1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


II dünya müharibəsinin Almaniya üçün nəticələri,SSRİ və Qərb dövlətlərinin Almaniya siyasəti (1945-1949)



Yüklə 133,41 Kb.
səhifə45/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   42   43   44   45   46   47   48   49   50
müasir t

55. II dünya müharibəsinin Almaniya üçün nəticələri,SSRİ və Qərb dövlətlərinin Almaniya siyasəti (1945-1949)
II dunya müharibəsi Almaniyanı fəlakətli vəziyyətə saldı. Ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Hərbi əməliyyatların gedişində alman ordusu 13,5 mln. nəfər adam itirdi. İşğal zonalarına bölünən Almaniya ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin təsir dairəsinə düşdü. Sənaye məhsulu istehsalının səviyyəsi aşağı duşdu. Sənaye məhsulu istehsalı 1947-ci ildə 1936-cı ildəki səviyyənin 37%-nə bərabər oldu. Ölkədə həyat səviyyəsi xeyli aşağı düşdü. İnflyasiya gücləndi. Bu dövrdə Almaniya məsələsinə münasibətdə iki meyl mövcud idi. ABŞın maliyyə naziri H.Morgentaunun və ingilis siyasetçisi lord R.Vansitartın noqteyi-nəzərini müdafiə edən dairələr Almaniyanı ABŞ və Böyük Britaniyanın rəqibi kimi daha cox zəiflətmək və onu aqrar dövlətə çevirmək məqsədi güdürdülər. Lakin prezident Harri Trumenə yaxın olan dairələr Almaniyanın kifayət qədər güclü olmasında maraqlı idilər. Həmin dairələr 1946-cı ildə üstünlük qazandılar. Fransız hakim dairələri isə Almaniyanın imkan daxilində daha cox zəiflədilməsinə calışırdılar. Onlar Fransanın təhlükəsizliyi naminə Almaniyanın parçalanması, Saarın Fransanın tərkibinə qatılmasını, iki ölkə arasında sərhədin Reyn çayı boyunca qurulması təklifini irəli sürürdülər. Böyük Britaniya Almaniyada əvvəlcə radikal dəyişikliklərin həyata kecirilməsini tələb edirdi. Qalib dövlətlər Almaniyani 4 işgal zonasına bölərək ali hakimiyyəti öz üzərlərinə götürdülər . Almaniyanı idarə etmək üçün Nəzarət Şurası yaratdılar. Potsdam konfransının qərarlarına görə Almaniyada demilitarizasiya, denasifikasiya, dekartelizasiya həyata kecirilməli və ölkə demokratikləşdirilməli idi. Hələ İngilis hakimiyyət orqanları 1946-cı ildə öz işğal zonasında Polad trestinin kecmiş direktoru Dinkelbaxın rəhbərliyi ilə Qəyyumluq idarəsi yaratdı. Bu idarə Rurun dekartelizasiya edilmiş şaxtalarına və metallurgiya zavodlarına nəzarət edirdi. Beləliklə, dekartelizasiyanın həyata kecirilməsi işi sahibkarların özünə həvalə olundu. Qərb işğal zonalarında denasifikasiya da ardıcıl surətdə həyata keçirilmədi. Denasifikasiyaya demək olar ki, bütün yaşlı əhali cəlb edildi. Amerikan işğal zonasında denasifikasiya idarəsi 13 milyon anket paylamışdı. Britaniya işğal zonasında 12 milyon adam paylanmış anketləri doldurdu . Qalib dövlətlər demokratikləşdirmə tədbirlərini işğal zonalarında heç də eyni səviyyədə həyata kecirmədilər .İşğal zonalarında ticarət-sənaye palataları, təsərrüfat birlikləri və siyasi partiyalar yaradıldı.1945 iyun Koln şəhərində Xristian Demokratik İttifaqı Partiyası yaradıldı. Partiyanın yaradılmasına katolik və protestant kilsələri koməklik etdi.1946 Bavariyada Xristian Sosial İttifaqı Partiyası yaradıldı.Hər iki partiya arasında əməkdaşlığa dair saziş imzalandı. 1948 dekabr isə Azad Demokratik Partiyası yaradıldı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin