28.Fransada lV respublikanın qurulması,onun konstitusiyası Fransa tarixində lV respublika 1946-1958-ci illəri əhatə edir. 1946-cı ilin noyabrı respublikanın ilk parlament seçkiləri keçirildi. Birpartiyalı hökümət yaradıldı. Hökümətin başçısı Leon Blüm oldu.Lakin bu hökümətin ömrü qısa oldu. 1947 16 yanvar V.Oriol Fransa prezidenti seçildi, Blüm istefaya çıxdı. Sosialist Ramadyenin başçılığı ilə yeni hökümət təşkil olundu. 1947-1948 illərdə Fransa baş naziri Robert Şuman oldu.
lV respublika illərində hökümətin iqtisadiyyata müdaxiləsi genişləndi. İstehsalın təmərküzləşməsi gücləndi. 1947 ildə iqtisadiyyatın modernləşməsini nəzərdə tutan “Monne planı” qəbul edildi. 1948-ci ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. 1949 ildə kartoçka sistemi ləğv edildi. 1950-ci ildən iqtisadi yüksəliş baş verdi. lV respublikanın son ilində sənaye istehsalı müharibədən əvvəlkindən 2.5 dəfə çox oldu. 1954 ildə iqtisadi inkişafa dair ikinci plan həyata keçirildi. 1948-58 illərdə Fransada qaz və neft çıxarma,atom, elektronika,kimya sənaye sahələri yarandı. Fransa Marşal planına əsasən 3.2 mlrd dollar kredit aldı.
1946 13 oktyabr keçirilən referendumda Milli Məclis tərəfindən hazırlanmış konstitusiya layihəsi ölkə əhalisinin əksəriyyəti tərəfindən bəyənildi. Konstitusiya 24 dekabr qüvvəyə mindi. Konstitusiyanın qəbulundan sonra lV respublikanın 12 illik tarixi başladı. Konstitusiyaya görə Fransa parlamentli respublika elan edildi. İki palatalı parlamentin yuxarı palatası Respublika şurası, aşağı palatası Milli Məclis idi. Prezident 7 il müddətində parlamentdə seçilməli idi. Konstitusiya ilə vətəndaşlara geniş hüquq və azadlıqlar verildi. Fransa işğalçı müharibələr aparmamalı,müstəmlələr “Fransa ittifaqı”nda birləşməli idi. İttifaqın bütün vətəndaşları bərabər hüquqa malik idi.Milli Məclisə seçkilər ümumi, birbaşa və gizli yolla keçirilməli idi.
lV respublikanın xarici siyasətinin əsas istiqamətlərindən biri ABŞ-la münasibətlər idi. 1948 ilin yayı Fransa Marşal planına qoşuldu, ABŞ-la ikitərəfli siyasi və iqtisadi müqavilələr imzaladı.
1950 may Fransa xin R.Şuman Qərbi Avropa ölkələrinin kömür və polad istehsalını birləşdirmək üçün “Şuman planı”nı təklif etdi. 1951 apreli Avropa kömür və polad birliyi yaradıldı. Birliyin təsisi haqqında sənədi Fransa, İtaliya, Belçika, Hollandiya, Lüksemburq və AFR imzaladı.
Müstəmləkələr məsələsi Fransa xarici siyasətində mühüm yer tuturdu. Fransa höküməti 1946-54cü illərdə Hind-Çində müharibə aparırdı. 1954 ildə Tunisə daxili muxtariyyət verdi, lakin Mərakeşə müstəqillik verməkdən imtina etdi.1956 ildə Fransa höküməti Tunis və Mərakeşin müstəqillini tanıdı.