71. Macarıstanda çoxpartiyalı sistemə və bazar iqtisadiyyatına keçid.
Ölkə rəhbərliyi 80 ci illərin axrınadək radikal dəyişikliklər etməyə cəsarət etmədi. 1988- ci il may ayında konfrans keçirildi. Konfransda iqtisadiyyatı sabitləşdirmək və xarici borcu azaltmaq proqramı qəbul edildi. Partiyanın islahatçı qanadı çoxpartiyalı sistemin tətbiq olunmasına çalışırdı. Ölkədə müxtəlif siyasi partiya və təşkilatların yaranması prosesi gedirdi. 1989-cu il aprel-may aylarında bütün siyasi partiya və qrupların iştirakı ilə “dəyirmi masa” arxasında iclaslar keçirildi. MSFP kökündən dəyişərək bürokratik dövlət partiyasından parlament tipli partiyaya çevrildi. Hüquq mühafizə orqanları öz təşkilatlarının fəaliyyətini dayandırdı.MSFP 1989- cu il oktyabrında kökündən dəyişərək MSP (Masarıstan Sosialist Partiyasına) çevrildi . 1987 ci ildə meydana gəlmiş Macarıstan Demokratik Forumu 1990 cı il parlament seçkilərində birinci yerə çıxdı. O,
1.hüquqi dövlət yaradılması; 2.demokratik özünüidarə; 3.zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi; 4.Bazar iqtisadiyyatına keçmək uğrunda çıxış edirdi.
Macarıstan Demokratik Forumu və müxalifətçi Azad Demokratların İttifaqı arasında fikir ayrılığına baxmayaraq, onlar prezident vəzifəsinə respressiyalara məruz qalmış Arpad Gensin namizədliyini irəli sürmək barədə razılaşdılar. 1990 cı ildə Arpad Gensin prezident seçildi. Bundan sonra siyasi vəziyyət sabitləşdi. 70-80 ci illərdə Hökumət dövlət mülkiyyətini özəlləşdirməyə başladı. Paralel olaraq “kiçik özəlləşdirmə” həyata keçirilirdi: kafe, mağaza, restoranlar satılır ya da icarəyə verilirdi. Milyonçular qrupu meydana gəldi, ərzaq malları qıtlığı aradan qaldırıldı. Bununla belə əhalinin 20% yoxsulluqdan aşağı həddə yaşayırdı.1991 ci ildə ölkədə 400 min işsiz var idi. Dövlət bazar iqtisadiyyatına keçidin mənfi nəticələrini yüngülləşdirmək üçün tədbirlər görürdü. Macarıstan 1991 ci il 26 dekabr Azərbaycanın dövlət müstəqilliyini tanıdı.
72.İngiltərə üçün II Dünya müharibəsinin nəticələri,onun beynəlxalq iqtisadi və siyasi müvqelərinin zəifləməsi Böyük Britaniya ikinci dünya müharibəsindən qalib çıxsa da, onun nəticələri siyasi və iqtisadi mövqelərinə təsir göstərdi. Müharibədə 244723 nəfər öldü, 277990 nəfər yaralandı və 53039 nəfər itkin düşdü. Ölkəyə dəyən maddi ziyan xeyli çox idi. Birbaşa və ya dolayı yolla ölkəyə dəyən maddi zərər 8,5 milyard funt sterlinq həcmində idi. İngiltərənin müharibəyə çəkdiyi xərc 25 milyard funt sterlinqdən çox oldu. Müharibə illərində İngiltərənin dövlət borcu 3 dəfə artaraq 21 milyard funt sterlinqə çatdı. Ölkənin xarici borcu 7 dəfə artaraq 3,335 milyard funt sterlinqə bərabər oldu. İngiltərə işğala məruz qalmadı, onun ərazisində quruda heç bir hərbi əməliyyat aparılmadı. Lakin düşmən bombardmanları və gəmilərin itirilməsi ölkə iqtisadiyyatına xeyli ziyan vurdu. Ticarət donanmasının tonnajı 22,1 milyon tondan 15,9 milyon tona endi. Böyük Britaniya böyük dövlət olaraq qalsa da müharibədən sonra ingilislər dünya hegemonluğu iddiaları barədə daha az düşünməyə başladılar. 1946-cı ildə İngiltərədə sənaye məhsulu istehsalı 1937-ci illə müqayisədə 10% aşağı düşdü. Ölkənin qızıl və valyuta ehtiyatının xeyli hissəsi və xarici sərmayələrinin ¼ hissəsi hərbi xərclərə səf olundu. Müharibədə nəticəsində İngiltərənin ABŞ-dan asılılığı gücləndi. Müharibə illərində İngiltərənin müstəmləkələri və dominionları iqtisadi cəhətdən möhkəmləndi, onların metropoliya ilə əlaqələri zəiflədi. Hərbi əməliyyatların gedişində müstəmləkələrdə sənayenin yeni-yeni sahələri yaradılaraq müharibə ehtiyaclarına tabe etdirildi. Müstəmləkələrdə elektrotexnika, maşınqayırma, kimya və aviasiya sənaye sahələri yaradıldı. Sənayenin kömür və toxuculuq kimi köhnə sahələri geri qalırdı. Müharibənin gedişində istehsal və kapital mərkəzləşdi və təmərküzləşdi. İngilis iqtisadiyyatında 50 böyük inhisar əsaslı rol oynamağa başladı. Dünya müharibəsi nəticəsində genişlənən milli azadlıq hərəkatının gedişində İngiltərənin müstəmləkə sistemi dağılmağa başladı. Müstəmləkələri milli azadlıq hərəkatı bürüdü.