20.İngiltərədə Vilson-Kollagen höküməti(1974-1979) 1974-cü il 28 fevralda ölkədə parlament islahatı keçirildi.l Leyboristlər seçkiqavağı kompaniya da daha ədalətli,demokratik cəmiyyət quracaqlarını vəd etdilər.Həmçinin onlar bir sıra sənaye sahələri milliləşdirəcəklərini ,hərbi xərcləri ixtisar edəcəklərini,Şimal dənizində neft çıxarılmasına dövlət nəzarəti qoyulacağını, ölkənnin Ümumi bazarda iştirakı məsələsinə yenidən baxacaqlarını bildirdilər.Seçkidə leyboristlər 38% səslə qalib gəldilər.Leyboristlərin lideri Harold Vilson yeni hökümət təşkil etdi.Leyboristlər bir sıra islahatlar keçirdilər.Dağ-mədən sənayeçilərin əmək haqqı 20%artırıldı.İllik məzuniyyətə 3-cü həftə əlavə edildi.Leyboristlər qüvvələr nisbətinə görə 1974-cü il 10 oktyabrda növbəsənkənar parlament seçkiləri keçirdilər.Keyboristlər yenidən qələbə qazandı.Leyborist höküməti fövqəladə vəziyyət və "Sənayedə münasibətlər haqqında qanunu" ləğv etdi.Pensiyalar və işsizliyə görə verilən yardımlar artırıldı. 1974-cü ildə digər inkişaf etmiş kapitalist ölkələrdə olduğu kimi İngiltərədə də iqtisadi böhran baş verdi.Vilson höküməti 1975-ci ildə tred-yunionlarla rəsmi olaraq kontrakt bağladı.Həmkarlar ittifaqları könüllü olaraq özlərinin əmək haqqının artırılması sahəsindəki tələblərini ildə 10% məhdudlaşdırdılar.İqtisadi bphrandan çıxmaq üçün hökümət gəlir vergisini və dolayı vergiləri artırdı.Hökümət Şimali İrlandıya problemi ilə bağlı 1974-cü ilin iyul ayında "Şimali İrlandiya konstitusiya aktı" qəbul edildi. Akta görə yerli orqan olan konstitusiya konventi yaradıldı.Vilson hökümətinin xarici siyasəti ölkənin Ümumi bazara daxil okduqdan sonra mövqeylərini möhkəmləndirməyə yönəlmişdi.1975-ci ildə ölkənin Ümumi bazarda qalıb-qalmaması barədə referendum keçirildi.Əhalinin 67% qalmaq üçün səs verdi.Vilson hökümətinin xarici siyasət istiqamətlərindən biri Avropada təhlükəsizlik və əməkdaşlığa dair ümumavropa müşavirəsinin yekun aktının imzalanması oldu.Vilson höküməti Sovet İttifaqı ilə münasibətlərə xüsusi diqqət yetirdi.Belə ki,1974 il may ayında Londonda 2 dövlət arasında iqtisadi,elmi-texniki və sənaye sahələrində 10 illik əməkdaşlığı nəzərdə tutan və ətraf mühitin mühafizəsinə dair 5 illik saziş imzalandı.Həmçinin 1975-ci ildə Vilson Moskvaya səfər etmişdir.Vilson höküməti Süveyşdən şərqdəki ərazilərdən Britaniya qoşunlarını çıxarmaq niyyətində olduğunu bildirdi.1976-ci ildə Vilson baş nazir və partiya liderliyindən istefa verdi.Ceyms Kallagen yeni hökümət təşkil etdi.Hökümət başçısı dəyişsə də daxili siyasətdə ciddi dəyişiklik olmadı.1976 iyununda terd-yunionlar konqresin fövqəladə qurultayı əmək haqqının azad müqavilə sistemi ilə tənzimləmsi haqqında qərar qəbul etdi.Bir ildən sonra tred-yunionlar konqresin "yeni kontrakt"siyasətini tənqid etdilər.Leyboristlərin hakimiyyəti dövründə Uels və Şotlandiyada milli və mədəni muxtariyyət uğrunda hərəkat xeyli gücləndi.Hələ Vilsonun dövründə 1975-də Uels və Şotlandiyada qanunverici məclisin təsis edilməsi ilə bağlı "Ağ kitab" elan olunmuşdu.1976-da parlamentə qanunverici məclisin yaradılması haqqında qərar qəbul etdi.sonra isə oarlament 1978- də Uels və Şotlandiyada referendum keçirilməsi haqqında qərar qəbul edildi.Amma leyboristlər referendumda uğur qazana bilmədi.Kallagen hökümətinin xarici siyasətində başlıca yer ABŞ və AİB münasibətlərə verilmişdi.Kallagen höküməti NATO-nun işində yaxından iştirak edirdi.İngiltərə höküməti Ərəb-İsrail münaqişəsinin həll olunmasında ABŞ-ın planını müdafiə edirdi.1977-də Britaniyanın xarici işlər naziri Duen Moskvaya səfər etdi.Kallagen höküməti üçün mürəkkəb məsələlərdən biri Şimali İrlandiya məsələsi idi.Lakın hökümət bu məsələni həll edə bilmədi.