HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən
apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə
baxaraq həll edir.
Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən nümayəndələrin
izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə
edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi nəticəsinə gəlir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə
əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam
təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək
alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq
imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani
şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının, ata, ana, ər, arvad bu
Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və
ya II qrup əlildirsə və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və
ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8
yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə
başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının
baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın
uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu
Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün
yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri
üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
İş materialları ilə müəyyən olunur ki, iddiaçı 16 iyul 1967-ci il tarixdə doğulmaqla
hazırda 49 yaşı vardır. İddiaçının əri Heydərov Şaban Miri oğlu 15 mart 2015-ci il tarixdə
ölmüşdür. Birgə nikahlarından övladları olmamışdır. İddiaçı ailə başçısını itirməyə görə əmək
pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən 25
avqust 2015-ci il tarixli, 76/199 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından
imtina edilmişdir.
Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, ailə başçısını itirməyə görə
əmək pensiyası hüququ olan şəxslərin dairəsi “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 14.1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı
müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının hazırda 49 yaşı var, övladı yoxdur və o, I
və ya II qrup əlil deyildir. Göründüyü kimi qeyd olunan normanın tələblərinə əsasən iddiaçının
ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Belə olan halda birinci
instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilə bilməz.
Bundan başqa, birinci instansiya məhkəməsi qərarında iddiaçının nümayəndəsinin istinad
etdiyi “Əmək pensiyaları haqqında” Qanununun 18.1-ci maddəsinə münasibətdə qeyd etmişdir
ki, həmin norma ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslərin dairəsini
deyil, ailə başçısını itirməyə görə ödənilməli olan əmək pensiyasının məbləğini müəyyən edir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında “Əmək
pensiyaları haqqında” Qanununun 14.1-ci və 18.1-ci müddəalarını səhf təfsir etmişdir.
Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Heydərov Şaban Miri oğlunun 63 yaşı
tamam olmasına 1 (bir) ay 16 gün qalmış o, vəfat etmişdir.
“Əmək pensiyaları haqqında” Qanununun 18.5-ci maddəsinə görə vəfat etmiş
sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi
hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında
bərabər bölünür.
Heydərov Şaban Miri oğlunun yeganə vərəsəsi onun arvadı Heydərova Lalə Hüseyn
qızıdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək
pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası
sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”-nın 2.5-ci bəndinə əsasən
vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan
və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alan) Qanunun 14-
cü maddəsində göstərilən ailə üzvlərinin aşağıdakı şərtlərlə ailə başçısını itirməyə görə əmək
pensiyası hüququ vardır.
Həmin Qaydaların 2.5.1-ci yarımbəndinə görə ailə başçısını itirməyə görə əmək pensiyası
ailə
başçısının
ölüm
gününədək
bu
Qaydaların 2.3.1-ci
yarımbəndi
ilə
müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir.
Həmin Qaydaların 2.3.1-ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya
sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə
əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
İşdə olan İT-1 seriyalı 1263127 nömrəli əmək kitabçasından görünür ki, Hüseynova Lalə
Hüseyn qızı 10 mart 1999-cu ildən işləmir və həmin vaxtdan o vəfat etmiş ailə başçısının
öhdəsində, yəni tam təminatında olmuşdur.
İşdə olan Heydərov Şaban Miri oğlunun əmək kitabçasından görünür ki, o, əmək
fəaliyyətinə 1974-cü ilin iyun ayının 11-dən başlamış və 2015-ci ilin martın 16-da vəfat etdiyinə
görə əmək müqaviləsinə xitam verilmişdir.
Vəfat edənin fasiləsiz olaraq 1995-ci ilin mayın 1-dən və ölənədək işlədiyi Xızı
Telekommunikasiya Qovşağının 18 iyun 2015-ci il tarixli 07 saylı arayışda onun əmək haqqı
2012, 2013, 2014-cü illər və aylar üzrə, 2015-ci ilin yanvar-aprel ayları üzrə göstərilmişdir.
Həmçinin, Qaydaların 2.6-cı bəndinə görə ailə başçısını itirməyə görə əmək pensiyaları
Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.
Qaydaların 2.6.1-ci yarımbəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının
baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın
uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya Qanunun
14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə
əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə
yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
Beləliklə, bütün faktiki araşdırılmış halları ilə ailə başçısının ölüm gününədək
ümumilikdə sığorta stajı 5 ildən artıq olduğu, iddiaçı L.Heydərovanın vəfat etmiş ailə
başçısının tam təminatında olduğu və bir ailə üzvü olduğu müəyyən edilir.
Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab
edir ki, inzibati orqanın iddiaçının ailə başçısının itirməyə görə əmək pensiyasının təmin
edilməsindən imtina edilməsi məktubu əsassızdır və L.Heydərovanın ailə başçısının itirməyə
görə əmək pensiyası hüququ vardır.
Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin III hissəsinə əsasən hər
kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda
sosial təminat hüququna malikdir.
Konstitusiyanın 71-ci maddəsinin I və II hissəsilərinə görə konstitusiyada təsbit edilmiş
insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə
inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə
bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən
müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.
Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə
iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı
məhkəmədən tələb edə bilər.
Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə
tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina
edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia)
inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının
və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd
olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati
orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti
təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən
apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən
qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə
bilər.
Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci
instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara
istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiya məhkəməsinin qərarında apelyasiya
şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 69, 87.6, 89, 94.1-ci maddələrini
rəhbər tutaraq, məhkəmə kollegiyası
Dostları ilə paylaş: |