1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


AFR-də “Böyük koalisiya”hökümətinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə50/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   42   43   44   45   46   47   48   49   50
müasir t

73.AFR-də “Böyük koalisiya”hökümətinin daxili və xarici siyasəti
1961 ilin sentyabrı bundestaqa keçirilən seçkilərdə XDİ/XSİ bloku 45.4% səs toplayaraq hökümət yaratdı.Bu hökümət 1963 payızına qədər hakimiyyətdə oldu. Adenauer istefaya getdikdən sonra onun yerinə XDİ lideri Lüdviq Erhard gəldi,lakin 1966 il oktyabr istefaya getdi.
1966 1 dekabr XDİ/XSİ və ASDP nümayəndələri koalisiyalı hökümət qurdu.Kizingerin başçılıq etdiyi hökümət “böyük koalisiya” höküməti adlanırdı.Daxili siyasət iqtisadiyyatın praqramlaşdırılması və inkişafına yönəldi. 1967-ci ildə “Sabitləşmə haqqında” qanun qəbul edildi.Konyuktura fondu yaradıldı.Hökümət korparasiyalardan alınan gəlir vergisini 10% artıra bilərdi.Qanunun məqsədi qiymətləri sabit saxlamaq,məşğulluğun səviyyəsini artırmaq idi.
1967 ildə AFR höküməti böhrana qarşı fəal tədbirlər həyata keçirildi.Böhrandan ziyan çəkmiş inşaat,qara metallurgiya,elektrotexnika sahələrinə dövlət yardımı artırıldı.Tikinti sənayesinə də yardımlar edildi.Ümumilikdə 12.4 mlrd marka pul ayrıldı.
1967 ildən iqtisadiyyat canlanmağa başladı.1968 30 may bundestaqda fövqəladə qanunlar qəbul edildi.Qanuna görə ölkədə böhranlı vəziyyət yaranarsa vətəndaş azadlıqları, parlament səlahiyyətləri məhdudlaşdırılmalı, qanunlar sərtləşdirilməlidir.
Xarici siyasətdə əsas istiqamətlərdən biri Avropa dövlətləri ilə münasibətlər qurmaq idi.Kizinger höküməti Fransa ilə əlaqələri yenidən möhkəmləndirdi.Ölkənin AİB-də iştirakı gücləndi.

75.AFR-də “kiçik koalisiya” hökümətinin daxili və xarici siyasəti
1969-cu il sentyabr ölkədə parlament seçkiləri keçirildi.Seçkilərdə ASDP və ADP 48.5% səs toplayaraq koalisiyalı hökümət yaratdı.Bu hökümət AFR tarixində “kiçik koalisiya” höküməti adlanırdı.Hökümətin başçısı Villi Brant,vitse-kansler və xin isə Valter Şeel oldu.Daxili siyasətdə bir sıra dəyişikliklər baş verdi.Ölkədə seçki islahatı keçirildi.İslahata görə 18 yaşlı gənclərə seçki hüququ verildi.Maliyyə və təhsil sahəsində islahat keçirildi.Vətəndaşların təhsil almaq imkanları yaxşılaşdırıldı.Sosial ziddiyyətlər zəiflədi.
Brandt-Şeel hökümətinin xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq aləmdə Qərbi Almaniyanın mövqelərini möhkəmləndirmək,müharibə dövrünün stereotiplərini aradan qaldırmaq idi.Bu məqsədlə hökümət “körpülər salmaq” ideyasını irəli sürdü,beynəlxalq humanitar,mədəni,elmi-texniki əlaqələr genişləndirildi.1970 12 avqust Moskvada SSRİ və AFR arasında 5 maddədən ibarət müqavilə imzalandı.Müqavilədən sonra bu dövlətlər arasında münasibətlər yaxşılaşdı.Avropanın müharibədən sonrakı sərhədlərinin pozulmazlığı, ərazi bütövlüyünün toxunulmazlığı prinspləri qəbul edildi.AFR dövlət sərhədlərinin Oder və Neyse çayları boyunca keçməsinə dair Potsdam konfransının qərarlarını qəbul etdi.1970 dekabrı AFR Polşa,1972 dekabrı ADR-lə müqavilə bağladı.AFR ADR-i müstəqil dövlət kimi tanıdı.Hər iki alman dövləti eyni vaxtda BMT-yə üzv qəbul edildi.AFR Bolqarıstan və Macarıstanla da diplomatik münasibətlər quruldu. “Böyük koalisiya” höküməti Yeni Şərq Siyasəti elan etdi.1967 ildə Ruminiya ilə diplomatik münasinətlər qurdu.”Halşteyn doktrinası” ilə Yuqoslaviya ilə kəsilmiş münasibətlər 1968 ildə bərpa edildi.AFR SSRİ-nin başlıca ticarət ortağına çevrildi.AFR ll dünya müharibəsindən sonra yaranmış ərazi-sərhəd dəyişikliklərini və ADR-i tanımaqdan imtina etdi.AFR höküməti sürətlə silahlanma,NATO və ABŞ-la əməkdaşlıq xəttini davam etdirdi.
Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin