1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


ıı dünya müharibəsindən sonra İspaniyanın iqtisadi, daxili siyasi və beynəlxalq vəziyyəti



Yüklə 133,41 Kb.
səhifə34/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   30   31   32   33   34   35   36   37   ...   50
müasir t

39. ıı dünya müharibəsindən sonra İspaniyanın iqtisadi, daxili siyasi və beynəlxalq vəziyyəti
ıı dünya müharibəsindən sonra ispaniyanın siyadi tarixi 3 mərhələyə bölünür:
1.​1936-1939 cu illərdə olan vətəndaş müharibəsi qurtardıqdan sonra 1975 ci ilədək Frankonun ölümünədək olan mərhələ
2.​1976-1979 cu illər Franko diktaturasından demokratiyaya keçid.
3.​1979 cu ildən sonrakı illər Demokratik qurluşun möhkəmləndirilməsi mərhələsi.
İspaniya ıı dünya müharibəsində iştirak etməmişdi. Lakin müharibə dövründə Almaniya ilə əməkdaşlıq etmiş, onu xammal və ərzaqla təmin etmişdi. Almaniyanın məğlub olması ilə bağlı İspaniya öz mövqeyində dəyişiklik etdi. 1945-ci ilin mayın 8-də İspaniya hökuməti Almaniya ilə əlaqələri kəsdi və ölkədə Almaniyaya və onun müttəfiqlərinə məxsus olan əmlakın müsadirə edilməsinə başlanıldı.
ıı dünya müharibəsindən sonra İspaniyada sosial-iqtisadi vəziyyət ağır idi. Sənaye və kənd təsərrüfatı məhsulu istehsalının həcmi əsaslı şəkildə azalmışdı. Diktatura rejimi ölkənin iqtisadi inkişafını ləngidirdi. Büdcə vəsaitinin çox hissəsi müdafiə məqsədlərinə və ağır sənayeyə xərclənirdi. Ölkənin ərzaq məhsullarına təlabatı böyük idi. İspaniyanın dövlət borcu 52 milyard peset idi.
XX əsrin 50-ci illərinin əvvəllərində İspaniyada məhsul istehsalının həcmi müharibədən əvvəlki səviyyəyə çatdı. İstehsalın təmərküzləşməsi prosesi, metallurgiya, maşınqayırma və elektrotexnika sənayesinin inkişafı sürətləndi. Əmək qabiliyyətli əhalinin 50%-i sənaye müəssisələrində işləyirdi.
İspaniyanın iqtisadi və siyasi həyatında dəyişikliklər zəruri idi. 1945-ci ilin iyulun 17-də “İspaniyalıların Xartiyası” adlı sənəd qəbul edildi. Sənəddə ölkə vətəndaşlarının hüquq və azadlıqlarının bərpasından, vətəndaşlara şəxsiyyətin toxunulmazlığı, təhsil və gizli yazışma hüququnun verilməsindən bəhs edilirdi.
Müharibədən sonra İspaniyada hökumətin tərkibinə faşist partiyası ilə yanaşı “Katolik fəaliyyəti” adlı partiyanın nümayəndələri daxil edilmişdi. Həmkarlar ittifaqının fəaliyyətinə hökumət ciddi nəzarət edirdi. Ölkədə müxalifətin fəaliyyəti üçün şərait mövcud deyildi.
İspaniya hökumətinin iqtisadi siyasəti avtarkiya xarakteri daşıyırdı. Bu siyasət xaricdən məhsul, xammal və kapital idxalının azalmasını, milli-iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradılmasını və dövlətin iqtisadi və sosial münasibətlərə geniş müdaxiləsini nəzərdə tuturdu.
İspaniyada hökumət və əhali monarxiyanın bərpasına tərəfdar idi. 1947-ci ilin iyulunda keçirilmiş referendumda ölkə əhalisinin əksəriyyəti dövlət forması kimi monarxiyaya səs verdi. Iyulun 26-da parlamentdə ölkədə monarxiyanın rəsmiləşdirilməsi haqqında qanun qəbul edildi. F.Franko İspaniya dövlətinin başçısı idi. Kral idarəetmə qabiliyyətinə malik olmadıqda ölkəni Qəyyumluq Şurası idarə etməli idi.
Müharibədən sonra İspaniya beynəlxalq aləmdə təcrid olunmuş vəziyyətdə idi. 1945-ci ilin iyununda San-Fransisko konfransı qətnamə qəbul etmişdi ki, faşist dövlətlərinin hərbi yardımı ilə qurulmuş rejimlərin idarə etdiyi ölkələr BMT-yə qəbul edilməsin. Ona görə İspaniya BMT-yə qəbul edilmədi. 1946-cı ilin dekabrında BMT Baş Məclisi təşkilat üzvlərinin İspaniya ilə münasibətləri kəsməsi haqqında qərar qəbul etdi. Portuqaliya və Argentina İspaniya ilə münasibətləri kəsmədi.
Qərb dövlətləri İspaniya ilə əməkdaşlıqda maraqlı idi. 1947-ci ilin iyulunda F.Franko bildirdi ki, İspaniya soyuq müharibədə “Qərb üçün yaxşı qala” rolunu oynamağa və hərbi baza tikmək üçün ABŞ-a ərazi verməyə hazırdır. Marşall planı xətti ilə İspaniyaya yardım göstərilmədi. Qərbi Avropa ölkələri İspaniyanın NATO-ya daxil olmasını istəmirdi 1948-ci ilin yanvarında Fransa İspaniya ilə sərhədi açdı. 1948-ci ildə Fransa və İngiltərə İspaniya ilə ticarət sazişi imzaladı. 1950-ci ilin noyabrında BMT Baş Məclisinin sessiyası 1946-cı il qətnaməsini ləğv etdi. Qərbi Avropa ölkələri İspaniya ilə diplomatik münasibətləri bərpa etdilər.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin