42.Ruminyada xalq demokratik inqilabı 1965-ci ildə Nikolae Çauşeskunun Ruminya Kommunist Partiyasının Baş katibi seçilməsi ilə 40-cı illərin sonlarında cəmiyyətdəki avtoritar rejimin ləğv olunmasına ümid yarandısa,az sonra bu ümid özünü doğrultmadı. Çauşeskunun yoldaşə Yelena ölkənin ali rəhbərliyinin üzvü oldu,eləcə də 40-a yaxın qohumunu rəhbər vəzifəyə təyin etdi.Şəxsiyyətə pərəstiş yarandı. Bu dövr “Çauşesku dövrü”,”qızıl dövr”adlandırılır.Çauşesku prezident vəzifəsindən əlavə 1974cü ildən digər vəzifələri də icra etməyə başladı.Totalitar rejim ölkə əhalisini dövlət orqanlarının nəzarəti altında saxlayırdı:telefon danışıqları dinlənir,xəbərçilik şirnikləndirilir,xaricilərlə əlaqə qadağan olunurdu.80-ci illərdə iqtisadiyyat son dərəcə ağır vəziyyətə düşdü.Neft istehsal edən ölkədə yanacaq-enerji ehtiyatlarının kəskin çatışmazlığı yarandı. Valyuta olmadığından neft məhsullarını dünya bazarlarından almağa imkan yox idi. Ölkə ciddi qənaət rejiminə keçid etdi.Nəticədə ölkənin xarici borcunun yarısı ödənilsə də,ölkə əhalisinin vəziyyəti pisləşdi.Respublika sarayının və başqa nüfuzlu obyektlərin inşası xatirinə Çauşeskunun əmri ilə Buxarestdə tarixi mərkəzin çoxmərtəbəli evləri sökülmüşdü.Macarların məskunlaşdığı Transilvaniyada “ərazinin sistemləşdirilməsi”siyasəti keçirildi.Məqsəd kiçik kəndləri ləğv etmək,əhalini iri urbanizasiya edilmiş qəsəbələrə köçürmək idi.Bu da macar əhalisinin narazılığına gətirdi çıxardı. Ümumi terrora baxmayaraq rejim möhkəm deyildi. 1987-ci ildə Braşovda əmək şəraitinin və yaşayığın ağırlığı üzündən “Rədd olsun diktator!”şüarı altında keçən fəhlə həyəcanını sekuritate yatırdı.Müxtəlif səbəblərdən vəzifədən uzaqlaşdırılmış 6 keçmiş dövlət xadimi Çauşeskuya açıq məktubla müraciət edib siyasətini tənqid etdi. Çauşesku öz tənqidçilərini ABŞın Fransanın SSRİnin casusları adlandırdı. Transilvaniyada macar azlığının təqib olunması Macarıstanla da vəziyyəti pisləşdirdi. İnsan haqlarının pozulması ilə bağlı məsələ BMTdə müzakirə olundu.1989-cu ilindekabrın ortalarında Timişoar şəhərində hökümət orqanları yerli keşişi şəhərdən çıxarmağa cəhd etdi,bu da iğtişaşlara səbəb oldu. “Rədd olsun Çauşesku!”şüarları səsləndirildi.Milis və ordu hissələri dağıdıldı. Bu hadisə demokratik inqilabın əsasını qoydu.Çauşeskunu müdafiə etmək üçün dekabrın 21də paytaxt mərkəzinə on minlərlə adam yığıldı. Çauşesku çıxış edərək əmək haqqının və pensiyaların qaldırılmasına söz verdi. Lakin bundan sonra Buxarestdə toqquşmalar başlandı. Əllərində milli bayraqlar götürən 10minlərlə adam mərkəzi meydana toplandı.Onlar RKP MKnın binasını mühasirəyə aldı. Bundan sonra ordu xalq tərəfə keçdi.Lakin Çauşeskuya sadiq qüvvələr üsyançılara qarşı silah işlətdi. İnqilab nəticəsində Çauşesku diktaturası devrildi.Hadisəıərin gedişində Milli Qurtuluş Cəbhəsi hakimiyyətə gəldi.Onun başında vaxtıyla Çauşeski siyasi xətti ilə razılaşmadığı üçün hakimiyyətdən uzaqlaşdırılmış olan İon İliesku dururdu.Ər-arvad Çauşeskular həbs olunub məhkəmə qərarı ilə güllələndi.İnqilab rumin xalqının siyasi həyatına yenilik gətirdi.Yeni siyasi partiya və təşkilatlar yarandı.1947də qadağan olunmuş Milli liberal və Milli saranist partiyaları fəaliyyətini bərpa etdi.