Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyası



Yüklə 47.21 Kb.
Pdf просмотр
tarix06.05.2017
ölçüsü47.21 Kb.

İş № 2-1(105)-340/2016

Q Ə R A R

Sumqayıt Apelyasiya Məhkəməsinin

inzibati-iqtisadi kollegiyası

Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı,

hakimlər Nəsibov Nazim Məcid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə,

Nəcəfquliyev Ruslan Maqsud oğlunun katibliyi ilə,

iddiaçının nümayəndəsi Hüseynova Yasəmən Seyfulla qızınun və

cavabdehin nümayəndəsi Cəbiyev Rasim Yusif oğlunun iştirakları ilə,

İddiaçı – Heydərova Lalə Hüseyn qızının cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun

Xızı rayon şöbəsinə qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi

vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair iş üzrə Sumqayıt

İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-1(85)-1010/2016 saylı qərarından

iddiaçının nümayəndəsi Y.Hüseynova tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt

Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) 28

noyabr 2016-cı il tarixdə şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası

MÜƏYYƏN ETDİ:

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-1(85)-1010/2016

saylı qərarı ilə iddiaçı Heydərova Lalə Hüseyn qızının cavabdeh Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı

rayon şöbəsinə qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi

vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir (hakim

Z.Priverdiyev).

Həmin qərardan iddiaçının nümayəndəsi Y.Hüseynova apelyasiya şikayəti vermişdir.



İŞİN HALLARI:

İddiaçı Heydərova Lalə Hüseyn qızı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xızı

rayon şöbəsinə qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi

vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinə müraciət etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əri Heydərov Şaban Miri oğlu 15 mart

2015-ci il tarixdə ölmüşdür. Cavabdeh 06 iyul 2015-ci il tarixli ailə başçısını itirməyə görə

əmək pensiyasının təyin edilməsi barədə iddiaçının müraciətinə 25 avqust 2015-ci il tarixli

76/199 nömrəli cavabla bildirmişdir ki, onun “Əmək pensiyaları haqqında” Azərbaycan

Respublikasının Qanununun 14-cü maddəsinə əsasən pensiya almaq hüququ yoxdur. Heydərov

Şaban Miri oğlunun yeganə vərəsəsi onun arvadı iddiaçıdır. İddiaçının bir gözü çəp olduğuna

görə işləyə bilmir. İddiaçının əri qalsaydı 1 ay 15 gün sonra pensiya alacaqdı, lakin ölmüşdür.

“Əmək pensiyaları haqqında” Qanununun 18.1-ci maddəsinə əsasən bir ailə üzvü kimi iddiaçının

ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ

NÜMAYƏNDƏLƏRİN İZAHATLARI:

Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Y.Hüseynova apelyasiya

şikayətini müdafiə edərək izahatında göstərdi ki, birinci instansiya məhkəməsinin qərarı

qanunsuz və ədalətsizdir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin

etməməklə qərarında “Əmək pensiyaları haqqında” AR Qanununun 14.1-ci və 18.1-ci

maddələrinə əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının



“Əmək pensiyaları haqqtnda” Qanununun 14.1-ci maddəsində göstərilməyən kateqoriya həmin

Qanunun 18.5-ci maddəsində təsbit olunub, yəni “vəfat etmiş ailə başçısının bir ailə üzvü

olduqda şərti” 18.1-ci maddədə göstərilib, 14.1-ci maddədə isə göstərilməyib. İki norma arasında

aşkar ziddiyyətin olduğunu bilməli olduğu və bunu araşdırmalı olduğu halda, məhkəmə

vətəndaşın iddiasına hərtərəfli baxmamışdır və vətəndaşın məhkəmə müdafiəsi hüququnu

pozmuşdur. AR-nın “Normativ hüquqi aktiar haqqında” Konstitusiya Qanununun 10.4-cü

maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət

mövcud olduqda xüsusi norma tətbiq edilir. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən, normativ

hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində

ziddiyyətiər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan

Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsınə uygun olaraq Azərbaycan

Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Həmin Qanunun

93.2-ci maddəsinə əsasən normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə

malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə

normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi

orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər

edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər. Ona görə də, nümayəndə

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi və

iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul olunmasını məhkəmə kollegiyasından

xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Cəbiyev apelyasiya

şikayətini qəbul etməyərək, onun təmin olunmamasını və Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını

məhkəmə kollegiyasından xahiş etdi.



HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən

apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə

baxaraq həll edir.

Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən nümayəndələrin

izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə

edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi nəticəsinə gəlir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə

əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam

təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək

alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq

imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani

şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının, ata, ana, ər, arvad bu

Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və

ya II qrup əlildirsə və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və

ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8

yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə

başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının

baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın

uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu

Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün

yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri

üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.

İş materialları ilə müəyyən olunur ki, iddiaçı 16 iyul 1967-ci il tarixdə doğulmaqla

hazırda 49 yaşı vardır. İddiaçının əri Heydərov Şaban Miri oğlu 15 mart 2015-ci il tarixdə

ölmüşdür. Birgə nikahlarından övladları olmamışdır. İddiaçı ailə başçısını itirməyə görə əmək


pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən 25

avqust 2015-ci il tarixli, 76/199 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından

imtina edilmişdir.

Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, ailə başçısını itirməyə görə

əmək pensiyası hüququ olan şəxslərin dairəsi “Əmək pensiyaları haqqında” Azərbaycan

Respublikası Qanununun 14.1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı

müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının hazırda 49 yaşı var, övladı yoxdur və o, I

və ya II qrup əlil deyildir. Göründüyü kimi qeyd olunan normanın tələblərinə əsasən iddiaçının

ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Belə olan halda birinci

instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilə bilməz.

Bundan başqa, birinci instansiya məhkəməsi qərarında iddiaçının nümayəndəsinin istinad

etdiyi “Əmək pensiyaları haqqında” Qanununun 18.1-ci maddəsinə münasibətdə qeyd etmişdir

ki, həmin norma ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslərin dairəsini

deyil, ailə başçısını itirməyə görə ödənilməli olan əmək pensiyasının məbləğini müəyyən edir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında “Əmək

pensiyaları haqqında” Qanununun 14.1-ci və 18.1-ci müddəalarını səhf təfsir etmişdir.

Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Heydərov Şaban Miri oğlunun 63 yaşı

tamam olmasına 1 (bir) ay 16 gün qalmış o, vəfat etmişdir.

“Əmək pensiyaları haqqında” Qanununun 18.5-ci maddəsinə görə vəfat etmiş

sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi

hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında

bərabər bölünür.

Heydərov Şaban Miri oğlunun yeganə vərəsəsi onun arvadı Heydərova Lalə Hüseyn

qızıdır.


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək

pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası

sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”-nın 2.5-ci bəndinə əsasən

vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan

və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alan) Qanunun 14-

cü maddəsində göstərilən ailə üzvlərinin aşağıdakı şərtlərlə ailə başçısını itirməyə görə əmək

pensiyası hüququ vardır.

Həmin Qaydaların 2.5.1-ci yarımbəndinə görə ailə başçısını itirməyə görə əmək pensiyası

ailə

başçısının



ölüm

gününədək

bu

Qaydaların 2.3.1-ci



yarımbəndi

ilə


müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir.

Həmin Qaydaların 2.3.1-ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya

sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə

əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

İşdə olan İT-1 seriyalı 1263127 nömrəli əmək kitabçasından görünür ki, Hüseynova Lalə

Hüseyn qızı 10 mart 1999-cu ildən işləmir və həmin vaxtdan o vəfat etmiş ailə başçısının

öhdəsində, yəni tam təminatında olmuşdur.

İşdə olan Heydərov Şaban Miri oğlunun əmək kitabçasından görünür ki, o, əmək

fəaliyyətinə 1974-cü ilin iyun ayının 11-dən başlamış və 2015-ci ilin martın 16-da vəfat etdiyinə

görə əmək müqaviləsinə xitam verilmişdir.

Vəfat edənin fasiləsiz olaraq 1995-ci ilin mayın 1-dən və ölənədək işlədiyi Xızı

Telekommunikasiya Qovşağının 18 iyun 2015-ci il tarixli 07 saylı arayışda onun əmək haqqı

2012, 2013, 2014-cü illər və aylar üzrə, 2015-ci ilin yanvar-aprel ayları üzrə göstərilmişdir.

Həmçinin, Qaydaların 2.6-cı bəndinə görə ailə başçısını itirməyə görə əmək pensiyaları

Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.

Qaydaların 2.6.1-ci yarımbəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının

baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın

uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya Qanunun

14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə


əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə

yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.

Beləliklə, bütün faktiki araşdırılmış halları ilə ailə başçısının ölüm gününədək

ümumilikdə sığorta stajı 5 ildən artıq olduğu, iddiaçı L.Heydərovanın vəfat etmiş ailə

başçısının tam təminatında olduğu və bir ailə üzvü olduğu müəyyən edilir.

Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab

edir ki, inzibati orqanın iddiaçının ailə başçısının itirməyə görə əmək pensiyasının təmin

edilməsindən imtina edilməsi məktubu əsassızdır və L.Heydərovanın ailə başçısının itirməyə

görə əmək pensiyası hüququ vardır.

Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin III hissəsinə əsasən hər

kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını

itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda

sosial təminat hüququna malikdir.

Konstitusiyanın 71-ci maddəsinin I və II hissəsilərinə görə konstitusiyada təsbit edilmiş

insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və

məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının

həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə

inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə

bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən

müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə

iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı

məhkəmədən tələb edə bilər.

Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə

tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina

edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia)

inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının

və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd

olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati

orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti

təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən

apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən

qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə

bilər.


Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci

instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara

istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiya məhkəməsinin qərarında apelyasiya

şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 69, 87.6, 89, 94.1-ci maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası



QƏRARA ALDI:

İddiaçının nümayəndəsi Hüseynova Yasəmən Seyfulla qızınun apelyasiya şikayəti təmin

edilsin.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-1(85)-1010/2016

saylı qərarı ləğv olunsun.

Yeni qərar qəbul edilsin.

İddia təmin edilsin.


Heydərova Lalə Hüseyn qızına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin

edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Sumqayıt şəhər şöbəsinin

üzərinə qoyulsun.

Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Qərarın təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi

vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı



şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Afaq Nuriyeva



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə