1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


B.Obama kabinetinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə40/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   36   37   38   39   40   41   42   43   ...   50
müasir t

49.B.Obama kabinetinin daxili və xarici siyasəti
2008-ci il 4noyabr ABŞ-da prezident seçkiləri keçirilir.Demokratlar partiyasının namizədi İllunoys ştatının qaradərili senatoru B.Obama,vitse-prezident vəzifəsinə namizəd isə Delaver ştatından olan senator Bayden idi.Partiyanın prezidentliyə digər namizədi isə H.Klinton idi.Respublikaçılar partiyasından prezidentliyə namizəd isə Arizona ştatından olan 72 yaşlı senator C.Makkeyn idi.Vitse-prezident vəzifəsinə namizəd Alyaskanın qubernatoru S.Peylin idi.ABŞ tarixində bu vəzifəyə namizədliyini irəli sürmüş ilk qadın idi.
Prezident seçkilərində Demokratlar partiyası qalib gəlir və 53% səslə(365 nəfər) B.Obama prezident seçilir.Onun seçki proqramı “Biz dəyişikliklərə inanırıq” adlanırdı.Ağdərili əhalinin 43%-i,qaradərililərin 95%-i,ispandillilərin 65%-i Obamaya səs verir.Seçki ərəfəsində Obama iqtisadi inkişafa qayğı göstərməyi,işsizlərə vəsait,orta və xırda bizneslərə kömək vəd etmişdi.2008-ci il 4noyabrdan aralıq mərhələ başladı.Bu müddətdə Obama hökümətin tərkibini formalaşdırdı.2008 1 dekabr R.Qeytsi müdafiə naziri vəzifəsinə təyin edildi.Bu da ABŞ tarixində bir ilk idi ki,qalib partiya rəqib partiya nümayəndəsini öz vəzifəsində saxladı.
ABŞ konqresinin yerləşdiyi Kapitoli binasında andiçmə mərasimi keçirildi.Obamanın prezidentliyi 2009-cu ilin 20 yanvarından başladı.ABŞ-ın 44cü prezidenti oldu.21 yanvar andiçmədə səhvə yol verildiyi üçün Obama Ağ evdə ikinci dəfə and içdi.
2009 fevral iqtisadiyyatın stimullaşdırılması haqqında qanun qəbul edildi.İyunda tütün üszərində nəzarət haqqında qanun qəbul edildi.2009 iyul ABŞ əlillərin hüquqları haqqında konvensiyaya qoşuldu.2010 mart qanununa görə ehtiyacı olan tələbələrə verilən qrantların miqdarı artırıldı.Həmin ay səhiyyə sistemində islahat haqqında qanun qəbul edildi.qanun ölkə əhalisinin əksəriyyətinin tibbi sığortaya cəlb olunmasını nəzərdə tuturdu.Dekabrda məktəblərdə şagirdlərin qidalanmasını tənzimləyən qanun qəbul etdi.
2009-un apreli Kubaya qarşı sanksiyalar yumşaldıldı.2011 yanvar və mayı Kubaya viza rejimi sadələşdirildi.2009 dekabrı prezident Obamaya Nobel sülh mükafatı verildi.
2010 apreli ABŞ-la Rusiya arasında strateji hücum silahlarının ixtisarı haqda müqavilə imzalandı.Dekabrda senat müqaviləni təsdiq etdi.
ABŞ höküməti Latın Amerikası ölkələri ilə əməkdaşlıqda maraqlı idi.Obama bu ölkələrin narazılığını zəiflətmə,həm də burda mövqeyini möhkəmləndirməyə çalışırdı.ABŞ Azərbaycanla əlaqələri inkişaf etdirirdi.Minsk qrupu həmsədrlərindən biri kimi Dağlıq Qarabağ məsələsinin dinc həllinə çalışırdı.2012 iyunu ABŞ dövlət katibi H.Klintonun C.Qafqaz respublikalarına səfəri zamanı bu problem geniş müzakirə edilmişdi.
Türkiyə ilə münasibətlərə xüsusi önəm verilirdi.Türkiyə Avroasiyada mühüm geosiyasi mərkəz hesab edilirdi.2009 cu ildə Obama Türkiyə və Misirə səfər edir.ABŞ NATO ilə birlikdə Türkiyə ərazisində raketdən müdafiə sistemi yaratdı.2013 ilin əvvəli Türkiyə ərazisində müdafiə məqsədi ilə radiolakasiya qurğuları yerləşdirildi.ABŞla Türkiyə arasında “kürd məsələsi”və Şm İraqdakı vəziyyətlə bağlı ixtilaflar var idi.2011 dekabrı ABŞ öz qoşunlarını İraqdan çıxardı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin