1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


M.Tetçer kabinetinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə20/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   16   17   18   19   20   21   22   23   ...   50
müasir t

24. M.Tetçer kabinetinin daxili və xarici siyasəti
Daxili siyasət1979-cu ildə Marqaret Tetçer yeni hökumət təşkil etdi. “Tetçerizm”adını alan proqramın əsasını Milton Fridmanın “monetarizm” nəzəriyyəsi təşkil edirdi. Tetçerizmin başlıca səciyyəvi cəhətləri: Dövlətin siyasi kursunun əsasını azadlıq, hamı üçün bərabər imkanlar, sahibkarlıq təşəbbüsünü müdafiə etmək təşkil edir, dövlətin iqtisadi həyata müdaxiləsi ən aşağı həddə endirilir, əmək qabiliyyətli vətəndaşlar özü-özünü təmin etməlidirlər; dövlət və xeyriyyə təşkilatları yalnız əmək qabiliyyəti olmayan o şəxslərə yardım göstərirlər ki, onlar işləmək imkanlarından öz gunahları ucbatından məhrum olmamışlar; büdcənin mühüm hissəsi vergilerden ibaret olur, qenaet rejiminə ve xərclərin ixtsiar edilməsinə ciddi surətdə əməl olunmalıdır; tətil hüquqları məhdudlaşdırılmalıdır.
Daxili siyasətdə başlıca məqsəd inflyasiyaya qarşı mübarizə idi. 1980 və 1982-ci illərdə parlament məşğulluq haqqında iki qanun qəbul etdi. Bu qanunlardan birincisi həmrəylik tətillərinin bütün növlərini qadağan edir və dinc piket imkanlarını çərçivəyə salaraq limitləşdirirdi. İkinci qanun isə işə götürülərkən tred-yunionların üzvlərinə üstünlük verilməsi qaydasını ləğv edirdi.
İqtisadiyyatda dövlət bölmesi ixtisar edildi. Xüsusi sahibkarlıq rəğbətləndirildi. Dövlət büdcəsi gəlirinin 90%-ni vergilerden gelen gəlir təşkil edirdi.Vergidən gələn gəlirlərin 1/3-ni müstəqim vergilər təşkil edirdi, 2/3 hissasi ise dolayı vergilerin payına düşürdü. Hökumət iri kapitala vergi güzəştlərini genişləndirdi,dolayı vergilər artırıldı.Yeni texnologiyaların tətbiqi nəticəsində sənaye modernləşdirildi.
1979-cu ilin sentyabr ayında Şimali İrlandiya və Böyük Britaniya rəhbərlərinin görüşü keçirildi. Şimali Irlandiyaya dair işçi sənəd hazırlandı. Həmin sənəd Olsterdə Məsləhətçi Assambleyanın yaradılmasını nəzərdə tuturdu. Assambleyaya seçkiler 1982-ci ildə keçirildi.
Xarici siyasətİngiltərə NATO şurasının hər il hərbi büdcənin 3% artırılması haqqındakı qərarını müdafiə etdi.ABŞ-ın sosializmə qarşı elan etdiyi «səlib yürüşü»nə qoşuldu. ABŞ-ın Qərbi Avropa ölkələrində orta mənzilli nüvə başlıqlı raketlərinin yerləşdirməsi planını qəbul etdi ve ölkə ərazisində 160 ədəd belə raketlərin yerləşdirməsinə razılıq verdi. 1983-cü ildə ABŞ-in Qrenadaya hərbi müdaxiləsi Ingiltere tərəfindən yaxşı qarşılanmadı. Çünki Qrenada Millətlər Birliyinə daxil idi. 1984-cü ildə ABŞ- in proteksionizm tətbiq etmesi va poladın bəzi növlərinin idxalına məhdudiyyat qoyması İngiltereni ciddi narahat edirdi. 1986-cı ildə Böyük Britaniya ilə ABŞ arasında strateji müdafiə təşəbbüsü - Ulduz müharibələri proqramlarında iştirak etməyə dair saziş imzalandı.1982-ci il aprelin 2-də Argentina Folklend adalarına desant çıxardı və ingilis qubernatorunu hakimiyyətdən salaraq, hərbi qarnizonla birlikde Ingiltərəyə göndərdi. Aprel axırlarında ingilis eskadrası Folklend adalarına yaxınlaşdıqdan sonra hərbi əməliyyatlar başlandı. Mayın 21-də Folklend adalarına hücum oldu. İyunun 14-də adada olan Argentina qoşunları təslim edildi. Müharibənin gedişində Amerika Birləşmiş Ştatları İngiltərəni müdafiə etdi.
Yaxın və Orta Şərq ölkələri.1986-ci ildə Liviyanın bombardman edilməsində, İrana hərbi müdaxilə cəhdində, Əfqanıstana sovet müdaxiləsinə qarşı Britaniya hökuməti ABŞ-la müttəfiq oldu.Ingilis diplomatiyası ərəb ölkələrində olan ənənəvi nüfuzunu saxlamaqdan ötrü İsrailin təcavüzünü qeyd-şərtsiz dəstəkləmirdi.
Çin.İki ölkə arasında ticarət dövriyyəsini 1980-ci ilin ortalarınadək 14 milyard dollara çatdırmaq qərara alındı. İngiltara-Çin danışıqlarının gedişinde Honkonqun taleyi də müzakirə edildi.Honkonqun icarə müddəti 1997-ci ildə başa çatdı.
Latın Amerikası ölkələri.ABŞ-ın Nikaraqua siyasətini bəzi şərtlərlə bəyəndi. Avropa ölkələri----AIB daxilində rolunun artmasına çalışırdı.
Sosialist ölkələri və SSRİ ilə-1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsini pislədi.1980-ci ilin evvellerinden başlayaraq SSRİ əleyhinə embargo tetbiq edilmesino dair ABŞ-in təkliflərinə qoşuldu. 1984-cü ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi artdı, təhsil, medeniyyet, elmi-texniki və ticarət-iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. 1987-ci ildə M.Tetçer Sovet İttifaqına səfər etdi, ikitərəfli sənədlər imzalandı.
Şərqi Avropanın sosialist ölkələri.Polşa, Çexoslovakiya və digər sosialist ölkələrində gedən antisovet, demokratik hərəkatlara yardım edirdi. Mühafizəkarlar hökuməti Avropanı ikiyə bölən Berlin divarının yıxılması və Almaniyanın birləşdirilməsi məsələsində ABŞ-la birgə fəaliyyət göstərirdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin