1. “Layihə” və “Layihələrin idarə olunması” anlayışları


Layihələrin idarə olunması standartları



Yüklə 261,58 Kb.
səhifə2/4
tarix23.06.2022
ölçüsü261,58 Kb.
#62182
1   2   3   4
ll

3. Layihələrin idarə olunması standartları
Layihələrin idarə olunması metodologiyası layihələrin idarə olunması standartlarında əks olunur. Hal-hazırda standartların aşağıdakı növləri mövcuddur:

  • beynəlxalq - öz inkişafı prosesində beynəlxalq əhəmiyyət almış və ya beynəlxalq istifadə üçün nəzərdə tutulan standartlar;

  • milli - bir ölkə daxilində tətbiq edilmək üçün yaradılmış və ya öz inkişafı gedişində ümummilli status almış standartlar;

  • ictimai - mütəxəssis birlikləri tərəfindən hazırlanaraq qəbul edilmiş standartlar;

  • özəl - özəl şəxslər, şirkətlər və ya müəssisələr tərəfindən azad surətdə istifadə üçün təbliğ edilən biliklər kompleksi;

  • korporativ - bir şirkət və ya qohum şirkətlər qrupu daxilində tətbiq üçün işlənilmiş standartlar.

1. Layihələrin idarə olunması üzrə Amerika institutunun (Project Management Institute - PMI) Project Management Body of Knowledge (PMBOK) standartı. Bu standart təxminən dörd ildə bir dəfə yenilənir.
2. IPMA Competence Baseline (ICB) layihə menecerlərinin səriştəliliyinə tələblərin beynəlxalq sistemini müəyyən edən beynəlxalq normativ sənəddir. Bu standart IPMA (International Project Managers Association) beynəlxalq assosiasiyası tərəfindən işlənilmişdir.
3. Layihələrin idarə olunmasının effektivliyi məsələlərinə müraciət layihənin keyfiyyətinin idarə olunması sisteminin işlənilməsinə ehtiyac doğurmuşdu. Bu zaman son məhsulun keyfiyyətinə tələblə birgə layihə proseslərinin keyfiyyətinə də diqqət yetirilməyə başlandı.
İSO 10006 standartı baxılan standartlar seriyasının əsas sənədidir. Əsas diqqət son nəticəyə nəzarət deyil, optimal prosesin layihələndirilməsi və bu prosesə nəzarət prinsipinə yönəlmişdir.
Təşkilatın layihələrin idarə olunması kamilliyi səviyyəsinin qiymətləndirilməsi standartı - OPM3 (Organization Project Management Maturity Model) 2004-cü ildə dərc edilmişdir. Bu standarta təşkilatda layihələrin idarə olunmasının vəziyyətinin təyin edilməsi metodologiyası daxildir. Layihələrin idarə olunmasında təşkilati kamillik layihələri, şirkətin strateji məqsədlərinə daha effektiv surətdə nail olmaq üçün təşkilatın seçmək və idarə etmək qabiliyyətidir.

Yüklə 261,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin