1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət



Yüklə 133,41 Kb.
səhifə27/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   23   24   25   26   27   28   29   30   ...   50
müasir t

31.İspaniya 2011-2021-ci illərdə
İqtisadi böhranın ağır dövrü 2009-cu ilə təsadüf etmişdi.İşsizlərin sayı artmışdı. 2008-2011-ci illərdə sənaye müəssisələrində işləyənlərin sayı 660 min nəfər azalmışdı. Avropa İttifaqı çərçivəsində işsizlərin 1/3-i İspaniyanın payına düşürdü. İspaniyada əmək qabiliyyətli əhalinin 25 %-i işsiz idi. Gənclər arasında işsizlərin sayı 50 % idi.M.Raxoy başda olmaqla Xalq Partiyası İspaniyada hakimiyyətə 2011-ci ilin dekabrında gəlmişdi. Beynəlxalq Valyuta Fondu İspaniya hökumətini yeni qənaət proqramı hazırlamağa çağırdı. İspaniya Latın Amerikası ölkələri ilə geniş iqtisadi əməkdaşlıq edirdi. İspaniyada yerli ekspertlərin bir qismi İspaniyanın əvvəlki valyutaya qayıtmasını təklif edirdi. Lakin İspaniya əvvəlcə Beynəlxalq Valyuta Fondunun və Avropa İttifaqının köməyindən imtina etməli idi. 2012-ci ildə Avropa İttifaqı İspaniyaya 100 milyon avro yardım ayırmışdı. Bu yardım İspaniyada maliyyə sisteminin yenidənqurulmasına sərf edilməli idi. Ölkənin beş regionu (Kataloniya, Kastiliya, Valensiya, Mursiya və Andalusiya) hökumətdən maliyyə yardımı istəmirdi 2012-ci ilin yayında Kataloniyanın borcu 40 milyard avro idi. Baş nazir M.Raxoyun göstərişi ilə Kataloniyaya zəruri yardım göstərilmişdi. İspaniyada istehsal edilən məcmu ictimai məhsulun 20 %-i Kataloniyanın payına düşür.
İspaniya hökuməti iqtisadi böhrandan çıxmaq üçün parlamentə 43 qanun layihəsi göndərmirdi. Əhali ölkədə yaranmış vəziyyətdən narazı idi. 2012-ci ilin iyulunda şaxtaçıların nümayişi olmuşdu. Nümayişçilərlə polis arasında toqquşma baş vermişdi. Hökumət kömür şaxtaları üçün vəsaiti 63 % azaltmışdı. 2012-ci ilin dekabrında işsizliyə qarşı nümayişlər keçirilmişdi. Hökumət etiraz hərakatını nəzərə alıb təqaüd islahatı keçirmədi. 2013-cü ildə İspaniyada əmək qabiliyyətli əhalinin 27 %-i işsiz idi.
2011-ci ilin mayında İspaniyada bələdiyyə, 2012-ci ilin martında parlament seçkiləri keçirildi. Bələdiyyə seçkilərində Sosialist Fəhlə Partiyası məğlubiyyətə uğradı. 2011-ci ilin fevralında təqaüd islahatı keçirildi. Qanuna görə məcburi iş stajı 35 ildən 37 ilə, təqayüd yaşı isə 65-dən 67-yə qaldırıldı.
Kataloniyada İspaniyadan ayrılmaq uğrunda hərakat gücləndi. 2012-ci ilin sentyabrında keçirilən nümayişin əsas tələbi İspaniyadan ayrılmaq idi. 2012-ci ilin noyabrında növbədənkənar regional seçkilər keçirildi. İspaniyadan ayırmaq uğrunda mübarizə aparan partiyalar parlamentdə yerlərin 60 %-ni qazandı. 2012-ci ilin dekabrında Kataloniyada parlament 2014-cü ildə referendum keçirilməsi haqqında qərar qəbul etdi. İspaniya hökuməti Kataloniyada referendum keçirilməsini qadağan etmişdi.
İspaniyada iqtisadi vəziyyət ağır idi. 2013-cü ildə İspaniyada baş nazi M.Raxoyun adı iə bağlı korrupsiya qalmaqalı baş verdi. Xalq Partiyasının xəzinədarı L.Barsenas və baş nazir M.Raxoy qeyri-qanuni əməliyyatlarda ittiham edildi. Məlum oldu ki, XP rəhbərlərinin 60 %-i müntəzəm şəkildə əmək haqqını heç bir qeydiyyat aparılmadan alıb. Bir sıra sahibkarlardan, o cümlədən tikinti şirkətlərindən XP-nin rəhbərləri rüşvət almışdı. Baş nazir M.Raxoy bütün ittihamları yalan adlandırdı və öz gəlirləri haqqında məlumat nəşr etdirdi. Hökumətin parlamentə göndərdiyi şəffaflıq haqqında qanun vergi bəyannamələrinin ci ddi tənzimlənməsini, dövlət qulluqçularının fəaliyyətinin yoxlanılmasını və rüşvət hallarının daha ciddi cəzalandırılmasını nəzərdə tuturdu.
2013-cü ilin noyabrında İspaniya məhkəməsinin qərarı ilə kralın yaxın qohumu hersoq R.de Mayorskinin 16 daşınmaz əmlak obyekti müsadirə edilmişdi. 2014-cü ilin əvvəlində İspaniya məhkəməsi kral I Xuan Karlosun qızını vergiləri ödəməməkdə və qanunsuz pulların leqallaşdırılmasında ittiham etmişdi. 2014-cü ilin iyunun 2-də kral oğlunun xeyrinə taxtdan imtina etdi və VI Filipp İspaniyanın kralı oldu. İnaqurasiya mərasimi iyunun 18-də keçirildi. İyunun 19-da Madriddə nümayiş edən əhali kral hakimiyyətinin ləğvini və İspaniyanın respublika elan olunmasını tələb etmişdi.Pedro Sanchez bu vəzifəyə 2018-ci ilin iyunun 2-də gəlmişdir.
1 iyun 2018-ci ildə parlamentdə keçirilən parlamentdəki 350 səsdən yalnız 169-u və parlamentdəki 350 səsdən yalnız 169-u alan Raxoy baş nazir vəzifəsini davam etdirmək şansını itirdi və vəzifədən getdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin