1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət



Yüklə 133,41 Kb.
səhifə16/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   12   13   14   15   16   17   18   19   ...   50
müasir t

17.Ruminiya XXl əsrin əvvəllərində
2002-ci ilin noyabrı Ruminiya ilə NATO arasında danışıqlar başlandı. 2004 apreli Ruminiya NATO-ya qəbul edildi. 2005-ci ildə ABŞ Ruminiya ilə onun ərazisində 4 hərbi bazanın yerləşdirilməsi haqqında müqavilə imzaladı.Ruminiyanın 2008 noyabrı qəbul etdiyi Milli Müdafiə strategiyasında NATO ilə əlaqələrin zəruriliyi qeyd olunmuşdu.Ruminiya NATO-nun dünyada münaqişələrin tənzimlənməsində iştirakının tərəfdarı idi.
2007 il yanvar Ruminiya Avropa İttifaqına daxil oldu.Lakin bura daxil olarkən ona verilmiş vədlərin bir qismi yerinə yetirilmədi.
2004-cü ilin prezident seçkilərində T.Basesku 51.23% səslə qalib gəlir. Onun rəqibi Sosial-Demokrat Partiyasının lideri A.Nestase idi. 2009 dekabrı seçkilərin ll mərhələsi keçirilir. Basesku 50.33% səslə yenə liderliyi əlində saxlayır.Rəqibi SDP lideri Coane seçkinin yekunlarında Konstitusiya Məhkəməsinə şikayət edir. 2009 il seçkiləri 1989-cu ildən sonrakı ən gərgin seçki idi.
Moldova ilə münasibətlər gərgin idi. 2009 mayı prezident Basesku Moldova Respublikası ilə mövcud sərhədləri tanımadığını bildirdi. 2013 noyabrı Basesku Ruminiya ilə Moldovanın birləşməsinin tərəfdarı olduğunu, Moldova baş naziri isə ölkəsinin buna hazır olmadığını bildirdi.
2012 il parlament seçkilərində “Sosial-liberal ittifaq” koalisiyası qalib gəldi. Bura SDP,sağ mərkəzçi alyans, Milli Liberal Partiyası, Mühafizəkarlar Partiyası daxil idi. 2012 il statistikasına görə ölkədə hər 4 nəfərdən biri yoxsuldur. Orta aylıq əməkhaqqının miqdarına görə Ruminiya Avropa ölkələrinin hamısından geri qalır.Sosial vəziyyətin ağırlığına görə 12 min nəfər ölkəni tərk edib.
2014-cü ildə Klaus Yoxannis Ruminiyanın prezidenti seçilmişdir. Qüvvədə olan konatitusiya 1991 ildə qəbul edilib. Konstitusiyaya görə Ruminiya unitar reslublikadır. Dövlətin başçısı 4 il müddətində seçilən prezidentdir. Əsas qanunverici orqan senat və Deputatlar partiyasından ibarət ikipalatalı parlamentdir. Parlament üzvləri 4 ilə seçilir. Senatın 176, Deputatlar Partiyasının 412 üzvü var.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin