1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Bonn konstitusiyası və AFR-in yaradılması



Yüklə 133,41 Kb.
səhifə30/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   26   27   28   29   30   31   32   33   ...   50
müasir t

35. Bonn konstitusiyası və AFR-in yaradılması
İşğal zonalarına bölünmüş Almaniyada SSRİ-nin və Qərb dövlətlərinin mənafeləri toqquşurdu. Dövlətlərin hər biri Almaniyanı öznüfuz dairəsinə salmaq və özünə uyğun idarə sistemi tətbiq etmək istəyirdi. ABŞ,İngiltərə və Fransa Almaniyada vahid döblətin qalmasına və onun kapitalizm yolu ilə inkişafına, SSRİ isə Almaniyanın sosialist ölkəsinə çevrilməsinə çalışırdı. Bu məsələdə tərəflərin razılığa gəlməsi mümkün olmadı və Almaniyanın yenidən parçalanması zəruri oldu. 1946-cı ilin dekabrın 2-də ABŞ və İngiltərənin Almaniyadakı işğal zonaları Bizoniyada birləşdi. 1948-ci ilin fevralında Fransanın işğal zonası Bizoniya ilə birləşdi və Trizoniya yaradıldı.
1948-ci ilin iyununda Qərbi Almaniyada pul islahatı keçirildi,reyxsmarka alman markası ilə əvəz edildi. İqtisadi inkişaf sürətləndi və ticarətin həcmi artdı.”Marşall planı” xətti ilə ABŞ-dan alınan kredit Qərbi Almaniyanın iqtisadi inkişafına təkan verdi.1948-ci ilin sonunadək Qərbi Almaniyada sənaye məhsulu istehsalı 50% artdı. 1948-ci ilin sonunda Qərbi Almaniyada sənaye məhsulu istehsalnın həcmi müharibədən əvvəlki səviyyəyə çatdı.
Qərbi Almaniyada 1948-ci ildə Müəssislər Məclisinə seçkilər keçirildi. Konstitusiya hazırlamaq üçün 1948-ci ilin sentyabrın 1-də Bonnda Parlament Şurası fəaliyyətə başladı. Parlament Şurasında ekspertlər şurası ölkə konstitusiyasını işləyib hazırladı. ABŞ, İngiltərə və Fransanın təşəbbüsü ilə hazırlanmış “İşğal statusu” Parlament Şurasına təqdim edildi. “İşğal statusu” Qərbi Almaniyanın suverenliyini məhdudlaşdırdı.Qərbi Almaniyanın xarici siyasətinə,o cümlədən xarici ticarətinə Qərb dövlətləri nəzarət etməli idi. Onlar həm də Qərbi Almaniyanın daxili işlərinə müdaxilə edə bilərdi. Rur üçün xüsusi status müəyyənləşdirildi və vilayətdə sənayeyə nəzarət etmək üçün beynəlxalq komitə yaradıldı.
1949-cu ilin mayın 8-də Parlament Şurası Qərbi Almaniyanın konstitusiyasını qəbul etdi.Mayın 12-də konstitusiya Qərb işğal zonalarının 3 qubernatoru tərəfindən təsdiq edildi.1949-cu ilin mayın 23-də konstitusiya qüvvəyə mindi və Almaniya Federativ Respublikasının yaradılması elan edildi.
1949-cu ildə AFR inzibati-ərazi cəhətdən 9 vilayətə bölünmüşdü. 1956-cı ildə Saarın AFR-ə qaytarılması ilə vilayətlərin sayı 10 oldu. Konsitusiyaya görə hər bir vilayətin konstitusiyası, parlamenti, höküməti və məhkəmə orqanları olmalı idi. Aşağı palata olan bundestaqı əhali tərəfindən 4 ilə seçilirdi. Yuxarı palata olan bundestratın üzvləri vilayətlərin hökümətləri tərəfindən təyin edilirdi. Dövlətin başçısı olan prezident 5 il müddətinə Federal Məclisdə seçilməli idi. Federal Məclis bundestaqın deputatlarından və vilayətlərin landtaqlarının nümayəndələrindən təşkil edilməli idi. Prezidentin səlahiyyətləri məhdud idi. Hökümətə başçılıq edən kansler prezidentin təklifi əsasında bundestqda təsdiq edilirdi. Kanslerin namizədliyi bundestaqda müzakirə edilməli idi. Federal kanslerin geniş səlahiyyətləri vardı. Konstitusiya ilə ölkə əhalisinə geniş demokratik hüquq və azadlıqlar: söz, siyasi, mətbuat, yığıncaq azadlıqlarını qadın və kişilər arasında bərabərlik hüquqları verilirdi.
1949-cu ilin avqustun 14-də bundestaqa keçirilən seçkilərdə XDİ/XSİ bloku 141, Sosial Demokrat Partiyası 132 mandat qazandı. Xristian Demokrat İttifaqının lideri K.Adenauer AFR-in ilk hökümətini təşkil etdi. Hökümətin tərkibinə həm də Azad Demokratlar Partiyasının nümayəndələri daxil idi. Azad Demokratlar Partiyasının nümayəndəsi T.Xeys AFR-in ilk prezidenti oldu. Hökümətin tərkibinə sənayeçilərin, bankların və mülkədarların 13 nümayəndəsi daxil idi.
İdarəetmə orqanları həm də Şərqi Almaniyada yaradıldı. 1949-cu ilin oktyabrın 7-də Alman Xalq konqresinin IX sesiyasında Almaniya Demokratik Respublikasının yaradılması elan və onun konstitusiyası qəbul edildi. AFR-in, ADR-in və xüsusi statusa malik Qərbi Berlinin yaradılması ilə Almaniya yenidən parçalandı. İki alman dövlətinin mövcudluğu, onların münasibətlərinin tənzimlənməsi və ölkənin yenidən birləşməsi uğrunda mübarizənin başlanması “Almaniya məsələsi”nin əsas tərkib hissəsi oldu.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin