1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


T.Mitteranın prezidentliyi dövründə Fransanın daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə43/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   39   40   41   42   43   44   45   46   ...   50
müasir t

53.T.Mitteranın prezidentliyi dövründə Fransanın daxili və xarici siyasəti
1981-ci ildə Fransada növbəti prezident seçkiləri keçirildi. Prezident kreslosu uğrunda dörd iddiaçı mübarizə aparırdı. Fransua Mitteran ,Marşe, əvvəlki prezident Valeri Jiskar d"Esten ,Jak Şirak. Seçkilərin aprelin 26-da keçirilən birinci turunda namizədlərin heç biri qələbə qazanmadı. İkinci tur mayın 10da keçirildi. Fransua Mitteran 51,76% səslə qalib gəldi. Beləliklə, hakimiyyətə sol qüvvələr gəldi.O, seçkiqabağı kampaniyada ekstremizmdən qaçaraq sakit qüvvəə şüarı ilə çıxış etdi. Milli Məclisin əvvəlki tərkibində sağlar çoxluq təşkil etdiyindən Mitteran parlamenti buraxdı və yeni seçkilər keçiriləcəyini elan etdi. 1981-ci ilin iyun ayında keçirilən seçkilər Sosialist Partiyasına qələbə gətirdi. Sosialist partiyası 37,5% səs toplayaraq, majoritar seçki sistemi əsasında Milli Məclisdə yerlərin mütləq əksəriyyətinə nail ola bildi. P.Morua başda olmaqla yeni hökumət yaradıldı. Hökumətin tərkibinə 34 sosialist, 4 kommunist, 2 sol radikal və 1 sol qollist daxil oldu. Sol qüvvələrin ittifaqı ölkəni çətin vaxtda idarə etməyə başladı. Yeni hökumətin əsas vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq idi. Morua hökuməti minimum əmək haqqını 10%, pensiya və ailə müavinətlərini 20-25% artırdı.Pensiya yaşı həm qadınlar, həm də kişilər üçün 63-dən 60 yaşa endirildi. Haqqı ödənilən məzuniyyətlərin müddəti 4 həftədən 5 həftəyə qədər uzadıldı, iş həftəsinin müddəti 40 saatdan 39 saata endirildi. Sol qüvvələrin hökuməti həmkarlar ittifaqlarının hüquqlarını genişləndirdi. Siyasi və həmkarlar ittifaqı fəaliyyətinə görə işdən azad edilmə qadağan olundu. Hökumət həmçinin yerli özünüidarə orqanlarının hüquqlarını genişləndirdi, ölüm cəzasını ləğv etdi və amnistiya keçirdi.1982-ci ildə sol qüvvələrin hökuməti 36 iri xüsusi bankı, 13 nəhəng inhisar qrupunun bir qismini milliləşdirdi, bir qismini isə hökumətin nəzarəti altına keçirdi. Milliləşdirmə nəticəsində 3 mindən çox müəssisə, bütün bank kreditinin isə 75%-i dövlətin nəzarətinə keçdi. Sənayedə dövlət bölməsi 18%- dən 32%-ə çatdı. Əmək münasibətləri tənzimləndi. Hökumət qiymətləri dondurdu. 1981-82-ci illərdə baş verən böhrandan sonra ölkədə istehsalın illik artımı 2% oldu. Həyat tərzi dövlət təminatı hesabına yaxşılaşdı. Lakin bütün bu təxsisatlar dövlət büdcəsində kəsir yaratdı. İnflyasiya artdı və maliyyə böhranı baş verdi, Buna görə də 1983-cü ilin əvvəllərində Mitteran bu islahatları dayandırdı. Fransa Sosialist Partiyası içərisində hətta sosial dövlətə ideyasından imtina olunması tələbləri eşidilməyə başlandı. Hökumət qaba iqtisadiyyat xətti götürdü. Siyasi sahədə də islahatlar həyata keçirildi. Regional hakimiyyət orqanlarına seçkilərdə proporsional seçki sistemi tətbiq edildi, Partiyaların maliyyə fəaliyyətini tənzimləmək haqqında qanun qəbul olundu. Senzura ləğv edildi. 1984-1986-ci illərdə ölkənin baş naziri solların nümayəndəsi Leonard Fabius oldu. 1986-ci il seçkilərindən sonra isə baş nazir Respublikanı Müdafiə Birliyi Partiyasının lideri Jak Şirak oldu, O, 1988-ci ilə qədər baş nazir vəzifəsində işlədi. 1988-ci ilin may ayında keçirilən növbəti prezident seçktlərində bütün əsas partiyaların liderləri öz namizədliklərini irəli sürdülər. İkinci tura yalnız Mitteran və Şirak çıxdı. Seçkilordə Mitteran 54% səs toplayaraq yenidən prezident seçildi. Prezident seçilən kimi Mitteran Milli Məclisi buraxaraq vaxtından əvvəl seçkilər keçirdi. Seçkilərdə onun tərəfdarları qələbə qazandılar.Fransa Sosialist Partiyasının qələbə qazanmasına baxmayaraq, ölkədəki daxili problemlər həll edilmədi. Qısa müddət ərzində hökumət kabinetləri bir-birini əvəz etdi. M.Rokar, E.Kresson, P.Bereqovua hökumətləri daxili siyasətdə keçirdikləri tədbirlərlə sağ mərkəzçi partiyaların yolunu tutdular. Bu özünü özəlləşdirmədə, iri biznesə münasibətdə, sənayenin aparıcı sahələrinin modernləşdirilməsində göstərdi. Nəticədə partiyada parçalanma baş verdi. 1993-cü ildə keçirilən parlament seçkilərində müxalifət partiyaları qələbə qazandılar. Sosialistlərin məğlubiyyəti onların yeritdiyi siyasətin məntiqi nəticosi idi. Sosialistlərin hakimiyyəti dövründə ölkədə işsizlərin sayı 3 mln. nəfər oldu. Son üç ildə dövlət büdcəsinin kəsiri 90 mİn. frankdan. 165 mlrd. franka çatdı.Bütün bunlar sosialistlərin sosial dayaqlarını xeyli zəiflətdi Müxalifət partiyaları Fransa Uğrunda İttifaq koalisiyasında birləş dilər. Onlar Milli Məclisdə olan 577 yerdən 484-nü qazandılar. Lakin blokun lideri Fak Şirak 1995-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyinə görə baş nazir olmaq istəmədi. Baş nazir kreslosuna seçkiqabağı kampaniyada onun mişaviri olan Eduard Balladyur seçildi. Yeni hökumət özəlləşdirmə proqramını genişləndirdi, bank və sığorta kapitalı sahəsində tədbirlər həyata keçirdi. Lakin hökumətin siyasətindən narazılıq artdı. Ölkədə milli ziddiyyətlər kəskinləşdi. Separatçı qrupların fəaliyyət göstərdiyi Korsika adasında münaqişə xüsusilə gücləndi. Parlament və hökumət Korsika adası üçün xüsusi qanun işləyib hazırladı. Qanuna əsasən adada yerli idarə orqanlarına geniş səlahiyyətlər verilsə də, muxtariyyət ideyası gücləndi. Komor adalarında və YeniKaledoniya arxıpelaqında da muxtariyyət meylləri genişləndi. Komor adalarına istiqlaliyyət verildi. F.Mitteranın hakimiyyəti illərində xarici siyasət. Mitteranın hakimiyyəti illərində xarici siyasətin asas istiqamətlərindən biri NATO ile əməkdaşlığı və ABŞ-la münasibətləri inkişaf etdirməkdən ibarət idi. Fransa dünya işlərindəo NATO-nun, özünün isə NATO-da rolunun artırılmasına çalışırdı. 1991-ci ilin yanvar ayında fransız ordu hissələri ABŞ-ın İraqa qarşı “Səhrada fırtına”, adlı hərbi əməliyyatında yaxından iştirak etdilər. Fransa 1985-ci ildən sonra Sovet İttifaqı ilə əməkdaşlığı genişləndirdi. Mitteran hökuməti SSRİ-də başlanan yenidənqurma siyasətini müdafiə etdi. 1990-cı ilin oktyabr ayında SSRİ prezidenti M.S.Qorbaçovun Parisə səfəri zamanı Fransa ilə SSRİ arasında Razılıq və Əməkdaşlıq haqqında müqavilə bağlandı. Sənaddə deyilirdi ki, Fransa və SSRİ bir- birinə dost dövlət kimi baxırlar və öz münasibətlərini etibar, həmrəylik və əməkdaşlıq prinsipləri əsasında qururlar.1992-ci ilin fevral ayında Rusiya prezidenti B.N.Yeltsini Fransaya səfəri zamanı Fransa ilə Rusiya federasiyası arasında 1990-cı il fransız-sovet müqaviləsinin məzmununu və əsas maddələrini təkrar edən yeni müqavilə bağlandı. Mitteran hökuməti fransız ordularını Çad və Livandan çıxardı.Xarici siyasətin istiqamətlərindən biri Avropa dövlətləri ilə qarşılıqlı münasibətlər idi. Fransa hökuməti AİB ölkələri ilə elmi-texniki əməkdaşlığı genişləndirməkdən ötrü proqramlar hazırladı. 1980-ci ilin birinci yarısında həmin proqramlar qəbul edildi. Fransa Vahid Avropa ideyasını genişləndirdi. AİB əsasında inteqrasiyanın keyfiyyətcə yeni mərhələsi olan Avropa İttifaqı formalaşdı. ABŞ-ın ulduz müharibələri, proqramına qoşulmadı. Mitteran qitədə Qərbi Avropa İttifaqının rolunun artırılması təklifi ilə çıxış etdi. Fransa Almaniya ilə birlikdə Qərbi Avropanın inteqRasiya edilməsinin ən fəal iştirakçısına çevrildi. 1990-cı il yanvarın 19-da Lüksemburqun Şengen şəhərində Rokar hökuməti Şengen sazişlərini imzaladı. Bu sazişlərə görə 1992-ci ildən başlayaraq Ümumi bazar ölkələrinin vətəndaşları bir- birinə vizasız və gömrük nəzarəti olmadan səfər edə bilərdilər.1991-ci ildə Fransa və Almaniya 12 Qərbi Avropa ölkəsinin vahid Avropa İttifaqında iqtisadi və siyasi inteqrasiyasını hüquqi cəhətdən formalaşdıran Maastrixt müqaviləsinin təşəbbüskarları kimi çıxış etdilər. Mitteran Almaniyanın federal kansleri Helmut Kolla birlikdə AİB-in Avropa İtifaqına çevrilməsinin əsasını təşkil edən Maastrixt sazişini imzaladı. Fransa SSRİ dağıldıqdan sonra yaranmış yeni müstəqil dövlətlərlə münasibətlərin qurulmasına xüsusi diqqət yetirirdi. 1992-ci il yanvarın 3-də Fransa Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı, 1992-ci il fevralın 21-də isə onunla diplomatik münasibətlər qurdu. Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında iqtisadi və siyasi əlaqələr genişləndi. 1993-cü ilin dekabr ayında Azərbaycan Respublikasının prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Fransa ilə Azərbaycan arasında imzalanan dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə iki ölkə arasında münasibətlərin sonrakı inkişafında mühüm rol oynadı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin