16.Almaniyanın yenidən birləşdirilməsi İkinci Dünya Müharibəsindən(1939-1945) sonra Almaniya qalib dövlətlər tərəfindən işğal zonalarına bölünmüşdür. 1990-cı ilə qədər Almaniya 2 dövlətdən ADR və AFR -dən ibarət olmuşdur.Soyuq müharibə illərində(1946-1991)ADR Avropada sosialist düşərgəsinin dayağı və nümunəsi idi. ADR-də həyat səviyyəsi Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrindən yüksək idi. Lakın, burada da sosialist ölkələr üçün tipik olan böhranlar baş qaldırmışdır.Polşa və Macarıstan da baş verən radikal dəyişikliklər ADR əhalisinə də təsir etdi. Bu siyasətin nəticəsi olaraq,əhali qərbə qaçmağa başladı.1989-cu ilin yayında Macarıstan-Avstriya sərhədində keçid rejminin yüngülləşdirilməsi ilə Qərbə qaçmaq kütləvi xarakter aldı.Əhalinin əksəriyyəti 1989-cu ildə Çexoslovakiya sərhədini keçib Avstriya və AFR köç etdi.Bir sözlə sosialist rejmi iflasa uğrayırdı.1989 17 noyabrda ADR Xalq Palatası Hans Modrov başda olmaqla koalisiyalı hökümət yaradıldı.Koalisiyalı hökümətin yaradılması, keçmiş rejimin ifşa edilməsi,sərhədlərin açılması da ölkədəki vəziyyəti dəyişdirmədi. 1990-cı ildə xalq Berlin divarını dağıtdı.Almaniyanın birləşməsi məsələsi 1990-ci il 18 martına təyin edilmiş Xalq palatasının seçkilərində həll olunmalı idi. 1989-cu ilin dekabr ayında keçirilən fövqəladə qurultayda iə partiya Demokratik Sosializm partiyası adlandırıldı. Ölkədə yeni ictimai və siyadi hərəkatlar meydana gəldi.Bu hərəkatlar Yaşlılar partiyası, Demokratik axın,Yeni forum adlanmağa başladı.Müxtəlif partiyaların vahid şüarı iki alman dövlətinin birləşməsi idi. ADR-in hərəkatlara AFR-in siyasi partiyaları kömək edirdi. Ancaq iki alman dövlətinin birləşməsindən ötrü beynəlxalq tənzimləmə zəruri idi. Bu məsələ 90-cı illərdə keçirilmiş 2+4 (AFR,ADR və ikinci dünya müharibəsində qalib gəlmiş dövlətlər-SSRİ,ABŞ,İngiltərə, Frans) formulu əsasında aparılırdı. SRRİ-nin rəhbəri Qorbaçov ADR ərazisindən qoşunların çıxarılacağını bəyan etdi. 12 sentyabrda Almaniya məsələsinin həll olunması barəsində sənəd imzaladılar.1990 18 martda ADR -də ilk dəfə azad seçkilər keçirildi.1990 1 iyulda ADR və AFR arasında iqtisadi və valyuta ittifaqı quruldu. 1990 31 avqustda ADR dövlət katibi Krauzen və AFR-in daxili işlər naziri Şoyble Almaniyanın birləşdirilməsi haqqında müqavilə imzaladılar. Müqaviləni hər iki ölkənin parlamenti 1990-cı il sentyabrın 29 təsdiq etdi.Sənəd oktyabrın 3-də qüvvəyə mindi. Beləliklə, ADR və AFR dinc yolla birləşdi.Almaniyanın birləşmə prosesi problemsiz həll olunmadı. Həm Qərbi və Şərqi Almaniya əhalisinin müyyən bir hissəsi birləşməyə psixoloji cəhətdən hazır deyildi.Planlı sosialist iqtisafiyyatın dağıdılaraq azad bazar iqtisadiyyatına keçilməsi ADR ərazisində çoxlu problemlər yaratdı.1994-cü ildə sonuncu rus hərbi hissələri ölkədən çıxarıldı.Beləliklə ıı dünya müharibəsində bölüşdürülmüş Almaniya dinc yolla yuxarıdan qan tökülmədən birləşdirildi.