1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Fransa üçün İkinci Dünya müharibəsinin nəticələri.Ölkə müvəqqəti rejim illərində (1944-1946)



Yüklə 133,41 Kb.
səhifə19/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
müasir t

23. Fransa üçün İkinci Dünya müharibəsinin nəticələri.Ölkə müvəqqəti rejim illərində (1944-1946)
Fransa 1944-cü ilin payızında işğaldan azad edildi.Dörd il davam edən hərbi əməliyyatlar Fransaya böyük ziyan vurdu. Ölkəyə dəyən ümumi zərər 4,8 trilyon frank teşkil edirdi. Edilən amerikan yardımları sayəsində ABŞ kapitalının iqtisadiyyatda rolu gücləndi. 1945-ci ildə dövlət büdcəsinin kəsiri 200 milyard frank təşkil edirdi.Fransanın müstəmləkələri ilə əlaqələri qırıldı. Hind- Çin Fransanın nəzarətindən çıxdı, Suriya ve Livan müstəqillik qazandılar.
Müharibədən sonra ölkədə mərkəzdənqaçma meylləri gücləndi. Vişi rejiminin iflasa uğraması nəticəsində Üçüncü respublikanın konstitusiya sisteminin son qalıqları da məhv oldu. Siyasi mərkəzdənqaçmanın qarşısını almaq üçün Şarl de Qoll ciddi tədbirlər həyata keçirdi. Onun rəhbərliyi altında 1944-cü il sentyabrın 9-da müvəqqəti hökumət təşkil edildi. Bu hökumət ölkədə demokratik quruluşu bərpa etdi. Nasistlərlə əməkdaşlıq edənlər cəzalandırıldılar. 2 mindən çox nəfərə ölüm hökmü çıxarıldı,39 mindən çox şəxs azadlıqdan məhrum edildi. Lakin ölüm hökmünün 2/3-si icra edilmədi. İşğalçılarla əməkdaşlıq edənlərin bir hissəsi həbs olundu ki,onlar da sonradan amnistiya aldılar.
Sağ partiyalar və Radikallar Partiyası əvvəlki nüfuzunu itirmişdi. Fransa Kommunist Partiyası, Sosialist Partiyası və burjua partiyaları xalq arasında nüfuza malik idilər. 1944-cü ildə müqavimət hərəkatının katolik xadimləri Xalq Respublika Hərəkatı Partiyasını yaratdılar. Xalq Respublika Hərəkatı Partiyası «1944-1946-cı illərdə sənayenin və bankların bir hissəsi dövlətin mülkiyyətinə keçdi. Əvvəlcə kömür şaxtaları, aviasiya zavodlarının bir hissəsi və sahibi işğalçılarla əməkdaşlıq edən Reno avtomobil zavodu milliləşdirildi. Sonralar beş əsas bank,əsas sığorta kompaniyaları, elektroenergetika və qaz sənayesi dövlətin mülkiyyətinə keçdi. İşğalçılarla əməkdaşlıq edənlər istisna olmaqla milliləşdirilmiş müəssisələrin sahibkarları ödənc aldılar.Xarici siyasət sahəsində müvəqqəti hökumət antihitlerçi koalisiyanı bütün iştirakçıları ilə əlaqələri gücləndirmək lehinə çıxış etdi. 1944-cü il dekabrın 10-da müvəqqəti hökumət SSRİ ilə ittifaq və qarşılıqlı yardım haqqında müqavilə bağladı. Eyni zamanda Fransa ABŞ və İngiltərə ilə də sıx elaqələr saxlayırdı.Müvəqqəti hökumətin xarici siyasətində məğlub olmuş Almaniyanın taleyi məsələsi böyük yer tuturdu. Müvəqqəti hökumət Saarı Fransaya birləşdirməyə, Reyn vilayətini Almaniyadan ayırmağa, Ruru «beynəlmiləlləşdirməyə çalışırdı. Lakin bu tələblər Potsdam sazişlərinə uyğun gəlmədiyindən, digər qalib dövlətlər tərəfindən müdafiə olunmurdu.Müəssislər Məclisinə seçkilər 1945-ci ilin oktyabrda keçirildi. Seçkilər proporsional sistem əsasında aparıldı. Fransanın tarixində ilk dəfə olaraq qadınlar səsvermə hüququ aldılar. Seçkilərdən sonra de Qollun başçılığı ile koalisiyalı hökumət yaradıldı. Bu hökumətə Kommunist, Sosialist va Xalq Respublika Hərəkatı partiyalarının nümayəndələri, habele de Qollun tərəfdarları daxil oldular. Bir qədər sonra hökumətin tərkibinə daxil olan partiyalar və qruplar arasında ciddi münaqişə meydana çıxdı. 1946-cı ilin yanvar ayında Müəssislər Məclisi ses əksəriyyəti ilə hərbi xərclərin ixtisarını tələb etdikdə de Qoll istefaya getmək qərarına gəldi. Yanvarın 20-de de Qoll resmi olaraq istefa haqqında qərarını elan etdi. Şarl de Qoll istefa verdikdən sonra hakimiyyətə sosialist F.Quen gəldi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin