyyət göstərir.
Layihələrin yerinə yetirildiyi müddətdə müəssisə məhsul istehsal edir və öz işini normal şəkildə davam etdirir. Layihaə də müstəqil olaraq öz işini davam etdirir. Lakin layihə təşkilat tərəfindən kənar qüvva kimi təsirə məruz qalır. Bu labüd bir prosesdir və layihə məhz bu mühitdə yaşamalıdır. Ona görə də layihələri bu təsirlərdən uzaqlaşdırmaq və ya azad etmək olmaz.
Layihəyə ətraf mühit kimi təsir edən təşkilati amillari nəzərdən keçirək:
Təşkilatın rəhbərliyi: Layihə qarşısında qoyulan tələblərin və onun əsas məqsədinin müəyyənləşdirilməsində təşkilatm rəhbəri mühüm rol oynayır. Rəhbər ekspertlərin, mütəxəssislərin rəylərini, təkliflərini nəzərə alaraq aşağıdaki tələbləri əsas götürür:
layihənin nəticəsinə tələb;
layihənin yerinə yetirilməsinə tələb;
layihənin məqsədinə və tələblərinə düzəlişlər metodikasi və qaydası.
Maliyyə: Müəssisənin istehsal etdiyi məhsulun maya dəyəri və satiş qiymətini nəzərə alaraq layihənin xərcləri müəyyənləşdirilir və düzəlişlər aparılır.
Satış: Bazarda rəqabət prinsiplərini nəzərə alaraq layihə qarşısında qoyulan tələblər formalaşır.
İstehsal: istehsal bazar ilə bağlıdır və aşağıdakı tələblər irəli sürülür:
yeni texnologiya və avadanlıqlardan istifadə edilməsi;
dayanmış istehsal sahələrinin işə salınması;
müəyyən texnoloji xətlərin dayandırılmas;
bazar münasibətlərinə görə yeni layihə tələblərinin müəyyənləşdirilməsi.
Maddi taminat: Istehsal olunmuş məhsulun bazarda rəqabətədözümlük dərəcəsinə uyğun olaraq layihə material, xammal və qiymət kimi parametrlərin dəyişdirilməsini tələb edir.
İnfrastruktur: Bazar xidmətlərinə görə layihəyə yönəlmiş tələblər müəyyənləşdirir. Bu tələblərə reklamlar, rabitə- telekommunikasiya, informasiya və digər mühəndis işləri aiddir.
Ekologiya: Layihənin və ya onun məhsulunun ətraf mühitə olan təsiri və tullantılar ilə bağlı olan tələblərdir.
Göstərilən ətraf mühit parametrlərinin təhlilinə əsasan layihə rəhbərinin, menecerin və onun komandasının qarşısında aşağıdak məsələlər durur:
layihə qarşısında qoyulan tələblər çoxluğu;
bütün maraqlı tərəflərin və layihənin iştirakçılarının layihə haqqında məlumatlandırılması;
layihayə olan tələblər haqqında yığılan məlumatların həcimi və formasınn müəyyənləşdirilməsi;
mühitinlayihəyətəsiretmədərəcəsidinamikasnın proqnozlaşdırılması;
tələblərin prioritetlər əsasında müəyyənləşdirilməsi və ierarxik strukturunun qurulması.
Layihələrin yerinə yetirildiyi və aid olduğu müəssisənin mühiti layihəyə birbaşa olmasa da, dolayı yolla təsir edir. Layihənin
miqyası nə qedər böyük olarsa ona təsir edən qüvvələrin sayı bir о qədər də çox olur.
Beynəlxalq layihələrin və ya xarici ölkələrin iştiraki ilə yerinə yctirilən layihələrdə diqqət mərkəzində olan faktorları nəzərdən keçirək:
Siyasi faktorlar:
siyasi stabillik layihənin dövlət tərəfindən dəstəklənməsi
milli təzahür cinayətkarlıq səviyyəsi ölkələrin (tərəflərin) ticarət balansı ölkənin hərbi ittifaq iştirakçısı olması
İqtisadi faktorlar:milli iqtisadiyyatın strukturu məsuliyyət növləri və əmlak hüquqları vergi siyəsəti sığorta təminatı valyuta stabilliyi və infliyasiyanın səviyyəsi Bank sisteminin inkişafı Kapital qoyuluşu və investisiya mənbəyi Sahibkarlıq və təsərrüfat sərbəstliyi dərəcəsi Bazar infrastrukturunun inkişafı Qiymət səviyyəsi Bazarın vəziyyəti: satış, investisiya, istehsal, xammal və məhsul, işçi qüvvə və s.
İctimai faktorlar:
Yaşayış səviyyəsi Təhsil səviyyəsi viza sistemi əmək qanunvericiliyi səhiyyə və turizm ictimai təşkilatlar, media, televiziya yerli əhalinin layihəyə münasibəti
Qanunlar və hüquq faktorları:
-insan hüququ
-sahibkarlıq hüququ
-mülkiyyət hüququ
-zəmanət və güzəşt normativ aktlari və qanunları.
Elm və texnika faktorları:
-fundamenlal və tətbiqi elmlərin inkişafı
-informasiya texnologiyası və komputer sisteminin inkişafı
-sənaye və istehsalat texnologiyasnın inkişafı
-energetika sistemi nəqliyyat sistemi
-rabitə, telekommunikasiya sistemləri.
Mədəniyyət faktorları:
mədəniyyət və incəsənətin səviyyəsi tarix, mədəni ənənələr, din iş, istirahət, idman və digər yaşayış təminatları iş şəraiti və keyfiyyət səviyyələri.
Təbii və ekoloji faktorlar:
təbiət vəiqlim şərtləri:temperatur, rütubətlik, külək, hündürlük (dəniz səviyyəsinə nisbətən), topoqrafiya və s.təbii eytiyatlar
nəqliyyat xətlərinin strukturu və əlaqələrikeyfiyyət standartları: hava, su və torpaq əlraf mühitin təmizlik dərəcəsi ətraf mühitin qorunması haqqında qanunlar ekologiya sisteminin vəziyyəti (hava, su, torpaq)
İnfrastruktur faktorları:
nəqliyyat vasitələri, rabitə və telekommunikasiya yüklərin daşınması informasiya texnologiyası enerji təchizatı kommunal xidmətlər bazar, alqı-satqı sistemi materialların texniki təchizatı
sənaye infrastrukturu xidmət sistemləri.
Layihələrin yerinə yetirilməsində rol oynayan əsas faktorlardan biri onun daxili parametrləridir. Daxili faktorlardan bir neçəsini nəzərdən keçirək.
Layihənin idarəetmə üslubu onun yaradıcılıq aktivliyinə və işgüzarlıq fəaliyyətinə təsir edir, layihə komandasında psixoloji mühiti qiymətləndirir.
Layihənin əsas iştirakçıları arasında münasibətin qurulması, hüquq, məsuliyyət və öhdəliklərin bölüşdürülməsi layihənin təşkili spesifikasiyası adlanır və onun müvəffəqiyyətlə başa çatmasına təsir cdir.
Layihənin yerinə yetirilməsində hər bir iştirakçının öz marağı olur, onlar tələblərini fomalaşdıraraq layihəyə öz səviyyələrində təsir göstərirlər.
Layihəni yerinə yetirən komanda layihənin «beyni» hesab cdilir və onun icraçı orqanıdır. Layihənin müvəffəqiyyəti əsasan layihə komandasınan asılıdır.
Layihənin iştirakçıları arasında məlumatların düzgün və tarn ötürülməsi kommunikasiya vasitələri və metodlarından asılıdır.
Bu sahə əsasən «layihənin sinir sistemi» adlanır.
Layihənin iqtisadi şərtləri onun smeta xərcləri, büdcəsi, qiyməti, vergisi, riski, sığortası, stimulu, güzəştləri və digər iqtisadi göstəriciləri ilə bağlıdır.
Layihənin sosial şərtləri aşağıdakı kimi xarakterizə olunur:
layihənin iştirakçıları üçün eyni standart şəraitin yaradılması əmək haqqı kommunal şəraitər sosial təminat: məktəb, bağça, tibb məntəqəsi, istirahət yeri və s.əməyin mühafizəsi və təhlükəsizlik texnikasi sığorta və sosial təminat.
Layihənin digər faktorları ekologiya texnika, maşın və avadanlıqlar kompüler və informasiya texnologiyasının səviyyəsi