48.Macarıstan XXI əsrin əvvəllərində Macarıstan 1991-ci ilin dekabrında Azərbaycan Respublikasının müstəqilliyini tanımışdı. 1990-cı ilin sentyabrında Macarıstanın aparıcı partiyaları tərəfindən "Milli dirçəliş proqramı" irəli sürüldü. Proqram ölkədə ümumi rifah dövlətinin yaradılmasını təmin etməli idi. Əhali bazar iqtisadiyyatına keçidin yaratdığı çətinliklərdən narazı idi. Macarıstan Demokratlar Forumu kütləvi məlumat vasitələrinə nəzarət etməyə çalışırdı ki, müxalifət hökumətin siyasətini daha sərt şəkildə tənqid etməsin. 1994-cü ildə keçirilmiş parlament seçkilərində 24% səslə Sosialist Partiyası qalib gəldi. Sosialistlərin və liberalların iştirakı ilə qurulmuş koalisiyalı hökumət sabitləşmə proqramı hazırladı. Bu proqram milli valyutanın devalvasiyasını, dövlət müəssisələrində işləyən fəhlələrin və dövlət qulluqçularının əmək haqqının artımının məhdudlaşdırılmasını nəzərdə tuturdu. D.Xorn hökuməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsin- də əhalinin gəlirləri azaldı. Sərt qənaət siyasəti Sosialist Partiyasının nüfuzunu zəiflətdi. 1998-ci ildə keçirilən parlament seçkilərində sağ partiya- lar qalib gəldi. FIDES hərakatının lideri V.Orban baş nazir təyin edildi. Hökumət işsizlərin sayının, büdcə kəsrinin azalmasına və iqtisadi inkişafın sürətlənməsinə çalışırdı. İşsizlərin sayı, inflyasiya və büdcə kəsri azaldı, məhsul istehsalı artdı.
Macarıstan 1999-cu ildə NATO-ya daxil oldu. 2002-ci ildə keçirilmiş parlament seçkilərində Sosialist Partiyası qalib gəldi. Yeni hökumətin siyasəti vergilərin azalmasına.Ölkanin qərb və şərq hissələri arasında iqtisadi sahədəki fərqin ləğvinə, əhalinin rifahının yaxşılaşmasına və bir sıra qonşu ölkələrlə birlikdə azad ticarət zonasının yaradılmasına yönəlmişdi. Macarıstan 2004-cü ildə Avropa ittifaqına daxil oldu.
21-ci əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ÜDM-nin həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşmışdır. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkədünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması iləseçilir. Macarıstan 2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil olmuşdur.Macarıstan halhazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf etmişdir.[22][23] Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon nəfər turist səyahət etmişdir.Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.