4.AFR-də A.Merkel kabinetinin daxili və xarici siyasəti 2005-ci il 18 sentyabr növbədənkənar parlament seçkiləri keçirildi.SDP 34.3%(222 yer), XDİ/XSİ bloku 35.2% (226 yer),ADP 9.8%,Yaşıllar 8.1% səs aldı.Heç bir partiya mütləq üstünlük qazanmadı. XDİ lideri Angela Merkel AFR-in federal kansleri oldu.
Hökümət sağlamlaşdırma,islahat,investisiya şüarları irəli sürdü.2006-cı ildə vergi güzəştləri və ev tikintisi üçün ayrılan dövlət vəsaitinin verilməsi ləğv edildi.2010-cu ilə qədər məmurlar üçün mükafatlar ixtisar edildi.2007-ci ildə təqaüd yaşı qadınlar üçün 65, kişilər üçün 67 oldu.Həmin ildə ƏDV 16% dən 19%-ə qaldırıldı.Merkel dövlət qulluqçularının əmək haqqının artırılmasını dayandırdı.Saar vilayətindəki zəlzələdən sonra kömür müəssisələri fəaliyyətini dayandırdı. 2008 ilin martı ümumi tətil baş verdi.Hökümət xidmət sahələrinin əmək haqqlarını artırdı. 2008 mayı AFR parlamenti Lissabon müqaviləsini qəbul etdi.Müqavilə Avropa İttifaqının islahatı haqda idi. AFR 2008 fevralı Kosovanın müstəqilliyini tanıdı.ABŞ-la nünasibətlərdə yeni mərhələ başladı.
AFR Rusiya ilə sıx əməkdaşlıq edirdi.İki dövlət arasında ticarət genişləndi.Enerji məsələsində Rusiya ilə əməkdaşlıq edirdi.AFR müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq edirdi.2007 fevralı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev AFR-ə səfər etmişdi.
AFR höküməti qarşısındakı əsas vəzifə ölkə iqtisadiyyatının böhrandan çıxması idi.2008 ildə böhrana qarşı praqram qəbul edildi.2010 ildə sosial sığorta sistemində islahat keçirildi.Sosial yardımlar azaldı,yardım alanlara maliyyə nəzarəti gücləndi.2010 3 oktyabr Almaniyanın birləşdirilməsinin 20 illik yubileyi qeyd edildi.2011 3 yanvar ümumi hərbi mükəlləfiyyətlərin ləğvi haqqında qanun qəbul edildi.Orduda xidmət müddəti 9 aydan 6 aya qədər azaldıldı.2014-17 ci illərdə Yaxın Şəra və Afrika ölkələrindən AFR-ə gələn mühacirlərin sayı artdı.Bu məsələ ölkədə seçkilərə təsir göstərdi.”Mühacir böhranı” Avropa İttifaqında gərginliyi artırdı.AFR-də mühacirlərin sayı 10 mlndan artıqdır.Əksəriyyəti müsəlmandır.
2010 ilin fevralı Parisdə AFR-lə Fransa arasında “Gündəlik-2020” adlı sənəd imzalandı.
2010 fevralı AR Prezidenti İlham Əliyev AFR-də rəsmi səfərdə oldu, Merkellə görüdü,iqtisadi və enerji məsələləri və C.Qafqazdakı vəziyyət müzakirə edildi.İlham Əliyev təhlükəsizlik üzrə Münhen konfransında iştirak edir.