1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


AFR-də Şröder hökümətinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə14/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
müasir t

8.AFR-də Şröder hökümətinin daxili və xarici siyasəti
1998 il 27 sentyabr bundestaqa növbəti seçkilər keçirildi. Seçkilərdə ASDP 40.9% səs( 298 d.m),XDİ-XDS bloku 35.1% səs( 245 d.m), Yaşıllar Partiyası 6.4% səs(47 d.m),ADP 6.2% (43 d.m),DSP 5.1% səs (36 d.m) qazandı.
27 oktyabr parlament ASDP nümayəndəsi G.Şröderi AFR-in yeddinci federal kansleri seçdi.Xarici işlər naziri Yaşıllar Partiyasının Yozef Fişer oldu. Keçmiş federal kansler Helmut Kol haqqında istintaq işi başladı,rüşvət almaqda təqsirləndirildi.1999 il 1 yanvar AFR Avropa Birliyində sədrliyi qəbul etdi.90-cı illərin sonunda dünya siyasətində AFR-in rolu artdı.
XXl əsrin əvvəlləri Almaniyanın qarşısında mürəkkəb problemlər dururdu.Ölkənin kifayət qədər vəsaiti yox idi,sosial və dövlət xərclərini ixtisar etmək gərəkirdi.Ölkədə işsizliyin səviyyəsi yüksək idi(4.4 mln nəfər).Şröder “yeni mərkəz” siyasəti elan etdi.Bu siyasət iri şirkətlərlə yanaşı,xırda və orta sahibkarlar üçün də şərait yaradılmasını,əhalinin alıcılıq qabiliyyətini artırmaq , AFR-i xarici kapital üçün cəlbedici etməkməqsədilə vergi islahatı keçirməyi nəzərdə tuturdu.Vergi islahatı haqqında qanun 2000-ci ildə verildi.İslahat 2001-2005-ci illərdə 3 mərhələdə həyata keçirildi.Qanuna görə 2005-ci ilə qədər min. vergi dərəcəsi 15% qədər, max. 42% azaldılmalı idi.Bu dövlət xərclərinin azalması demək idi.Şröder hökümət təqaüd islahatı keçirdi.İslahat 1999-cu ildən başladı,2030-cu ilə qədər davam etməli idi.
“Qırmızı-yaşıl”partiyanın hakimiyyətinin ilk illərində vergi və pensiya təminatı sistemində islahat keçirə bilmədi.Bu islahatlara 2001 ildən başlanılması planlaşdırıldı.Benzinə tətbiq olunan ekologiya vergisi narazılığa səbəb oldu.Bu Yaşıllar Partiyasının sosial bazasını xeyli zəiflətdi.2001 il 22 sentyabr bundestaqa seçkilər keçirildi.Yenə “Qırmızı-yaşıl” koalisiya qələbə çaldı.Şröder xarici siyasətdə ABŞ-ın anti-terror fəaliyyətinə geniş dəstək verirdi.Lakin Almaniya Yaxın Şərqdə amerikan siyasətini tam müdafiə etmirdi.
AFR Avropa inteqrasiyasını,NATO-nun və Avropa ittifaqının şərqə doğru genişlənməsini müdafiə edirdi.Şröder AFR-in mövqeyini hər şeydən üstün tuturdu.2002-ci ildə avrodan istifadə edilməyə başlandı.
Şröder 2002 ildə “İraq məsələsi”nin hərbi yolla həllinə öz etirazını bildirdi.2003 ildə AFR İraqdakı müharibəyə qoşulmadı.AFR-in ABŞ-la münasibəti pisləşdi.Əhalinin 75% -i hökümətin siyasətini müdafiə edirdi.Hökümət İraqın müharibədən sonrakı bərpasına dair 4 maddəli plan irəli sürdü.
AFR Rusiya ilə geniş əməkdaşlıq edirdi.1999-ildə bu dövlətlər SSRİ-nin borcunun təxirə salınması haqda razılığa gəldi.2004 ildə Rusiya AFR-ə olan borcunu qaytardı.2005 sentyabrı Rusiyadan AFR-ə birbaşa qaz kəməri çəkilməsi haqda saziş imzaladı.
AFR ATƏT-in Minsk qrupunun üzvüdür və DQ probleminin sülh yolu ilə,Azərbaycanın ərazi bütövlüyü əsasına tərəfdardır.XİN J.Fişer 2001 və 2004 illərdə Bakıda səfərdə olmuşdur.2004 avqustu AR Prezidenti İlham Əliyev AFR-ə səfər etmişdi.
2005 ilin sentyabr seçkilərindən sonra AFR-in federal kansleri Angela Merkel oldu.O,AFR tarixində ilk qadın federal kansler idi.

Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin