1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Leyborist H.Vilson hökümətinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə47/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   42   43   44   45   46   47   48   49   50
müasir t

67.Leyborist H.Vilson hökümətinin daxili və xarici siyasəti
1964-cü ilin oktyabrında İngiltərədə keçirilmiş parlament seçkilərində Leyborist Partiyası 44% səslə qalib gəldi. H.Vilsonun başçılığı ilə hökumət təşkil edildi. H.Vilson Oksford universite-tində iqtisadiyyat müəllimi işləmiş və idarəetməni bildiyinə görə “siyasi menecer” ləqəbi qazanmışdı. Hökumət bir sıra sosial-iq-tisadi tədbirlər həyata keçirdi. 1966-cı ilin martında keçirilmiş növbədənkənar parlament seçkilərində yenə leyboristlər üstün ol-du. Bu dəfə onların qazandığı mandatın sayı əvvəlkindən 94 ədəd çox idi. 1967-ci ilin martında İngiltərədə qara metallurgiya mü-əssisələri milliləşdirildi. Təqaüdlər 20% artırıldı. Mənzil haqqı əvvəlki kimi saxlanıldı. Qiymətlər və gəlirlər üzrə Milli idarə yaradılmışdı.H.Vilson hökumətinin fəaliyyəti nəticəsində ideologiyanın siyasətə təsiri zəiflədi. İstehsalın və qiymətlərin tənzimlənməsi İngiltərənin xarici ticarətinin genişlənməsinə səbəb oldu. İnflya-siyanın qarşısı əsasən alınmışdı. Hökumət həm də fəhlə həraka-tının zəifləməsinə çalışırdı. Lakin həmkarlar ittifaqları hökumə-tin daxili siyasətindən narazı idi. Ona görə tətillərin sayı artmış-dı. 1968-ci ildə keçirilmiş tətillərdə 3 milyon nəfər fəhlə iştirak etmişdi. XX əsrin 60-cı illərində İngiltərədə daxili vəziyyətə İr-landiya probleminin təsiri artdı.1967-ci ildə Olsterdə Vətəndaş Hüquqları Assosasiyası yaradıldı. Olsterdə əhalinin ⅓-i katolik, ⅔-i protestant idi. Katoliklər Olsterin İngiltərədən ayrılmasına çalışırdılar. 1968-ci ilin oktyabrında Olsterdə silahlı toqquşma-lar baş verdi. 1969-cu ildə İngiltərə Olsterdə qoşunlarının sayını artırdı. “İrlandiya Respublika Ordusu” tərəfindən təşkil edilən terror aktlarının sayı artmışdı.
Leyborist hökumətinin xarici siyasətində NATO və ABŞ-la münasibətlər mühüm yer tuturdu. İngiltərə ABŞ-ın Hind-Çində apardığı müharibəni müdafiə edirdi. İngiltərə bir tərəfdən Yaxın və Orta Şərq ölkələri ilə əməkdaşlıq edir, digər tərəfdən, İsrailin Fələstinə və digər ərəb ölkələrinə təcavüz siyasətini müdafiə edirdi.1960 -cı il-lərin ikinci yarısında İngiltərənin müstəmləkə sistemi dağıldı. İngiltərə Avropa ölkələri ilə əlaqələri genişləndirdi və Avropa İqtisadi Birliyinə daxil olmaq istəyirdi. 1967-ci ildə İngiltərənin Avropa İqtisadi Birliyinə daxil olmaq cəhdi yenə Fransanın müqaviməti nəticəsində uğursuz oldu. Fransa İngiltərənin ABŞ-la sıx münasibətlərindən narazı idi və onun köməyi ilə ABŞ-ın Av-ropa inteqrasiyasına təsir göstərməsini istəmirdi.
XX əsrin 60-cı illərinin ikinci yarısında İngiltərə “Suveyşdən şərqə” siyasətində dəyişiklik etdi. 1967-ci ilin yazında hökumət bildirdi ki, 1970-ci ilin birinci yarısında Uzaq Şərqdəki hərbi bazalarını ləğv edəcək. 1967-ci ilin payızında H.Vilson bildirdi ki, 1971-ci ilin sonunadək İngiltərə Malayziya, Sinqapur və İran körfəzindən qoşunlarını çıxaracaq. 60-cı ilin ikinci yarısında İn-giltərənin SSRİ ilə əlaqələri genişləndi. H.Vilson bir neçə dəfə SSRİ-yə səfər etmişdi. 1968-ci ilin avqustunda olmuş Çexoslo-vakiya hadisələri, o cümlədən Varşava Müqaviləsi Təşkilatının Çexoslovakiyaya qoşun göndərməsi İngiltərə-SSRİ münasibət-lərinin zəifləməsinə səbəb oldu.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin