1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


XX əsrin 70-80ci illərində AFRda iqtisadi və xarici vəziyyət



Yüklə 133,41 Kb.
səhifə33/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
müasir t

38.XX əsrin 70-80ci illərində AFRda iqtisadi və xarici vəziyyət
İqtisadi:1974cü ildə Brandt istefaya getdikdən sonra Helmut Şmidt federal kansler seçildi. O, öz praqmatik siyasəti ilə seçilirdi.
1975ci ildə ASDP-nin qurultayında “1975-1985ci illər üzrə iqtisadi-siyasi proqram” qəbul edildi. H.Şmidtin hakimiyyətə gələndə ölkədə böhran başlamışdı.
1974-1975ci illərdə sənaye istehsalı 7.5% azaldı. İnfilyasiya 7%oldu. Vəziyyətdən çıxış üçün azad bazar təsərrüfatı sürətlə bərpa edildi. Sərmaye qoyuluşu siyasəti həyata keçirildi. Nəticədə görülən tədbirlər öz bəhrəsini verdi.
Helmut Kolun hakimiyyətə gəlişi ilə isə ölkə tarixində yeni bir dövr başlanmış oldu. Hökumət maliyyə və vergi islahatları keçirdi. Orta sahibkarlara yardımlar ayrıldı. İqtisadiyyatın birbaşa dövlət tərəfindən tənzimlənməsi azaldıldı. Maliyyə sistemi dünyanın sabit maliyyə sistemlərindən birinə çevrildi. Alman markası möhkəmləndirildi.
Xarici siyasət.12 avqust 1970ci ildə Moskvada AFR ilə SSRİ arasında 5 maddədən ibarət müqavilə imzalandı:
• AFR dövlət sərhəddinin Oder və Neyse çayları boyunca keçməsini qəbul etdi.
• Tərəflər müharibə sonrasında Avropda yaranmış sərhədlərin pozulmamağı prinsiplərini qəbul etdi.
1970ci ilin dekabrında AFR Polşa ilə, 1972ci ildə isə ADRla müqavilə imzaladı. AFR ADRı müstəqil dövlət kimi tanıdı. Bundan sonra hər 2 dövlət BMT-ə üzv qəbul edildi.
Şmidt hökuməti dövründə AFR Fransa ilə yaxınlaşdı. 1975ci ildə ATƏM yekun aktını imzaladı.
Həmin illərdə xarici siyasətin əsas istiqamətlərindən biri də ABŞ və NATO ilə əməkdaşlıq idi. Şmidt hökuməti AFR ərazisində əlavə amerikan qoşun hissələrinin yerləşdirilməsinə icazə verdi. NATO çərçivəsində hərbi xərclərin 3% artırılması ilə razılaşdı. Koll hökumətinin də xarici siyasətində ABŞla münasibətlərin inkişafı başlıca istiqamət idi. AFR hökuməti ABŞın “ulduz müharibələri” planlarını müdafiə edirdi.
Digər istiqamət Asiya, Afrika və L.Amerikası ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi idi. Məqsəd bu regionlarda kapital qoyuluşunu artırmaq idi.
1983cü ildə SSRİ ilə AFR arasında ticarət dövriyyəsi 7mlrd rubl təşkil edirdi. Lakin 80ci illərdə amerikan raketlərinin AFR ərazisində yerləşdirdikdən sonra 2 ölkə arasında münasibətlərdə gərginlik yarandı. 1985ci ildən sonra isə bu gərginlik yumşalma ilə əvəz olundu. 2 ölkə arasında ticarət-iqtisadi, elmi-texniki əlaqələrə dair sənədlər imzalandı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin