1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


İspaniyada F.Qonsales hökümətinin daxili xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə37/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
müasir t

43.İspaniyada F.Qonsales hökümətinin daxili xarici siyasəti.
İkinci dünya müharibəsindən sonra İspaniyanın siyasi tarixi 3 mərhələyə bölünür:1.İspaniyada 1936-39cu illər vətəndaş müharibəsi qurtardıqdan sonra 1975ci ilədək yəni Frankonun vəfatınadək,2.1976-1979-vu illər Franko diktaturasından demokratiyaya keçid mərhələsi,3.1979-cu ildən sonrakı illər Demokratik quruıuşun möhkəmlənməsi mərhələsi.1945-ci il iyulun 17-də İnsan hüquq və azadlıqları haqqında “İspaniyalıların xartiyası”adlı sənəd elan edildi. Şəxsiyyət azadlığı və toxunulmazlığı elan edildi. Franko rejimi son dərəcə təcavüzkar siyasət yeridirdi.”İspaniya falanqası”faşist partiyasından başqa bütün partiyalar qadağan edildi.Ölkədə müxalifət demək olar ki,fəaliyyət göstərmirdi.Frankizm siyasəti avtarkiyaya çatmışdı.Bu siyasətə görə azad ticarət məhdudlaşdırılır,ölkədəki müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaradılır,xarici kapitalın ölkəyə daxil olması çətinləşirdi.1947ci ilin iyulunda İspaniyada monarxiya quruluşuna dair referendum keçirildi. Xalq monarxiya yolu ilə faşizmdən xilas olmağa can atırdı.1947-ci il iyulun 26-da dövlət başçısı vəzifəsi irsən keçməyə başladı.Franko ömrlük başçı seçildi,ölkədə Regent şurası yarandı. Franko vəfat edərsə,ölkəni bu quruluş idarə etməli idi. 1945ci il iyunda BMTni təsis edən dövlətlərin San-Fransiskoda keçirilən konfransındakı qəbul olunmuş qətnaməyə görə “ox”dövlətlərinin silahlı qüvvələrinin köməyi ilə siyasi rejimlərini quran ölkələr BMTyə qəbul edilə bilməzdi,beləliklə İspaniyanın da xahişi rədd edildi.Portuqaliya və Argentinadan başqa bütün digər ölkələr səfirlərini Madriddən geri çağırdı.1947ci ildə Franko İspaniyanın Qərb üçün” yaxşı qala”rolunu oynaya,Abşın isə onun ərazisində hərbi bazalar yarada biləcəyini bildirdi. Bundan sonra Abşla münasibətlər yaxşılaşdı.Amerikan diplomatiyası İspaniyanı Nato blokuna cəlb etmək istəsə də baş tutmur.Franko yalnız Abş tərəfdən soyuq müharibəyə qoşulduqda hakimiyyətini saxlaya və möhkəmləndirə bildi.1948-ci ildə Fransa ilə İspaniya sərhəddi açıldı. 1949-cu ildə Qərb diplomatları Madridə geri qayıtdı. 1950ci illərdə faşist məğlubiyyətindən sonra ölkə yaranmış böhrandan çıxa bildi.İspaniyanın xarici siyasətdə başlıca vəzifəsi beynəlxalq təcridolmadan qurtarmaq,BMT və YUNESKOya daxil olmaq idi.1952-ci ildə YUnESKOya,1955-ci ildə isə BMTyə üzv qəbul edildi.1953-cü il sentyabrın 26-da ABŞla İspaniya arasında müdafiə,iqtisadi yardım,təhlükəsizliyo qarşılıqlı təmin etmək haqqında müqavilə imzalandı. ABŞ İspaniyada hərbi bazalar tikmək hüququ aldı.60-cı illərdə iqtisadiyyatda baş verən irəliləyiş ispan iqdisadi möcüzəsi idi. Bu illərdə İspaniya aqrar-sənaye ölkəsindən sənaye-aqrar ölkəsinə çevrildi. İqtisadiyyatda uğurlara baxmayaraq,xalq Franko rejimindən narazı idi.Ölkədə müxalif qüvvələr genişlənməyə başladı.Qadağan edilməsinə baxmayaraq ölkədə tətil və nümayişlər artırdı.1966cı ildə “Yeni üzvü qanun”qəbul edildi. Qanun 1967ci ildə qüvvəyə mindi. 564kortes deputatlarından 108i seçilməli digərləri rəsmi təşkilatların tövsiyəsi ilə kral tərəfdən təyin olunmalı idi. Kral və ya Regent 30 yaşdan yuxarı olan ispan vəya katolik ola bilərdi. 1969cu ilin iyulun 23də Franko 13cü Alfonsun nəvəsi Xuan Karlos Burbonu İspaniyanın gələcək kralı elan etdi.1967 ərəb-israil müharibəsində ərəbləri müdafiə etdi. 1975ci ildə terrorizmə qarşı mübarizəyə dair yeni qanun qəbul edildi. ETA terrorçu təşkilatına zərbə endirildi. Lakin terror dayandırıla bilmədi.1975ci ilin noyabrında Franko öldü. Xuan Karlos İspan kralı elan edildi.



Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin