1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


de Qollun dövründə Fransanın daxili və xarici siyasəti11. de Qollun dövründə Fransanın daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə13/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   9   10   11   12   13   14   15   16   ...   50
müasir t

11. de Qollun dövründə Fransanın daxili və xarici siyasəti11. de Qollun dövründə Fransanın daxili və xarici siyasəti
1958-ci il 7 oktyabr Fransada majoritar seçki sisteminin keçirilməsi haqda dekret verildi.Seçkilərin l mərhələsi 1958 23 noyabr,ll mərhələsi 30 noyabr keçirilir.De Qollun partiyası böyük səs çoxluğu ilə birinci yerə çıxır.1958 il 21 dekabr Şarl de Qoll V respublikanın prezidenti olur.Baş nazir vəzifəsinə M. Debre təyin edildi.1958-dən Fransanın həyatında Qollizm dövrü başladı.60-cı illərdə Fransa iqtisadiyyatında modernləşmə baş verdi.Modernləşmənin sürətinə görə Fransa təkcə Yaponiyadan geridə qalırdı.Fransa inkişaf etmiş müasir sənaye ölkəsinə çevrildi.1958-68 illərdə sənaye məhsulunun həcmi 60%dən çox artdı.60-illərdə Fransa xarici borclarını ödədi,hətta borc verən ölkəyə çevrildi.Ölkədə aqrar təsərrüfat inkişaf edirdi.Fermerlərin sayına görə Fransa Avropada l yerə çıxdı.Qərbi Avropada ərzağın ən böyük ixracatçısı Fransa oldu.Ölkənin maliyyə sistemi sabitləşdi.1960 ildə frank dönərli valyutaya çevrildi.Ölkədə hər il təxminən 150 min adam kənddən şəhərə köçürdü.
Bu dövrdə Fransada istehsalın və kapitalın təmərküzləşməsi gücləndi.Hər il təxminən 150 min adam kənddən şəhərə köçürdü.
V respublikanın ilk 10 ilində əhalinin həyat səviyyəsi yaxşılaşdı.Əməkhaqqı 25% artdı.Haqqı ödənilən məzuniyyətlərin müddəti 3 həftədən 4 həftəyə qaldırıldı.
1962-ci il 28 oktyabr prezidentin xalq tərəfindən seçilməsinə dair referendum keçirildi.60%-dən çox seçici prezidentin xalq tərəfinn seçilməsinin lehinə səs verdi.Ş.Qoll 55% səslə rəqibi F.Mitterana qalib gəldi,daha 7 il ölkə prezidenti oldu.
Xarici siyasətin bir sıra istiqamətləri var idi:
1)Fransa diplomatiyası müstəmləkələrlə münasibətləri qaydaya salmağa çalışırdı.Çünki müstəmləkələr Fransanın dünya siyasətində rolunun artmasına mane olurdu.1960-cl ildə Ekvador və Qb Afrika müstəmləkələrinə siyasi müstəqillik verildi.Fransa üçün başlıca problem Əlcəzair idi.1959-cu ilin sentyabrı fransız höküməti Əlcəzairin öz müqəddəratını təyin etmək hüququnu tanıdı.1960 24 yanvar ifrat müstəmləkəçilər Əlcəzairdə Fransa əleyhinə qiyan qaldırdı,” fransız Əlcəzairi” şüarı ilə nümayiş və tətillər təşkil etdi.1960 il 1 fevral 1 saatlıq etirazdan sonra qiyamçılar təslim oldu.1961 yanvarı Qoll höküməti Əlcəzairin taleyi ilə bağlı referendum keçirdi.75% iştirakçı qanun layihəsini bəyəndi.1961 fevralı ifrat müstəmləkəçilər Əlcəzairdə gizli hərbi təşkilat yaratdılar,22 aprel paytaxtda hakimiyyəti ələ keçirdilər.Buna qarşı Fransada kütləvi etiraz tətili başladı.Qoll fövqəladə vəziyyət elan etdi,qiyamı yatırmaq haqqında əmr verdi. 1962 il 18 mart Evian sazişi imzalandı.Əlcəzair siyasi müstəqillik aldı,Fransa müvəqqəti olaraq Saxarada hərbi baza saxlamaq hüququ əldə etdi.Apreldə keçirilən referendumda 90%+ iştirakçı Evian sazişini bəyəndi.Əlcəzair müstəqil oldu.Fransa müstəmləkə imperiyası süqut etdi, 14 yeni dövlət yarandı.
2)Xarici siyasətdə əsas istiqamətlərdən biri SSRİ və digər sosialist ölkələri ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi idi.Fransa bu ölkələrlə xeyli yaxınlaşdı.Şarl de Qoll 1966 iyun ayında SSRİ-yə rəsmi səfər etdi.O,ABŞ-ın Hind-Çindəki təcavüzünü pislədi.ABŞ-ın Avropadakı təsirini zəiflətmək üçün Fransanın nüvə dövləti olmasına nail oldu.
3)1967 ildən Fransa NATO-nun hərbi struktrundan çıxdı.Məqsəd “Fransanın böyüklüyünü” dirçəltmək idi.ABŞ hərbi bazaları Fransadan çıxarıldı.
Ş.Qoll AFR-lə münasibətlərin yaxşılaşmasına çalışırdı.Çünki AFR Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsinə çevrilmişdi.1958 il sentyabr Qollun AFR-in kansleri Adenauerlə ilk görüşü oldu.Hər iki rəhbər əvvəlki düşmənçiliyə həmişəlik son qoymağa söz verdi.1963 ildə Fransa-AFR xarici siyasət,müdafiə,maarif və gənclərin tərbiyəsi sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin