1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


İspaniyanın diktaturadan demokratiyaya keçidi. 1978-ci il Konstitusiyası



Yüklə 133,41 Kb.
səhifə22/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
müasir t

26. İspaniyanın diktaturadan demokratiyaya keçidi. 1978-ci il Konstitusiyası
70-ci illərin əvvəlində İspaniyada diktatura ilə müxalifət arasında mübarizə gücləndi. 1973-cü ilin iyununda baş nazir təyin olunmuş K.Blanko dekabrda qətlə yetirildi, sonra A.Navarro baş nazir təyin edildi. Ölkədə terrorçuluğa qarşı mübarizə gücləndi. 1975-ci ildə terrorçuluğa qarşı mübarizə haqqında yeni qanun qəbul edildi. ETA təşkilatının bir sıra üzvləri həbs və edam edildi.
1975-ci ilin noyabrında F.Franko öldü. Xuan Karlos İspaniyanın kralı elan edildi.Ölkədə diktaturadan demokratiyaya keçid prosesi başlandı. Bu işdə əsas rolu islahatlar oynamalı idi. 1976-cı ilin mayında A. Navarro hökuməti istefaya çıxdı. A.Suaresin başçılığı altında yeni hökumət təşkil edildi.
1976-cı ilin mayında İspaniya parlamenti siyasi islahat haqqında qanun qəbul etdi. Ümumi seçki hüququ tətbiq edildi, parlament ikipalatalı oldu. Deputatlar konqresi adlı birinci palatanın 350 üzvü əhali tərəfindən seçilməli idi. Senat adlı ikinci palatanın 208 üzvünün bir qismi seçilməli, bir qismi təyin edilməli idi. Kralın qanunları referenduma çıxarmaq, parlament buraxmaq, baş naziri və senatorların 20%-i təyin etmək hüququ var idi.
1976-cı ilin iyulunda siyasi məhbuslara qismən amnistiya verildi. 1976-cı ilin dekabrında siyasi islahat layihəsinin lehinə referendumda 94% səs verildi. 1977-ci ilin yanvarında general M.Boskun çevriliş cəhdi uğursuz oldu. Baş nazir A.Suares Demokratik Mərkəz İttifaqı Partiyasına rəhbərlik edirdi. 1977-ci ilin aprelində Kommunist Partiyasının fəaliyyəti bərpa edildi. 1977-ci ilin iyununda seçkidə Demokratik Mərkəz İttifaqı 165, Sosialist Fəhlə Partiyası 18 yer əldə etdi.
70-ci ilin ortalarında İspaniya iqtisadi böhran keçirmişdi. İşsizlərin sayı 25% idi. 1977-də Sahibkarlar, həmkarlar ittifaqı və hökumətin iştirakı ilə “Monkloa paktı” imzalandı. Bu saziş qiymətlər və əmək haqqı üzərində nəzarəti, sosial xərclərin artırılmasını və tətillərin azalmasını nəzərdə tuturdu. 1977-1978-ci illərdə Kataloniya, Qalisiya və Bask ölkəsinə muxtariyyət verildi.
1978-ci ilin oktyabrında İspaniyada korteslərin qəbul etdiyi konstitusiya referenduma çıxarıldı. Dekabrın 8-də keçirilən referendumda 88% seçici konstitusiyanın lehinə səs verdi. Konstitusiyaya görə ölkədə inkişaf etmiş demokratik cəmiyyət qurulmalı idi. İspaniya parlamentli monarxiya oldu. 1979-cu ilin martında ölkədə parlamentə seçkilər keçirildi.
1970-ci ildə İspaniya ABŞ-dan 400 milyon dollar kredit aldı. 1976-cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. İspaniya 1973-cü ildə Çin Xalq Respublikası və Almaniya Demokratik Respublikası ilə diplomatik münasibətlər yaratdı. 1977-ci ildə Madriddə Fələstin Azadlıq Təşkilatının nümayəndəliyi açıldı. 1977-ci ilin fevralında İspaniya ilə SSRİ arasında diplomatik münasibətlər yaradıldı.



Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin