1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Fransada IV respublikanın xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə41/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   37   38   39   40   41   42   43   44   ...   50
müasir t

50.Fransada IV respublikanın xarici siyasəti
Fransa tarixində Dördüncü respublika 1946-1958-ci illəri əhatə edir.Fransa Marşall planına əsasən ABŞ-dan 3,2 milyard dollar məbləğində kredit almışdıXarici siyasət sahəsində Ş.de Qollun partiyası Qərbi Avropa ölkələrinin SSRİ-yə və ABŞ-a müqavimət göstərmək üçün iqtisadi və siyasi inteqrasiyasına tərəfdar idi.
Qərb ölkələri ilə, o cümlədən ABŞ-la əməkdaşlıq Fransanın xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Marşall planı əsasında ABŞ-dan alınan kreditlər ölkədə təsərrüfatın bərpasına və inkişafına kömək etmişdi. Fransa Qərbi Avropa ölkələrinin iqtisadi və siyasi cəhətdən yaxınlaşmasının əsas təşəbbüskarla-rından biri idi. 1948-ci ilin martında Fransa Qərb İttifaqına, 1949-cu ilin aprelində NATO-ya, mayında isə Avropa Şurasına daxil olmuşdu. 1950-ci ilin mayında Fransanın xarici işlər naziri R.Şuman Qərbi Avropa ölkələrində kömür və polad istehsalını birləşdirmək planı ilə çıxış etmişdi. 1951-ci ilin aprelində Fran-sa, AFR, İtaliya, Belçika, Hollandiya və Lüksemburq Paris mü-qaviləsini imzaladılar və Avropa Kömür və Polad Birliyi yara-dıldı. 1957-ci ilin martında imzalanmış Roma müqavilələri əsa-sında yaradılan Avropa İqtisadi Birliyi və Atom Enerjisi üzrə Avropa Birliyi təşkilatlarına Avropa Kömür və Polad Birliyinin üzvü olan dövlətlər daxil idi. Avropa İqtisadi Birliyinin əsas və-zifəsi Avropa inteqrasiyasını təşkil etmək və tənzimləmək idi.
Dördüncü respublika dövründə Fransanın apardığı müharibə-lər müstəmləkə sisteminin dağılmasının qarşısını almağa yönəlmişdi. Fransa 1946-1954-cü illərdə Hind-Çində işğalçılıq mü-haribəsi aparmış və 1954-cü ildə imzalanmış Cenevrə sazişləri ilə məğlubiyyətini etiraf etmişdi. Fransa 1956-cı ilin martında Tunisin və Mərakeşin müstəqilliyini tanımışdı. 1956-cı ilin pa-yızında Fransa, İngiltərə və İsrailin Misirə qarşı hərbi müdaxi-ləsi uğursuz oldu. 1954-cü ildə Əlcəzairdə Milli Azadlıq Ordusu ilə Fransa ordusu arasında başlanmış müharibə 8 il davam etmiş-di. Əlcəzairin 9 milyon əhalisinin 1 milyonunu Fransadan köçən-lər təşkil edirdi. Fransa əlverişli mövqedə yerləşən və neftlə zən-gin olan Əlcəzairin müstəqilliyini tanımaq fikrində deyildi. Əlcə-zair Fransanın dənizarxası departamentlərindən biri idi. Əlcəza-irdə yaşayan fransızlar onun müstəqilliyinin əleyhinə idi. Əlcəza-irdə aparılan müharibə Fransada əhalinin narazılığına və ölkədə siyasi böhran yaranmasına səbəb oldu. Əlcəzairdə Fransanın 500 min nəfərlik ordusunun rəhbərliyi və ultramüstəmləkəçilər 1958-ci ilin yayından Fransa hökumətinə qarşı qiyam qaldırmışdı. Qi-yamçıların əsas tələbi Ş.de Qollun yenidən Fransada siyasi ha-kimiyyətə qayıtması, ölkədə sabitliyin bərpa edilməsi və Əlcə-zair məsələsinin həll edilməsi idi. Əhali hesab edirdi ki, Fransa-nı ağır böhrandan yalnız Ş.de Qoll xilas edə bilər.
Ş.de Qoll Fransada yaranmış vəziyyəti nəzərə alıb hakimiy-yətə qayıtmağa razılaşdı və 1958-ci ilin iyunun 1-də baş nazir təyin edildi. Fransada Dördüncü respublika dövrü başa çatdı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin