1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Kennedinin “yeni hüdudlar” doktrinası.Demokratların daxili siyasəti



Yüklə 133,41 Kb.
səhifə10/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
müasir t

18.Kennedinin “yeni hüdudlar” doktrinası.Demokratların daxili siyasəti
1960-ci il prezident seçkilərində Demokratlar partiyasının nümayəndəsi,Messaçusets ştatıbın senatoru Con Kennedi “yeni hüdudlar” şüarı ilə təbliğat kampaniyasına başladı.Kampaniyada iqtisadi amilin dövlət tərəfindən stimullaşdırılması tezisi irəli sürüldü.Burda xarici siyasət məsələləri də mühüm yer tuturdu.Kennedi Respublikaçıların xarici siyasətini passivlikdə təqsirləndirir,ABŞ hökümətinin xarici siyasətini qəti surətdə fəallaşdırmağı irəli sürdü.
8 noyabr 43 yaşlı senator Kennedi seçkilərdə qalib gəlir və ABŞ-ın 35-ci prezidenti olur.1961-63cü illərdə hakimiyyətdə olur.Kennedi XX əsrdə ABŞ-ın ilk və yeganə katolik prezidenti idi.Onun sosial-iqtisadi siyasətinin əsasını “yeni hüdudlar”proqramı təşkil edirdi.1961-62-ci illərdə Kennedi höküməti dövlət xərclərini artırmaq və əhalinin alıcılıq qabiliyyətini yüksəltmək məqsədilə tədbirlər həyata keçirdi.1961 martı işsizliyə görə verilən müavinətin müddəti daha 3 ay uzadıldı,saatlıq minimum əməkhaqqı 1 dollardan 1.25 dollara qalxdı.Ucuz mənzil tikintisi üçün proqram qəbul edildi.Az gəlirli ailələr üçün ayrılan yardım artırıldı.1962-ci ildə ilk dəfə işçi qüvvəsinin hazırlanması və yenidən ixtisaslaşması haqqında qanun verildi.Kennedinin iqtisadi siyasətinə qarşı mühafizəkarların müqaviməti artdı.Hökümət büdcə kəsri və maliyyə məsuliyyətizliyinə görə tənqid olundu.1962 ildə hökümətlə poladəritmə kompaniyaları arasında münaqişə yarandı.Onlar hökümətin qiymətləri sabitləşdirmək cəhdlərinə müqavimət göstərirdi. 1963-cü ildə konqres ali və peşə-texniki təhsil sahələrinə təxsisatların artırılması haqqında qanunlar verdi. Əməkhaqqının illik artımı 3,2% müəyyən edildi.Tədbirlər nəticəsində ölkə iqtisadiyyatı inkişaf etdi.Kennedi irqi ayrıseçkiliyin ləğvi istiqamətində ciddi addımlar atdı.Qara dərili tələbələri universitetə buraxmayan Missipi və Alabama ştatına ordu hissələri yeritdi.
Xarici siyasətdə Kennedi problemlərlə üzləşmişdi.Asiya,Afrika,Latın Amerikası ölkələrində güclənən milli-azadlıq hərəkatı ABŞ-ın xarici siyasətinə ciddi təsir edirdi.Kennedi 1960-cı ildə Teylor tərəfindən irəli sürülmüş “çevik münasibət doktrinası”nı qəbul etdi.Doktrinaya görə ABŞ dünyanın hər yerində baş verən münaqişələrə müdaxilə edə bilərdi.“Yeni hüdudlar” doktrinasında SSRİ ilə yeni münasibətlər qurmaq,sazişlər bağlamaq da yer tuturdu.Bu dövrdə ABŞ xarici siyasətini Ç.Bouls, Şlezinger, Stivenson müəyyənləşdirirdi.
Xarici siyasətdə L.Amerikası ölkələrinə xüsusi diqqət yetirilirdi. 1961 13 mart ABŞ L.Amerikası ölkələrinə yeni “Tərəqqi naminə ittifaq” adlı doktrina irəli sürdü.Məqsəd ABŞ yardımı ilə bu ölkələrdə iqtisadiyyatı dirçəltmək idi.Plana görə 1961-68-ci illərdə L.Amerikası ölkələrinə 4.5mlrd yardım edildi,iqtisadi islahatlar aparıldı.1962 26 yanvar yeni xarici ticarət proqramının qəbul olundu.Proqram ABŞ-ın Avropa Birliyi ölkələri ilə əlaqələrinin yaxşılaşdırılmasını nəzərdə tuturdu.
ABŞ-la SSRİ arasında ziddiyyətlər mövcud idi.Qarşıdurmanın əsas arenası Kuba idi.1961 apreli ABŞ. bura kubalı mühacirlərdən ibarət desant çıxardı,lakin silahlı müdaxilə cəhdi boşa çıxdı.Bu vaxt SSRİ təhlükəli addım atdı.1962 iyun Kubada atom silahının yerləşdirilməsi haqqında Moskvada müqavilə imzalandı, burda 62 orta mənzilli raket yerləşdirildi və bunlar ABŞ-ın böyük şəhərlərinə yönəlmişdi. Buna cavab olaraq 1962 22 oktyabr ABŞ Kubanı hərbi-dəniz blokadasına aldı.Hər iki tərəfin qarşılıqlı güzəştə getməsi sayəsində Karib böhranı dinc yolla aradan qalxdı.Karib böhranından sonra böyük dövlətlər arasında nüvə tərksilahı problemi aktuallaşdı.1963 avqustu Moskvada SSRİ,ABŞ,İngiltərə nüvə silahı sınaqlarını qadağan edən müqavilə imzaladı.1963 22 noyabr Kennedinin Texas ştatının Dallas şəhərində öldürülməsi ilə tərksilah işi yarımçıq qaldı.Konstitusiyaya əsasən vitse-prezident Lindon Conson prezident səlahiyyətlərini icra etməyə başladı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin