1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Nikson kabinetinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə31/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
müasir t

36.Nikson kabinetinin daxili və xarici siyasəti
1968-ci ilin noyabr ayında keçirilən prezident seçkilərində respublikaçılar partiyasının nümayəndəsi Riçard Nikson qələbə qazandı. Nikson 1969-cu ildən 1974-cü il avqustun 9-na qədər hakimiyyətdə qaldı. O, özünün iqtisadi siyasətini 1971-ci il avqustun 15-də elan etdi. Bu proqram «yeni iqtisadi siyasət» adlandırıldı. Ölkədə talon sisteminə keçirildi. «Yeni iqtisadi siyasət» 1974-cü ilə qədər dörd mərhələdən ibarət olmaqla həyata keçirildi. I mərhələ 1971-ci ilin avqust-noyabr aylarını əhatə edirdi. Bu mərhələdə qiymətlər və əmək haqqı dondurulurdu. II mərhələ 1971-ci ilin noyabrından 1973-cü ilin yanvarına qədər olan dövrü əhatə edirdi. Bu mərhələdə qiymətlər və əmək haqqı üzərində nəzarət tətbiq edilirdi. Əmək haqqı və qiymətlərin tənzimlənməsi həmkarlar ittifaqının iştirakı ilə həyata keçirilirdi. Hökumət qiymətlərin illik artımının 2,5%-dən yuxarı olmamasına çalışırdı. Əmək haqqı isə ildə 5,5%-dən çox artırılmamalı idi. III mərhələ 1973-cü ilin yanvar-iyun aylarını əhatə edirdi. Bu mərhələdə qiymətlər üzərində birbaşa dövlət nəzarəti ləğv edilirdi və inflyasiyanın səviyyəsi 2,5%-dən çox olmamalı idi. IV mərhələ 1974-cü il aprelin 30-dək davam etdi. Enerji probleminin həllindən ötrü addımlar atıldı. Sosial sahədə: Qocalığa görə verilən pensiyanın həcmi bir neçə dəfə artırıldı. Dövlətdən yardım alanlara verilən ödənişlər artırıldı. 1972-ci ildə sosial təminat sisteminin başqa sahesi olan işsizliyə görə sığortada mühüm dəyişiklik edən qanun qüvvəyə mindi. Bu qanuna görə daha 4,8 milyon fəhlə və qulluqçu işsizliyə görə müavinət ala bilərdi. 70-ci illərin əvvəllərində ölkədə ərzaq talonları sistemi tətbiq olundu. 1973-cü ildə konqres əmək haqqının minimum məbləğinin artırılması haqqında qanun qəbul etdi. Nikson bunun üzərinə veto qoysa da, 1974-cü ilin aprel ayında həmin qanun qəbul edildi.
Xarici siyasətdə Vyetnam haqqında məsələ xüsusi yer tuturdu. 1969-cu ilin iyul ayında Nikson "Quam doktrinası"nı elan etdi.«Quam doktrinası»nın səciyyəvi cəhətləri: ABŞ Asiya ölkələri ilə bağladığı əvvəlki müqavilələrə əməl edəcəkdi; əgər bu ölkələr üçün təhlükə olardısa, ABŞ müvafiq tədbirlər görecek ve bu ölkələrə hərbi və iqtisadi yardımlar göstərəcəkdi. Ancaq bu doktrinaya göre ABŞ bilavasita harbi əməliyyatlarda iştirak etməkdən imtina edir və əsas məsuliyyəti təcavüz təhlükəsinə məruz qalan ölkənin üzərinə qoyurdu. 1969-cu ildə SSRİ ilə ABŞ arasında strateji silahların məhdudlaşdırılmasına dair danışıqlar başladı. 1972-ci il mayın 22-30-da iki ölkə arasında aketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə ve strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müvəqqəti saziş imzalandı. ABŞ 1970-ci ildə Kambocaya, 1971-ci ildə isə Laosa qoşun yeritdi. 1971-ci ilin dekabr ayında Vyetnamın bombardman edilməsi bərpa olundu. Lakin ABŞ hökuməti Vyetnamda müharibəni dayandırmağa məcbur oldu.Hind-Çində yerləşdirilən ABŞ əsgərlərinin sayı azaldıldı. 1973-cü il yanvarın 27-də Parisdə Veytnamda müharibənin dayandırılması haqqında saziş imzalandı. Paris sazişindən sonra bütün amerikan ordu hissələri Cənubi Vyetnamdan çıxarıldı.
1972-ci il 17 iyun Uotergeyt böhranı nəticəsində məlum oldu ki, Respublikaçılar Partiyasının nümayəndələri Niksonun göstərişi ilə demokratları izləmişlər.Senat Niksonun maliyyə vəziyyətini də yoxladı. Onun vergiləri ödəmədiyi aşkar oldu. 1973-cü ilin yayında vitse-prezident S.Aqnyunun rüşvət aldığı üzə çıxdı. 1974-cü il 9 avqustda Nikson istefaya getdi. O, ABŞ tarixində vəzifəsindən uzaqlaşdırılan ilk prezident oldu.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin