29.K. Ettli hökumətinin daxili və xarici siyasəti 1945-ci il iyulun 5-də Böyük Britaniyada parlament seçkiləri keçirildi. Seçkilərdə mühafizəkarların lideri, baş nazir Uinston Çerçil “Cənab Çerçilin siyasəti haqqında bəyannamə” adlı sənədlə kampaniyaya başladı. Sənəddə İngiltərənin keçmiş qaydalara qaytarılması barədə vədlərə geniş yer verilirdi. Leyborist Partiyası isə 1945-ci ilin payızında “gələcəyə doğru” adlı manifest qəbul etdi. Manifestdə qeyd edilirdi ki, Leyborist partiyası “Sosialist partiyasıdır və bununla fəxr edir”. Leyborist partiyasının proqramında əsas yeri bir sıra sənaye sahələrinin milliləşdirilməsi tuturdu. Bu, birinci növbədə kömür sənayesinə, qaz sənayesinə, elektroenergetika sənayesinə, dəmiryolu nəqliyyatına, habelə İngilis bankına aid edilməli idi. Çerçilin şəxsi nüfuzu mühafizəkarlar üçün seçkilərin nəticəsinəmüsbət təsir etmədi. Mühafizəkarlar partiyası məğlubiyyətə uğradı. Parlamentdə mütləq çoxluğu leyboristlər qazandılar. Leyboristlərin lideri, vəkil ailəsində anadan olmuş Klement Ettli (1883-1967) hökumət yaratdı. Bu, İngiltərənin tarixində üçüncü leyborist hökuməti idi. Parlamentin aşağı- İcmalar palatasında leyboristlər 393, mühafizəkarlar -213, liberallar isə 12 yer qazandılar. Seçkilərdə Kommunist Partiyası da 2 deputat yeri əldə edə bildi. Ettli hökumətinin qarşısında kəskin siyasi, iqtisadi və maliyyə problemlərinin həll edilməsi dururdu. Hakimiyyətə gələn leyboristlər bütün dövlət siyasətini yenidən qurdular. Leyborist hökumətinin daxili siyasətində milliləşdirmə xüsusi yer tuturdu. Hökumət ölkə əhalisinin 20%-nin çalışdığı ingilis bankını, daş kömür və qaz sənayesini, elektrik stansiyalarını, poladəritmə zavodlarının bir hissəsin, bütün daxili nəqliyyatı, mülki aviasiyanı, teleqraf və radionu milliləşdirdi. Hökumətgeniş investisiya proqramları həyata keçirdi. Sosial sığorta sistemi yenidən quruldu. Fəhlələr xəstəliyə, işsizliyə, əmək qabiliyyətini itirməyə görə, uşaq doğulmasına görə, habelə dul qadınlar pensiya almaq hüququ qazandılar. 1946-cı ildə Milli Səhiyyə xidmətinin yaradılması haqqında qanun qəbul edildi. Qanuna əsasən İngiltərənin tarixində ilk dəfə olaraq əhaliyə dövlət tərəfindən pulsuz tibbi yardım göstərilməyə başlandı. 1945-ci ildə qəbul edilən mənzil proqramına görə 1948-ci ilin sonlarında 852 min bir mənzilli ev tikilib başa çatdırıldı. 1947-ci ildə İqtisadi Planlaşdırma Şurası yaradıldı. Həmin ildə məşğuliyyət üzərində nəzarət haqqında qanun qəbul edildi. 1949-cu ilin əvvəllərində isə hərbi mükəlləfiyyət haqqında qanun qüvvəyə mindi. Qanuna görə orduda xidmət müddəti 1 il yarım olmalı idi. 1927-ci ildə qəbul edilmiş qanunla hüquqları məhdudlaşdırılan həmkarlar ittifaqlarının hüquqları bərpa edildi.Leyborist hökuməti Lordlar Palatasının hüquqlarının məhdudlaşdırılmasına çalışırdı. İndiyədək Lordlar Palatası İcmalar Palatasının qəbul etdiyi qanunları 2 il gecikdirə bilərdisə, bundan sonra həmin müddət 1 ilə endirildi. Leyboristlərin hakimiyyəti dövründə sənaye istehsalının ümumi həcmi artdı. 1947-ci ildə sənayenin inkişafında müharibədən əvvəlki səviyyəyə nail olundu. Sənaye məhsulu istehsalı ildə 6% artdı. 1951- ci ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəni 31% ötüb keçdi. Leyboristlərin hakimiyyəti dövründə ixracat genişləndi. 1951-ci ildə ixracat 1937-ci illə müqayisədə 53% çox idi. Xarici siyasət sahəsində leyborist hökuməti keçmiş mühafizəkar baş nazir Uinston Çerçilin 1946-cı il martın 5-də ABŞ-ın Fulton şəhərində etdiyi çıxışından irəli gələn prinsipləri əsas götürdü. Leyboristlər ABŞ-İngiltərə müttəfiqliyini möhkəmləndirdilər. İngiltərəMarşal planı ilə ABŞ yardımlarını aldı. Ölkə ABŞ-ın təklif etdiyi atlantizm xəttə qoşularaq 1949-cu ildə NATO-nun üzvü oldu. Müharibədən sonra İngiltərə xarici ticarətdəki bir sıra mövqelərini ABŞ-a verməyə məcbur oldu. Xaricə kapital qoyuluşu artsa da bu sahədə İngiltərə ABŞ-dan hələ də geri qalırdı. Müharibədən sonra İngiltərə donanması ABŞ-dan sonra ikinci yeri tuturdu. Leyboristlərin hakimiyyəti dövründə ingilis xarici siyasətinin başlıca məsələsi Britaniya imperiyasının taleyi ilə bağlı idi. Müharibədən sonra Britaniya müstəmləkələrindəxalqların müstəqillik uğrunda mübarizəsi xeyli genişləndi. Leyboristlər müstəmləkələrdə mühafizəkarlardan fərqli olaraq çevik siyasət yeridirdilər. Milli azadlıq mübarizəsinin güclü olduğu yerlərdə leyborist hökuməti güzəştə getdi. Həmin ərazilərə əlverişli şərtlərlə müstəqillik verildi. 1947-ci ilin avqust ayında Hindistan dominion hüququ aldı və ölkənin ərazisi dini əlamətlərə görə iki hissəyəparçalandı. Ölkənin müsəlmanlar yaşayan hissəsi olan Pakistan da dominion hüququ aldı. 1950-ci ilin yanvarında Hindistan müstəqil respublika oldu. Pakistan isə 1956-cı ilin martında qəbul etdiyi konstitusiya ilə müstəqil respublikaya çevrildi. 1948-ci ildə Seylon da dominion statusu aldı. İngiltərə Birmaya da dominion statusu təklif etdi. Lakin Birma xalqı bununla razılaşmadı və Birma 1948-ci ilin yanvar ayında öz müstəqilliyini elan etdi. Ona görə Böyük Britaniya Malayya, Nigeriya, Uqanda, Keniya, Qızıl sahildə üzücü xaraket alan kiçik müstəmləkə müharibələri aparmalı oldu. Leyboristlərin hakimiyyəti illərində İngiltərə Fələstin üzərində mandat hüququndan imtina etdi. İordaniya da müstəqillik qazandı. 1947-ci ildə Böyük Britaniya ilə Sovet İttifaqı arasında 1942-ci il müqaviləsinin müddətini 20 ildən 50 ilə qədər uzatmaq barəsində danışıqlar pozuldu. İngiltərə də SSRİ-yə və Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə qarşı qeyri-bərabər ticarət-iqtisadi siyasətin genişləndirilməsində fəal iştirak edirdi.İngilis diplomatiyası Avropada regional təşkilatların yaradılmasında yaxından iştirak etdi. Bu illərdə ingilis hökuməti xarici siyasətdə “Üç dairə” konsepsiyasına riayət edirdi. Həmin konsepsiya 1948-ci ildə mühafizəkarlar partiyasının konfransında irəli sürülsə də əslində leyboristlər də onun prinsiplərinə riayət edirdilər. Bu konsepsiyaya görə Böyük Britaniya eyni zamanda üç rolda çıxış edəbilərdi; Qərbi Avropanın lideri; Qərbi Avropa ilə ABŞ-ı əlaqələndirən həlqə və Millətlər Birliyinin ənənəvi mərkəzi. 1949-cu ildə Britaniya millətlər birliyinə dünyanın bütün materiklərindən olan 54 dövlət daxildi.