1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


H.Trumenin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə7/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   2   3   4   5   6   7   8   9   10   ...   50
müasir t

5.H.Trumenin daxili və xarici siyasəti
1945-ci ilin 12 apreli H.Trumen (1945-1953) prezdent seçilir. ABŞ-ın 33.prezidenti olur. Yaponiyanın təslim olduğu gün Trumen Ağ evdə iş masasının üstündəki top modelini kotanla əvəz etdi.Bu ölkənin rekonversiya-dinc bərpa dövrünə qədəm qoyması demək idi.
Trumen geniş sosial islahatlar proqramı irəli sürdü. 1945 sentyabr “Ədalət kursu” adlı yeni proqram irəli sürüldü.Burda ordunun təcili tərxisi, məşğulluğun tam təmini, iqtisasiyyatın rekonversiyası nəzərdə tutuldu.
1946 fevral “Məşğulluq haqqında qanun” verildi.Prezident və dövlət hakimiyyəti ölkənin iqtisadi vəziyyəti üçün məsuliyyət daşıyırdı. Qanuna əsasən prezident yanında İqtisadi Məsləhətçilər Şurası yaradıldı.Şuranın əsas vəzifəsi ölkə iqtisadiyyatı haqda təhlil və praqnozlar hazırlamaq idi.
1946 may “Mənzil tikintisi haqqında fövqəladə qanun” qəbul edildi. Qanuna görə 2 il ərzində veteranlar üçün 2,7 mln mənzil tikilməli idi. 1946 noyabr əməkhaqqı və qiymətlər üzərindəki nəzarət ləğv edildi. 1946 31 dekabr Trumen hərbi əməliyyatların başa çatmasına dair bəyannamə imzaladı. 1947 ilin sonu ABŞ konqresi müharibə dövründə iqtisadiyyat üzərinə qoyulmuş nəzarəti ləğv etdi.
1947 iyun ABŞ konqresi həmkarlar ittifaqları üzərində dövlət nəzarətini gücləndirən “Taft xartli” qanunu verildi, Trumenin imzasından sonra “1947 ildə əmək münasibətlərinin tənzimlənməsi haqqında akt” adı ilə qüvvəyə mindi.Qanuna görə həmkarlar ittifaqları keçiriləcək tətillər barədə 60 gün əvvəl məlumat verməli, əgər tətil “millətin sağlamlığı və təhlükəsizliyi üçün təhlükə törədərdisə” daha 80 gün təxirə salınırdı.Prezident konqresə müraciət edərək tətili qadağan edə bilərdi. 1946 26 iyul Milli Təhlükəsizlik Şurası yaradıldı.Başlıca vəzifə ABŞ-ın daxili və xarici siyasəti ilə bağlı müzakirələr keçirmək, prezidentə təkliflər vermək idi.
1947 avqust Trumen atom enerjisi üzrə komissiya yaradılması haqda qanun verdi.Atom enerjisi sahəsində elmi tədqiqatlar aparılmasına nəzarət gücləndi.1947 Milli Kəşfiyyat İdarəsi yaradıldı.ABŞ ordusunda dəyişikliklər oldu.Müharibədən sonra ABŞ ordusu dünyada l yerə çıxdı( əvvəl 17.yerdə idi).Ölkə həyatında demokratik istiqamətdə bir sıra addımlar atıldı. Konstitusiyaya 22.düzəlişə görə heç bir şəxs 2 dəfədən artıü prezident seçilə bilməzdi.Müharibədən sonra beynəlxalq aləmdə ABŞla SSRİ arasında qarşıdurma yarandı. 1946 5 mart Çörçil Fultondakı çıxışında SSRİ-ni “dəmir pərdə” yaratmaqda təqsirləndirdi,qərb demokratiyasını kommunizmə qarşı mübarizəyə çağırdı. 1947 ildə ABŞ xarici siyasətinin strateji xətti işlənib hazırlandı. Corc Kennanın “çəkindirmə” doktrinası irəli sürüldü. 1947 fevralı baş nazir Klement Ettli ABŞ-a müraciət edərək bildirdi ki, İngiltərə Türkiyə və Yunanstana iqtisadi yardım etmək iqtidarında deyil.ABŞ Dövlət Departamenti “Yunanstan və Türkiyəyə dərhal yardım edilməsi haqqında Dövlət Departamentinin mövqeyi və mülahizələr” adlı sənəd hazırladı.1947 12 mart Trumen müvafiq müraciətlə çıxış etdi.Müraciətdə Yunanstan və Türkiyə sovet təhlükəsi altında olan dövlətlər hesab edilirdi.Bunu aradan qaldırmaq üçün 400 mln dollar vəsait ayrıldı ki, bu da həmin dövlətləri ABŞ müttəfiqinə çevirmək məqsədi daşıyırdı.SSRİ-nin Türkiyəyə böhtanlar atması və ərazi iddiaları onu ABŞ-la daha da yaxınlaşdırdı.Bundan sonra ABŞ Türkiyə və Yunanstanda hərbi bazalar yaratdı.Trumen doktrinası bu dövlətlərdə kommunist təhlükəsinin qarşısını aldı.Doktrina beynəlxalq münasibətlər tarixində yeni mərhələnin başlanğıcı,amerikan xarici siyasətində dönüş nöqtəsi oldu.Bu mərhələ tezliklə “soyuq müharibə”adlanmağa başladı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin