1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


-cı ildə Macarıstanda antikommunist üsyanı



Yüklə 133,41 Kb.
səhifə9/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   5   6   7   8   9   10   11   12   ...   50
müasir t

13.1956-cı ildə Macarıstanda antikommunist üsyanı
Macarıstanda ehkamçı rəhbərlik siyasəti və iqtisadi vəziyyətdən narazılıq sosial-iqtisadi ziddiyyətlərin kəskinləşməsinə səbəb oldu.1956-cı ilin payızında ölkədə böhran baş verdi.Macarıstan Zəhmətkeşlər Partiyasının rəhbəri Rakoşi 1956 iyulu vəzifədən kənar edildi.Lakin ölkədə vəziyyət yaxşılaşmadı.Polşa hadisələri Macarstandakı böhranı daha da dərinləşdirdi.1956 23 oktyabr Budapeştdə İnşaat Texniki Universitetinin tələbələri nümayişə başlayır.Nümayişçilər sovet qoşunlarının Macarıstandan çıxarılmasını,kommunistlər tərəfindən cəzalandırılmış şəxslərə bəraət verilməsini,MZP rəhbərlərinin mühakimə edilməsini,çoxpartiyalı seçki sisteminin keçirilməsini,İ.Nadın rəhbərliyə qaytarılmasını tələb etdilər.Bu tələblər sovet rəhbərləri tərəfindən əksinqilabi tələblər kimi qiymətləndirilməyə başladı.Nümayişçilərlə polis qüvvələri arasında toqquşmalar başladı,az sonra bu silahlı üsyana çevrildi.Üsyançılar partiya və dövlət təhlükəsizliyi orqanlarının binalarını dağıtdılar,işçiləri öldürdülər,faktiki olaraq Budapeşti ələ keçirdilər.
1956 24oktyabr İ.Nad yenidən baş nazir oldu.O üsyançıları müdafiə edərək onların əsas tələblərini qəbul etdi.Dövlət təhlükəsizliyi orqanlarını buraxdı,burju partiyalarının iştirakı ilə hökümət yaratdı.Sovet qoşunlarının Macarıstandan çıxarılmasını tələb etdi.Varşava müqaviləsində iştirakdan imtina etdi.Macarıstanı bitərəf ölkə elan etdi və kömək üçün BMT-yə müraciət etdi.Macarıstan əksinqilabının qələbə çaldığını və ölkənin NATO tərəfinə keçəcəyini güman edən sovet höküməti üsyanı silah gücünə yatırmaq qərarına gəldi.Bu məqsədləYanoş Kadar Moskvada hökümət yaratdı.1951-ci ildə ömürlük həbs olunmuş Kadar 1954-cü ildə bəraət qazandı.1956 4noyabr üsyançılara qarşı əməliyyatlara başlayan sovet qoşunları onları darmadağın etdi.Sovet qoşunlarından 640 ölən,1200 yaralanan oldu.Macarlardan isə 2600 nəfər öldü,20 min nəfər isə yaralandı.Kadarın başçılıq etdiyi MZP, MSFP adı ilə yenidən fəaliyyətə başladı.Macarların müqaviməti 4 gün ərzində yatırıldı,İ.Nad dövlətə xəyanətdə günahlandırılaraq həbs edildi,1958 ölüm cəzasına məhkum ediıdi.Oktyabr üsyanı stalinizmə qarşı xalq üsyanı kimi qiymətləndirildi.23 oktyabr milli barışıq günü elan edildi.Macarıstandakı 1956-cı il hadisələri sosializmin Stalin modelinin böhranı kimi ortaya çıxdı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin