6.J.Şirakın daxili və xarici siyasəti Daxili siyasət.1995-ci ildə Fransada prezident seçkiləri keçirilir.Respublikanı Müdafiə Birliyi partiyasından Jak Şirak və Eduard Balladyur,Sosialist Partiyasından Leonel Jospen öz namidliyini irəli sürdü.Apreldə keçirilən birinci turda heç bir rəqib qələbə qazanmır.İkinci turda Şirak və Jospen iştirak edir,Şirak qələbə qazanır. J.Şirak daxili siyasətdə büdcə kəsrini aradan qaldırmaq üçün sosial proqramlara ayrılan vəsaitləri azaldır,vergi siyasətində dəyişiklik edir. 1995-ci ilin noyabrında baş nazir Alen Jüppe dövlət bölməsinin fəhlə və qulluqçularının əməkhaqlarını dondurmağı,zərərlə işləyən müəssisələri,xüsusilə dəmir yollarını bağlamağı və ya özəlləşdirməyi təklif edir.Bu təklif kəskin müqavimətlə üzləşir.Fəhlə və qulluqçulardan ibarət həmkarlar ittifaqı tətilə başıayır.2 milyona yaxın iştirakçısı olan tətil 1ay davam edir.Dövlət Jüppenin planından imtina edir. Şirak parlamenti vaxtından tez buraxır. 1997-ci ilin may-iyunu növbədənkənar keçirilən parlament seçkiləri Şirakın gözlədiyi nəticəni vermir,464 mandatdan 250-sini öz əlində saxlaya bilir,Sosialist Partiyası 252 yer alır.Fransada koalisiyalı hökümət qurulur.Parlamentə ilk dəfə Yaşıllar Partiyasının nümayəndələri daxil olur. Sol partiyalar işsizliyə son qoymağı,700 min yeni iş yeri açmağı,iş həftəsini 35 saata endirməyi vəd edir.Jospenin təşkil etdiyi hökümət sosialistlərdən, sol radikallardan və digər sol qruplardan ibarət idi.13 ildən sonra kommunistlər də hökumətdə 3 nazirlə təmsil olunurdu.Jospen mühacirlərə qarşı qanunvericiliyi yumşaldacağını,əmək haqqını artıracağını,35 saatlıq iş həftəsinə keçiləcəyini vəd etdi.Fransada iqtisadi inkişaf baş verdi,inflyasiya aradan qaldırıldı.1997-ci ildə sənaye istehsalının həcmi 1974-cü ildən 55%,müharibədən əvvəlki səviyyəni 5 dəfə ötüb keçdi.
Xarici siyasəti bir neçə istiqamətdə həyata keçirməyə başladı.Avropa İttifaqı ilə əməkdaşlıq xüsusi yer tuturdu.Fransa bu ittifaqda fəal üzv olmağa və üstünlük qazanmağa çalışırdı. 1999-cu il 1 yanvardan Avropa İttifaqı ölkələrində, eləcə də Fransada Avropa valyutası(avro) dövriyyəyə daxil oldu.Digər bir istiqamət NATO və ABŞ-la əməkdaşlıq idi.Fransa hökuməti YOŞ-da,Balkanlarda,C.Qafqazda münaqişələrin nizama salınmasında ABŞ-la fəal əməkdaşlıq edirdi.1999-cu il 11sentyabr Fransa NATO-nun Kosovada Serbiyaya qarşı həyata keçirdiyi əməliyyatlarda iştirak etdi.2001-ci il 11 sentyabr ABŞ-dakı terror hadisələrindən sonra Fransa beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştiraka başladı.2002-ci ilin aprel-may aylarında Fransada prezident seçkiləri keçirildi.İkinci turda Milli cəbhənin lideri Le Pen və Jak Şirak rəqib olur, Şirak qələbə qazanır.