1. “Layihə” və “Layihələrin idarə olunması” anlayışları


Layihə bir sistem kimi. Sistemli yanaşma



Yüklə 261,58 Kb.
səhifə3/4
tarix23.06.2022
ölçüsü261,58 Kb.
#62182
1   2   3   4
ll

4. Layihə bir sistem kimi. Sistemli yanaşma
LAYİHƏ

Şəkil 2.1. Layihənin əsas elementləri


Layihə - qoyulmuş məqsədlərə nail olmağı təmin edən müəyyən elementlərin (maddi və qeyri-maddi xarakterli obyektlərin) və onlar arasında qarşılıqlı əlaqələrin toplusudur.


Layihənin aşağıdakı əsas xassələri vardır:

    1. İyerarxik strukturun mütəkkəbliyi.

    2. Biri-birilə qarşılıqlı əlaqədə olan obyektiv və subyektiv amillərin layihəyə təsiri.

    3. Stoxastik xarakterə malik proseslərin dinamikliyi.

    4. Sistemin bütövlüyü (emergentliyi), yəni sistemin sistemdən kənarda baxılan elementlərinə (altsistemlərinə) xas olmayan xassələrə malik olması.

    5. Sistemin elementləri arasında çoxsaylı qarşılıqlı əlaqə ilə şərtlənən mürəkkəb informasiya prosesləri

    6. Məqsədlərin çoxşaxəliyi, ayrı-ayrı elementlərin (altsistemlərin) məqsədləri ilə üst-üstə düşməyə bilər.

    7. Sistemin elementlərinin çoxfunksiyalılığı.


Şəkil 2.2. İdarəetmə sistemi haqqında ümumi təsəvvür
İdarəetmə sistemi idarəetmə məqsədi və qərar qəbuletmə qaydalarına malik olaraq, obyektin vəziyyəti haqqında informasiyanı alır, emal edir və idarəedici təsir hasil edir. Bu təsir nəticəsində idarəetmə obyekti öz vəziyyətini dəyişir və bu idarəedici sistem tərəfindən yenidən qeydə alınır. İdarəetmə obyektinin vəziyyətinə hər bir zaman anında mühit və obyektin əvvəlki vəziyyəti təsir edir.
İqtisadi sistemlərdə idarəedici təsirlər birbaşa (bilavasitə) və dolayı təsirlərə bölünür.
Konkret obyektə yönəlmiş birbaşa idarəedici təsir bu və digər göstəricinin normativ qiymətinin təyin edilməsində ifadə olunur və idarəedici sistemin idarəetmə obyektinə direktiv təsiri vasitəsidir. Onun təyinatı idarə olunan sistemin mümkün vəziyyətlər çoxluğunun birbaşa məhdudlaşdırılmasından ibarətdir.
Dolayı idarəedici təsirlər onunla şərtlənir ki, iqtisadi sistemlərin ayrı-ayrı altsistemlərinin öz inkişafında məxsusi (immanent) maraqları vardır. Dolayı idarəedici təsirlər idarə olunan sistemin mümkün vəziyyətlər çoxluğunu dəyişmir, lakin onları idarəedici sistem baxımından arzu edilən istiqamətə yönəldir.



Yüklə 261,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin