1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Eyzenhauerin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə6/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   2   3   4   5   6   7   8   9   ...   50
müasir t

10.Eyzenhauerin daxili və xarici siyasəti
1952-ci il prezident seçkilərində 1932-ci ildən müxalifətdə olan Respublikaçılar partiyasının generalı Eyzenhauer qalib gəldi,34-cü prezidenti oldu.1961-ci ilə qədər bu vəzifəni icra etdi.Onun daxili siyasəti “dinamik mühafizəkarlıq” adını aldı.İqtisadiyyatın idarə olunmasına dövlətin müdaxiləsi zəiflədi.Bu sahədə qarşıda 3 vəzifə dururdu:
1.Durğunluğun aradan qaldırılması 2.İşsizliyin minimum həddə endirilməsi 3.İnflyasiyaya yol verilməməsi
Hökumət bu vəzifələrin yerinə yetirilməsinə nail olur. 1953-cü ilin fevral-mart ayları Trumenin iqtisadiyyat üzərinə qoyduğu nəzarət ləğv olundu.Yaşayış binası və məktəb tikintisi,avtomobil yollarını çəkilişi həyata keçirildi,tibb xidməti,sosial təminat yaxşılaşdırıldı.
1955-ci il qarşıdakı 4 il ərzində 45 min mənzil tikilməsi haqqında qanun qəbul edildi.1956-cı ildə böyük quruculuq proqramı qəbul edildi.1954-cü il qanunu ilə sosial təminat sistemi genişləndirildi,daha 10 mln adama şamil edildi.1955-ci il 1 saatlıq əməkhaqqı 75 sentdən 1 dollara qalxdı.Sənaye istehsalı 45%,kənd təsərrüfatı 17% artmışdı.İstehsalın avtomatlaşdırılması 4 yolla tətbiq olundu:
1.Avtomat maşınların tətbiqi 2.Emal etmənin konveyer üsulunun tətbiqi
3.Avtomatik nəzarət sisteminin tətbiqi 4.Elektron hesablama maşınlarının tətbiqi.
50-ci illərdə ABŞ-da elmi-texniki tərəqqi baş verdi.1955-ci ildə ABŞ-da 1000dən çox elektron hesablama maşını var idi.İşsizlik aşağı düşdü.Eyzenhauer höküməti irqi-ayrı seçkiliyin ləğvi ilə bağlı tədbirlər həyata keçirdi.O vaxtadək qara və ağdərili uşaqlar ayrı-ayrı məktəblərdə təhsil alırdı.1960-cı ildə ABŞ konqresi qaradərili əhalinin seçki hüququnu müdafiə edən “Vətəndaş hüquq və azadlıqları haqqında akt” qəbul etdi.
Xarici siyasət bir neçə istiqamətdə həyata keçirilirdi.Hərbi-siyasi blokların yaradılması xüsusi yer tuturdu.1954-cü ilin sentyabrı C-Şq Asiya dövlətləri bloku SEATO yaradıldı.Bloka ABŞ,İngiltərə,Fransa,Avstraliya,Y.Zelandiya,C-Şq Asiyanın 3 ölkəsi-Pakistan,Filippin,Tailand daxil oldu.1955-ci ilin dekabrı İraq və Türkiyə arasında Bağdad paktı imzalanır.1958-ci il iyul inqilabı ilə İraq bu paktdan ayrıldı,blok SENTO adlandı.ABŞ pakta daxil olmadı,amma 1959-cu ildən bura daxil olan dövlətlərlə əməkdaşlıq sazişləri imzaladı.50-ci illərdə ABŞ 39 dövlətlə belə hərbi sazişlər imzalamışdı.
1956-cı ilin payızı Misirə qarşı İngiltərə,Fransa,İsrailin törətdiyi təcavüzkarlıq boşa çıxdı.Eyzenhauer doktrinası irəli sürüldü,1957 yanvarı qəbul edildi.Doktrinanın meydana çıxma səbəbləri:
1.Y.Şərq ABŞ və müttəfiqləri üçün strateji, ticari, nəqliyyat, energetika,xammal,dini əhəmiyyət kəsb edirdi.
2.Y.Şərq Avropa,Asiya və Afrika ölkələrinin əlaqələrini təmin edirdi.
3.Dünya neftinin 2/3 hissəsi bu regionda cəmlənmişdi.
Eyzenhauer bir sıra Asiya ölkələri nə uğurlu səfərlər etdi.Doktrina ABŞ-ın YOŞ siyasətində yeni mərhələnin başlanğıcı oldu.1955 18-23 iyul Cenevrədə 4 dövlət başçısının görüşü olur,burda Almaniya məsələsi,Avropa təhlükəsizliyi,tərksilah,Şq-Qb əlaqələri müzakirə edilir.Görüş gedişində 21 iyul Eyzenhauer “açıq səma” planı irəli sürür,lakin qəbul edilmir.Ümumiyyətlə görüşün konkret nəticələri olmur.50-ci illərin ll yarısı ABŞ-SSRİ münasibətlərində yaxınlaşma baş verir.1959 sentyabr Xruşşov ABŞ-a səfər edir, elm, mədəniyyət,təhsil sazişləri imzalanır.Xarici siyasətdə Afrika ölkələrinə xüsusi diqqət yetirilirdi.1957 fevral-martı R.Nikson Mərakeş,Sudan,Qan,Uqandaya səfər edir,ABŞ Afrikadakı mövqelərini möhkəmləndirir.1959-60 illər Q.Avropa və Latın Amerikası ilə münasibətlər xeyli inkişaf etdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin