1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Mühafizəkar E.Hit hökumətinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə12/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   8   9   10   11   12   13   14   15   ...   50
müasir t

3.Mühafizəkar E.Hit hökumətinin daxili və xarici siyasəti
1970-ci il mayın 18-də baş nazir H.Vilson parlamentin buraxıldığını və iyunun 18-də növbədənkənar parlament seçkiləri keçiriləcəyini elan etdi. Leyboristlər bu seçkilərdə qələbə qazacanaqlarına böyük ümid bəsləyirdilər. Çünki 1970-ci ilin əvvəllərində ölkənin iqtisadi və maliyyə-valyuta vəziyyəti yaxşılaşmışdı. Bundan başqa leyboristlər parlamentdən yeni seçki qanununu keçirmişdilər. Həmin qanuna görə səs vermə hüququ 21 yaşdan 18 yaşa endirilmişdi. Leyboristlər 3,5 milyon gənc vətəndaşın onları dəstəkləyəcəklərinə ümid edirdilər.Lakin parlament seçkilərinin nəticələri gözlənilməz oldu. Seçkilərdə seçicilərin 1/4-i iştirak etməsə də mühafizəkarlar 13,1 milyon səs aldılar. 1965-ci ildən Mühafizəkarlar partiyasının lideri olan Edvard Hit hökumət təşkil etdi. N.Hitin proqramı onun «Daha yaxşı gələcək» adlı manifestində irəli sürülmüşdü. Proqrama görə leyboristlərin xüsusi sahibkarlıq fəaliyyəti üçün qoyduqları məhdudiyyətlər aradan qaldırılmalı, habelə sosial sahəyə çəkilən dövlət xərcləri ixtisar edilməli idi. E.Hitin tərəfdarları onun irəli sürdüyü konsepsiyanı «sakit inqilab» adlandırırdılar. 1971-ci il avqustun 5-də «Sənayedə münasibətlər haqqında qanun» qəbul edildi. Bu qanuna görə icazə verilməyən tətillər qadağan olundu. Tətil keçirilməsi barədə məlumat 60 gün əvvəl müvafiq orqanlara verilməli idi. Ölkədə inflyasiya gücləndi. Hit hökuməti böhrandan çıxmaq üçün iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunu aşağı salmağa çalışırdı.Ölkədə Olster böhranı da kəskinləşdi. Şimali İrlandiyada fövqəladə vəziyyət elan edildi. Şimali İrlandiyada özünüidarə etmə orqanı olan stortmont 1972-ci ildə buraxıldı. 1973cü ilin mart ayında keçirilən plebissitdə xalq Böyük Britaniya ilə ittifaqa səs verdi. Bundan sonra Olster birbaşa Londondan idarə olunmağa başlasa da, problem həll edilmədi. Mühafizəkarların daxili siyasəti əhali arasında narazılığa səbəb oldu. 1973-cü ilin payızında ölkədə fövqəladə vəziyyət elan edildi. Tətillər çoxaldı. Əgər 1970-ci ildə keçirilən tətillərdə 11 milyon iş günü itirilmişdisə, 1972-ci ildə bu 24 milyondan çox oldu. 1972-ci ilin yanvar-fevral aylarında 280 min şaxtaçının keçirdiyi ümummilli tətil fəhlələrin qələbəsi ilə başa çatdı. Tətil nəticəsində fəhlələrin əmək haqqı 25% artırıldı. 1974cü il yanvarın 23-də mədənçilərin milli ittifaqının İcraiyyə Komitesi fevralın 10dan ümumi tətilə başlamaq haqqında qərar qəbul etdi. Belə vəziyyətdə E.Hit fevralın 7-də parlamenti buraxdı və fevralın 28-də yeni parlament seçkilərinin keçiriləcəyini elan etdi. Xarici siyasət.Mühafizəkarlar hökumətinin xarici siyasətinin istiqamət lərindən biri AİB-ə daxil olmaq idi. Mühafizəkarlar hökuməti «Ümumi bazara» daxil olmaq üçün böyük səy göstərirdi. 1971-ci ilin iyun ayında Böyük Britaniyanın «Ümumi bazara>> daxil olmasının şərtləri haqqında ilkin razılıq əldə edildi. Bu razılığa görə İngiltərə bir il yarım ərzində AİB öklələri ilə ticarətdə gömrük tariflərini tədricən ləğv etməli, kənd təsərrüfatı məhsullarının qiymətlərini AIB ölkələrindəki səviyyəyə qaldırmalı idi. İngiltərənin AİB-in büdcəsinə verəcəyi üzvlük haqqı 80-ci illərin əvvəlləri üçün «Ümumi bazarın» xəzinəsinə daxil olan bütün gəlirin 1/4-nə bərabər olmalı idi. 1971-ci ilin oktyabr ayında İngiltərə parlamenti AİB-ə daxil olmaq haqqında qərar qəbul etdi. E.Hit Böyük Britaniyanın 1973-cü il yanvarın 1-dən AİB-ə daxil olması haqqında müqa viləni imzaladı.Xarici siyasətdə ABŞ-la münasibətlər xüsusi yer tuturdu. İkinci dünya müharibəsindən sonrakı illərdə İngiltərə ilə ABŞ arasındakı münasibətlər «xüsusi münasibətlər» sözləri ilə ifadə olunurdu. Ancaq E.Hit hökuməti zamanı iki ölkə arasındakı münasibətlər «təbii münasibətlər» sözləri ilə əvəz edildi.1971-ci ildə Hindistan-Pakistan münaqişəsində ABŞ Pakistanı müdafiə etdiyi halda, Böyük Britaniya biteref qaldı. 1973-cü ilin oktyabr ayında isə Hit hökuməti Yaxın Şərq məsələsində ABŞ-in deyil, AİB-in tərəfini saxladı, yəni ərəb ölkələrinin mənafeyini müdafiə etdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin