1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


E.Bler hökümətinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə8/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   4   5   6   7   8   9   10   11   ...   50
müasir t

7.E.Bler hökümətinin daxili və xarici siyasəti
1997 may keçirilən parlament seçkilərində leyboristlər 13,5 mln( 43,2%) səslə qalib gələrək parlamentdə 419 deputat yeri əldə etdi.Bler hakimiyyətə keçən kimi praqmatik daxili siyasət həyata keçirməyə başladı.”Yeni leyborizm” ideyasını irəli sürdü.Leyboristlər iqtisadi yüksəlişə,işsizliyin aşağı salınmasına və sosial sahədə uğurlara nail oldular.
Bler höküməti əsas diqqətini konstitusiya islahatlarına yönəltdi.Bu yolda ilk addım 1999-cu ildə atıldı.Şotlandiya və Uelsin milli məclislərinə seçkilər keçirildi.Lakin Şotlandiya məclisində liberal-demokratlar üstünlüyə nail oldular.Bundan sonra muxtariyyətləşmə prosesi donduruldu.Yuxarı palatanın seçkili olması təxirə salındı.Yuxarı palatadakı irsiyyət prinspi ləğv olundu.Ancaq ömürlük perlər yuxarı palatanın üzvü ola bilərdi.2001 iyun parlament seçkilərində leyboristlər yenə qələbə qazandı.Bler höküməti başladığı xarici siyasəti davam etdirdi.Britaniyanın qanunverici orqanı 3 əsas elementdən-monarxiya,icmalar palatası və lordlar palatasından ibarət idi.Bler hökümətinin xarici siyasəti leyborist hökümətinin ənənəvi siyasətinə uyğun olub daha çox praqmatik idi.İngiltərə ABŞ və NATO ölkələri ilə münasibətləri inkişaf etdirməyə davam edirdi.2001 iyun Bler və İspaniya baş naziri Xose Mariya Asnar birgə memorandum imzaladılar.Burda bildirilirdi ki, Avropa İttifaqı xalq təsərrüfatının dinamik inkişafı və iş yerlərinin artırılması ilə məşğul olmalıdır.90-cı illərin axırlarında Böyük Britaniyanın Rusiya ilə münasibətində soyuqluq davam etməkdə idi.Bu özünü iqtisadi-ticarət əlaqələrində daha aydın göstərirdi.İngiltərənin İspaniya ilə münasibətlərində Cəbəllütariq məsələsi ilə bağlı ixtilaflar Bler höküməti dövründə də qalmaqda idi.Nəhayət 1998-ci ilin noyabrı İngiltərə və İspaniya Cəbəllütariqə geniş səlahiyyətlər vermək və hər iki dövlətin ona havadarlıq etməsi barədə razılığa gəldilər.Cəbəllütariqdə ingilis bazaları saxlanıldı,lakin İspaniya icazə vermədiyindən NATO bu bazalardan istifadə edə bilmirdi.Bler hökümətinin ən böyük uğuru Şm İrlandiyada gərginliyin azalmasına nail olmaq idi. 1999 ilin apreli Bler İrlandiyanın baş naziri Berti Axari ilə 60 səhifəlik saziş imzaladı.Sazişə görə İrlandiyasa hakimiyyət qanunverici məclisə verilməli idi.Qanunverici məclis yerli hökümət təşkil etmək hüququna malik idi.Yerli hökümət koalisiyalı olmalı,yəni protestant və katoliklərdən təşkil olunmalı idi.
XXI əsrin əvvəlləri İngiltərənin ABŞ-la münasibətləri yüksələn xətlə davam edirdi.2001 11 sentyabrdan sonra bu müttəfiqlik daha da möhkəmləndi.ABŞ-ın Əfqanıstanda taliblərə qarşı apardığı əməliyyatlarda,Səddam Hüseynin devrilmədində İngiltərə fəal iştirak etdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin