51.Beynəlxaq münasibətlərdə soyuq müharibənin başlanmasının səbəbləri və nəticələri.
1945-1947-ci illərdə Moskvada ABŞ səfirliyində müşavir vəzifəsində çalışan Corc Kennan üç geniş məlumat qeydlərini: "Almaniya ilə müharibənin sonu ərəfəsində Rusiyanın beynəlxalq vəziyyəti"( may, 1945-ci il), "1946-ci il 22 fevral memorandumu" və "Birləşmiş Ştatlar və Rusiya" (1946-cı ilin qışı) yazaraq dövlət departamentinə göndərdi. O, bu qeydlərində sovet ekspansiyasının qarşısını almaq məqsədilə kommunizmi çəkindirmə doktrinasını irəli sürürdü. 1946-cı il 22 fevral tarixli memorandumunda Kennan bildirirdi ki, Sovet İttifaqı amerikan cəmiyyətinin daxili harmoniyasını və ənənəvi həyat tərzini məhv etmək niyyətindədir. C.Kennan 1947-ci ilin iyul ayında mətbuatda məqalə ilə çıxış ctdi və burada öz təkliflərini “çəkindirmə doktrinası” adlandırdı.1946-ci ildə bir neçə ay ABŞ-da səfərdə olan Böyük Britaniyanın sabiq baş naziri U.Çerçil prezident Trumenin müşayiətilə 1946-cı il martın 5-də Missuri ştatının Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, kapitalist ölkələrini yeni dünya müharibəsinin təhdid etdiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ və beynəlxalq kommunist hərəkatı olduğunu bildirdi. Çerçil SSRİ-yə qarşı ən sərt siyasət yeridilməsinə çağırdı, amerikan atom silahından istifadə etməklə hədələdi və kommunist ekspansiyasına qarşı imperialist dövlətlərindən ibarət ittifaqın yaradılmasında təkid etdi. Çerçilin bu nitqi beynəlxalq münasibətlərdə soyuq müharibənin başlanması üçün siqnal oldu. Soyuq müharibə ABŞ-ın təşəbbüsü idi və sosialist ölkələrinə qarşı yönəlmişdi. Çünki, SSRİ və digər sosialist ölkələri ABŞ-ın dünya ağalığı yolunda başlıca maneə idi. Sosializm və kapitalizm sistemlərinin bütün sahələrdə ciddi qarşıdurmasını nəzərdə tutan soyuq müharibə ikinci dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq münasibətlərə böyük təsir göstərmiş və XX əsrin sonunda dünya sosializm sisteminin ləğvi ilə başa çatmışdı. Soyuq müharibənin Avropada ilk böhranı 1948-ci il iyununda Berlin məsələsi üstündə oldu. Çerçilin Fultondakı nitqinin nəticələri daha dərin və geniş idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı, Bu danışıqlar ösasən Yunanıstan və Türkiyənin taleyi məsələlərinin müzakirəsinə yönəlmişdi. Muharibədən sonrakı ilk illərdə SSRİ Türkiyəyə qarşı təzyiqlərini gücləndirdi. Sovet rəhbərliyinin göstərişi ilə erməni və gürcü dairələri Türkiyəyə əsassız ərazi iddiaları irəli sürdülər. SSRİ boğazlara yiyələnmək istəklərini açıq şəkildə bildirirdi. Trumen 1947-ci il martın 12- də çıxış etdi. Trumenin müraciətində Yunanıstan və Türkiyə kommunist təhlükəsi altında olan dövlətlər hesab olunurdu. Bu təhlükəni aradan qaldırmaq üçün həmin ölkələrə 400 min.dollar həcmində amerikan yardımı ayrıldı. Bu vəsait Yunanıstan və Türkiyəni sovet təhdidlərindən qurtarmalı və ABŞ-ın müttəfiqınə çevrilməsini təmin etməli idi. Muraciətdə Sovet İttifaqının Aralıq dənizi rayonunda ABŞ-ın mənafeləri üçün təhlükə yaratdığı bildirilirdi. Konqres prezidentin təklifini qəbul etdi. Türkiyə və Yunanıstana ABŞ-ın hərbi ehtiyatlarından silahlar, amerikan hərbi və mülki heyəti göndərildi. SSRİ-nin böhtanlar ataraq osassız orazi iddiaları irəli sürməsi Türkiyəni ABŞ-la daha da yaxınlaşdırdı. Amerikan hökuməti Yunanıstan və Türkiyədə hərbi bazalar yaratdı. Bazaların yaradılmasının regionda mühüm hərbi- siyasi əhəmiyyəti var idi. Bu bazalar Yaxın və Orta Şərqdə kommunist təhlükəsinin yayılmasının qarşısını alaraq region dövlətlərinin təhlükəsizliyini qoruyurdu. Trumen doktrinası coğrafı baxımdan Cənubi Qafqaza qədərki geniş bir ərazını əhatə edirdi. Bu doktrina regionda ABŞ-ın hərbisiyasi, iqtisadi, başlıca olaraq neft maraqlarını qoruyurdu. Yaxın Şərq nefti beynolxalq münasibətlərdə başlıca rol oynayırdı. Əgər 1938-ci ildə ABŞ inhisarlarının payına Yaxın Şərq neftinin 14%-i (3,2 mln.ton) düşürdüsə, 1951-ci ildə bu rəqəm 57,8% (56,6 mİn.ton) təşkil edirdi. Trumen doktrinası diplomatiya və beynəlxalq münasibətlər tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ tezliklə soyuq müharibə adlandırıldı. Soyuq müharibənin ideoloji kökləri 1917-ci il oktyabr çevrilişinə, siyasi kökləri isə ikinci dünya müharibəsinin ərəfəsinə gedib çıxırdı. İngilis tarixçisi və beynəlxalq siyasət məsələləri üzrə mütəxəssis Vudhauz yazırdı: Soyuq müharibə... qəfildən başlamadı.
Baş verən hadisələr üzərində az-çox düşünən insanlar onun tarixi köklərini təkcə ikinci dünya müharibəsində deyil, həmçinin daha əvvəllərdə, 1938ci ilin sentyabrında imzalanan Münhen sazişində axtarırlar. 1947-ci il iyunun 5- də Kembricdə Harvard universitetində nitq söyləyən Marşal yeni plan haqqında məlumat verdi. Marşal müharibədən zərər çəkmiş Avropa ölkələrinin təsərrüfatını bərpa etmək məqsədilə amerikan yardımının göstərilməsinin zəruriliyini bildirdi. 1947ci il iyunun 12-15də amerikan yardımının şərtlərini qəbul edən 16 Avropa dövlətinin-Avstriya, İngiltərə, Belçika, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya,Türkiyə, Fransa, İsveçrə, və İsveç nümayəndələrinin müşavirəsi keçirildi. İcraçı komitənin rəhbərliyi altında Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edildi. “Xarici dövlətlərə yardım haqqında 1948-ci il qanunu” həmin il aprelin 3- də ABŞ konqresi tərəfindən qəbul olundu. Marşal planı bir çox cəhətdən hərbi blokların yaradılmasını hazırladı. Marşal planı Avropa ölkələrinin iqtisadiyyatını, siyasətini ABŞ-a sıx bağlayaraq, onların iqtisadiyyatının bərpasının, daha da möhkəmləndirilməsinin başlanğıcını qoydu, Qərbi Almaniyanın iqtisadi potensialının dirçəlməsinə və inkişafına kömək etdi. Marşal planının həyata keçirilməsinin ilk ilində Qərbi Almaniya 2422 mln., İngiltərə 1324 mln., Fransa 1130 mln., İtaliya 704 mln. dollar yardım aldılar. Qərbi Almaniya İngiltərə və Fransanın aldığı payın cəmi qədər yardım aldı. Marşal planı hərbi-strateii məqsədlər də güdürdü. Marşal planı Avropa dövlətlərinin müharibədə dağıdılmış iqtisadiyyatının bərpasına, onların inteqrasiyasına və ABŞ-la əməkdaşlığının genişləndirilməsinə kömək etdi. 1948-52 illərdə Qərbi Avropa ölkələri Marşal planına görə 17 mlrd dollar yardım aldı.ABŞ soyuq müharibənin dünyanın bütün regionlarına yayılmasına çalışırdı. Hərbi-siyasi təşkilatlar Avropa və Yaxın Şərqlə yanaşı, həm də Uzaq Şərq ölkələrinin iştirakı ilə yaradılırdı. 1951-ci ildə ABŞ, Yeni Zelandiya və Avstraliyanın iştirakı ilə ANZYUS adlı hərbi-siyasi blok yaradıldı. 1954-cü ilin sentyabrında Manila müqaviləsi əsasında yaradılmış Cənub-Şərqi Asiya Müqavilə Təşkilatına ABŞ, Fransa, İngiltərə, Tailand, Filippin, Avstraliya, Yeni Zelandiya və Pakistan daxil idi. SEATO təşkilat üzvlərinin daxili və xarici təhlükəsizliyini təmin etməli idi. 1955-ci ildə yaradılmış Bağdad paktına Türkiyə, İraq, Pakistan, İran və İngiltərə daxil idi. Bağdad paktı həm NATO ilə SEATO arasında əlaqəni təmin etməli, həm də sosialist ölkələrinin hərbi-siyasi bloklar vasitəsilə əhatələnməsinə kömək etməli idi. 1989cu il Soyuq müharibədə dönüş nöqtəsi oldu. Sovet qoşunları Əfqanıstandan çıxarıldı, ADR rəhbərliyi Berlin divarının aradan qaldırılmasına icazə verdi, 1990cı ildə Almaniya biləşdirildi. Dünya sosializm sistemi dağıldı. 1946cı ildən etibarən davam edən soyuq müharibə başa çatdı. SSRİ, Yuqoslaviya ilə Çexoslovakiya kimi federativ dövlətlər parçalandı. Şərqi Avropa ölkələrinə Rusiyanın təsiri zəiflədi. Beynəlxalq münasibətlərin inkişafında keçid dövrü və yeni beynəlxalq sistemin formalaşması prosesi başlandı. 1990cı ildə ATƏMin Paris zirvə görüşündə Yeni Avropa üçün xartiya (Paris xartiyası) qəbul olundu.