1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət



Yüklə 133,41 Kb.
səhifə11/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
müasir t

9.NATO-nun yaradılması
Marşal planının qüvvəyə minməsindən sonra amerikan diplomatiyası ABŞ-ın rəhbərliyi altında hərbi blok yaratmaq məqsədilə Q.Avropa dövlətləri ilə danışıqlara başladı.Danışıqlar Berlin böhranının gərgin vaxtında aparılırdı.
İlkin danışıqlar ABŞ höküməti ilə Marşal planında iştirak edən dövlətlər arasında aparılırdı.Avstriya,İrlandiya,İsveçrə,İsveç ittifaqda iştirak etmək istəmədiklərini bildirdilər.Türkiyə və Yunanstanın bloka qəbul olması təxirə salındı. 10 Avropa dövləti,ABŞ,Kanada olmaqla 12 dövlət Şimali Atlantika Müqaviləsi Təşkilatı-NATO-ya daxil oldu.
1949 4 aprel Belçika, İslandiya, Danimarka,Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İtaliya,Böyük Britaniya, Fransa və ABŞ xarici işlər nazirləri Vaşinqtonda Şimali Atlantika paktını imzaladı.9 maddədən ibarət idi və 20 il müddətində nəzərdə tutulmuşdu.
I maddədə ümumi sülhün,kollektiv təhlükəsizliyin və BMT nizamnaməsinin qorunması məqsədi güdülürdü.
ll maddədə üzv ölkələrdə mövcud ictimai quruluşun birgə müdafiəsi məqsədilə üzvlərin sıx əməkdaşlığı nəzərdə tutulurdu.
lll maddədə pakt iştirakçıları hərbi qüdrətlərinin güclənməsində birgə iştirak etməlidir deyilirdi. V maddə üzv dövlətlərə olunan istənilən təcavüzə qarşı birgə əməliyyatlar aparılmasını nəzərdə tuturdu.
IV maddədə tərəflər arasında qarşılıqlı hərbi yardımın vəzifələri müəyyənləşdirilirdi.
Vl və Vll maddələrdə pakt iştirakçılarının hərbi təcavüzə qarşı gəmi və təyyarədən istifadəsi imkanı nəzərdə tutulurdu.
Vlll maddə ilə NATO iştirakçıları bloka daxil olmayan dövlətlərlə beynəlxalq müqavilələr bağlaya bilərdilər.
lX maddədə blokun daimi hərbi orqanının yaradılması deyilirdi.Bu NATO-nun hərbi-siyasi orqana çevrilməsi demək idi.
5 aprel NATO-nun Avropa dövlətləri hərbi və maliyyə yardımı almaq üçün ABŞ-a müraciət etdilər.”Xarici dövlətlərə yardım haqqında” qanun layihəsi 1949 25 iyul konqresə təqdim olundu.Bəyənilən layihə tezliklə qüvvəyə mindi.NATO-nun yaradılması haqqında müqavilə üzv dövlətlərin parlamentləri tərəfindən təsdiq edildi və 1949-cu ilin avqustu qüvvəyə mindi.1951 ildə NATO üzvü olan Avropa dövlətlərinin silahlanması üçün kredit ayrılmasını nəzərdə tutan “Təhlükəsizliyi qarşılıqlı təmin etmək haqqında” qanun qəbul olundu.Bu siyasəti davam etdirmək üçün 19 iyun konvensiya hazırlandı və Şimali Atlantika Şurasında qəbul edildi.1953 23 avqustda qüvvəyə mindi.Konvensiyaya əsasən ABŞ və NATO dövlətlərində öz hərbi qüvvələrini saxlaya bilərdi.Bu səlahiyyət digər üzv ölkələrə də verilirdi.Beləliklə, “çəkindirmə doktrinası” NATO-nun rəhbər hərbi doktrinasına çevrildi.1953-cü ildə bu “bir nöqtəyə yönəldilmiş cəza” doktrinasına çevrildi.Lakin tezliklə hərbçilər ondan da imtina etdilər.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin