1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


İtaliya üçün ll Dünya Müharibəsinin nəticələri, iqtisadi, daxili siyasi vəziyyəti



Yüklə 133,41 Kb.
səhifə38/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
müasir t

44. İtaliya üçün ll Dünya Müharibəsinin nəticələri, iqtisadi, daxili siyasi vəziyyəti
İkinci dünya müharibəsi İtaliyanın daxili və beynəlxalq və- ziyyətinə və əhalinin əhval ruhiyyəsinə böyük təsir göstərmişdi. Ölkənin iqtisadi vəziyyəti ağır idi. Canlı qüvvə itkisi 500 min nəfər idi. Müharibə ölkəyə 10 milyard lirəyə başa gəlmişdi. İşsizlərin sayı 2 milyon nəfər idi.
Maliyyə sistemi və pul dövriyyəsi 3 böyük bankın nəzarətində idi (Kredit, Kommersiya və Roma bankı).
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə İtaliyanın siyasi həyatında əsas məsələ dövlətin forması ilə bağlı idi. Partiyaların əksəriyyəti respublika tərəfdarı idi. Hökumət İtaliyanın respublika elan edilməsinə tərəfdar idi. 1946-cı ilin aprelində XDP-nin birinci qurultayı demokratikləş- mə, iqtisadi islahatlar və respublika quruluşuna keçilməsi haq- qında qərar qəbul etdi. 1946-cı ilin iyunun 2-də İtaliyada dövlətin forması ilə bağlı referendum keçirildi. Referendumda ölkə tarixində il dəfə qadınlar da iştirak etmişdi. Yəni, İtaliyada qadınlara seçki hüququ 1946-cı ildə verilmişdi.
İtaliya respublika elan edildi. Kral II Umberto ölkəni tərk etdi. 1947-ci ilin mayın 31- də A.De Qasperi XDP-nin nümayəndələrindən ibarət birpartiya- lı hökumət yaratdı.
Yeni hökumət qısa müddətdə İtaliya respublikasının konsti- tusiyasını hazırladı. 1947-ci ilin dekabrın 22-də Müəssislər Məclisi konstitusiyanı təsdiq etdi. İtaliyanın konstitusiyası 1948-ci ilin yanvarın 1-də qüvvəyə mindi. İndiyədək qüvvədə olan konstitusiyaya müəyyən dəyişikliklər edilib.
Konstitusiyaya görə İtaliya əməyə əsaslanan respublika elan edildi, xüsusi mülkiyyətin toxunulmazlığı və azad sahibkarlıq təsbit olundu. Xalqa söz, mətbuat, yığıncaq, nümayiş, gizli yazışma və s. kimi hüquq və azadlıqlar verildi. Konstitusiyada boşanmaq qadağan edilmişdi. Millətçi təşkilatların fəaliyyəti qadağan idi. Kral ailəsi İtaliyaya qayıda bilməzdi. Konstitusiyaya görə qanunverici hakimiyyət 5 il müddətinə seçilən ikipalatalı parlamentə məxsus idi. Prezident 7 ilə parlamentdə seçilirdi. Hökumət geniş səlahiyyətlərə malik idi. Sosial-iqtisadi sahədə İtaliyanın qarşısında dayanan əsas vəzifələr təsərrüfatı bərpa etmək, iqtisadiyyatı dinc relsə keçirmək və ordudan buraxılmış əsgərlərin işlə təmin edilməsi idi. İtaliya “Marşall planı” ilə ABŞ-dan 1.5 milyard dollar məblə- ğində yardım aldı. 1947-ci ilin mayın 1-də Siciliyada zəhmətkeşlərin nümayişi mafiya dəstələri tərəfindən atəşə tutuldu. Bu hadisə siyasi böhrana və hökumətin istefasına səbəb oldu.
Dövlətin iqtisadi siyasəti, inhisarların fəaliyyəti, dünya baza- rında xammal və yanacağın ucuzlaşması, elmi-texniki nailiyyətlərdən istifadə və Avropa inteqrasiyasında iştirak 1950-ci illərdə İtaliyanın iqtisadi inkişafının əsas səbəbləri idi. 50-ci illərdə İtaliyada əmək haqqı 9%, əmək məhsuldarlığı 40% artdı. İtaliya 1951-ci ildə Kömür və Polad Birliyinə, 1957-ci ildə Avropa İqtisadi Birliyinə daxil olmuşdu. 50-ci illərdə İtaliyanın milli gəliri iki dəfə artdı. Mafiyanın nəzarətində olan “kölgə iqtisadiyyatı”nın imkanlarından iqtisadi inkişaf üçün istifadə edilirdi. İtaliyanın sənaye- aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilməsi prosesi başlandı, lakin ölkənin ayrı-ayrı rayonlarının iqtisadi inkişaf sə- viyyəsi fərqli idi. Maşın istehsalının 80 %-i FİAT-ın payına düşürdü. 1974-cü ilin may ayının 12-də ölkədə boşanma məsələsinə dair referendum keçirildi. Boşanmaya icazə verən qanun qəbul edildi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin