1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


Pompidunun daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə5/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   2   3   4   5   6   7   8   9   ...   50
müasir t

15.74. Pompidunun daxili və xarici siyasəti
Şarl de Qollun istefaya getdikdən sonra 1969-cu il iyun ayında hakimiyyətə onun partiyasının rəhbərlərindən biri olan və baş nazir vəzifəsində işləyən Jorj Pompidu gəldi. Prezident seçkilərində Pompidu seçki kampaniyasını “varislik və dialoq” şüarı adı altında aparırdı. Onun tərəfdarları yaşlı qollistlər idi. Seçkilərin birinci turu namizədlərin heç birinə qələbə gətirmədi. İkinci turda Pompidunun rəqibi senatın sədri Alen Poer oldu. Pompidu “de Qollsuz Qollizm”şüarını irəli sürdü. O seçkilərdə qələbə qazandı.Yeni prezident öz sələfinin kursuna sadiq qaldı. O sənayenin sürətli, sabit inkişafı, modernləşdirilməsi və sosial problemlərin həlli proqramını irəli sürdü. 1968-ci ilin may-iyun hadisələrini nəzərə alan Pompidu- Şaban Delmas höküməti daxili siyasətin əsas vəzifəsi kimi “yeni cəmiyyət” yaratmaq proqramını irəli sürdü. Bu proqrama görə sinfi mübarizəni sosial barışıq, sinfi əməkdaşlıq əvəz etməli idi. Minimum əmək haqqı artırıldı. Hökümət ailə müavinətlərini artırdı. Eyni zamanda hökümət dövlətin iqtisadiyyata rəhbərliyi məsələsinə liberallaşma ruhunda yenidən baxılacağına vəd verdi. 1970-1975-ci illərdə həyata keçirilən iqtisadi və sosial inkişafa dair altıncı planda dövlətin tənzimləyici rolunun zəiflədilməsi və bazarın təsirinin gücləndirilməsi nəzərdə tutulurdu. 60-cı illərin sonu 70-ci illərin əvvəllərində sənayenin inkişafına xüsusi diqqət verilməsi nəticəsində fransızların həyat səviyyəsi xeyli yaxşılaşdı. Bundan sonra hakimiyyət uğrunda mübarizə məşhur qollist partiya olan Respublikanı Müdafiə Demokratlar İttifaqı Partiyası başda olmaqla sağ qüvvələrlə kommunistlər və sosialistlərdən ibarət sollar arasında getməyə başladı. Sosialistlər və kommunistlər birlikdə fəaliyyət proqramı işləyib hazırladılar. Bu proqrama görə onlar parlament seçkilərində qalib gələcəyi təqdirdə xalq birliyi höküməti yaratmalı idilər. Proqram 1972-ci ilin iyununda imzalandı. 1973-cü ildə keçirilən parlament seçkilərində 10 milyondan çox seçici bu proqrama səs versə də Milli Məclisdə sağlar üstünlük qazandılar. Xarici siyasət. Onun hakimiyyəti illərində Fransanın xarici siyasəti bir neçə istiqamətdə həyata keçirildi. Xarici siyasətin üstün istiqaməti Avropada gedən inteqrasiya proseslərində Frsansanın iştirakının fəallaşdırılması oldu. Şarl de Qolldan fərqli olaraq Pompidu ölkənin Avropa inteqrasiya proseslərində iştirakına Fransanın beynəlxalq mövqelərini gücləndirməklə bərabər daxildə sosial-siyasi və hüquqi sistemin təkmilləŞdirilməsimdə vasitə kimi baxırdı. Buna görə də 1969-cu ildə Pompidu Avropada inteqrasiya proseslərinin dərinləşdirilməsi, genişləndirilməsi və başa çatdırılması təklifilə çıxış etdi. Bu ideyaların əsasında 1973-cü ildə Avropa İqtisadi Birliyi ölkələri “Avropanın siması haqqında” adlı proqram sənədini qəbul etdi. Sənəd inteqrasiya proseslərinin genişləndirilməsini, onun iqtisadi və siyasi mərhələlərini nəzərdə tuturdu. Pompidu Şarl de Qolldan fərqli olaraq B.Britaniyanın AİB-ə daxil olmasına maneçilik törətmədi.1973-cü ildə B.Britaniya, Danimarka və İrlandiya AİB-ə üzv oldular.Xarici siyasətin ikinci istiqaməti ABŞ və NATO ilə qarşılıqlı münasibətləri gücləndirməkdən ibarət idi. Pompidu Şarl de Qolldan fərqli olaraq ABŞ və Nato ilə münasibətləri xeyli yaxşılaşdıraraq bu təşkilatla əlaqələrin genişləndirilməsinə xüsusi fikir verirdi. 1974-cü ildə Pompidunun təklifilə NATO üzvü olan dövlətlər “Yeni Atlantika xartiyası” nı imzaladılar. Xartiyaya görə, NATOnun fəaliyyətində kollegiallıq prinsipi genişləndirildi. Pompidunun hakimiyyəti ilərində xarici siyasətin istiqamətlərindən biri sosialist ölkələri ilə münasibətlər idi. Fransız höküməti bu ölkələrlə də qarşılıqlı münasibətlərini yaxşılaşdırdı. 1970-ci ilin oktyabrında Pompidu SSRİ-yə səfər etdi. Səfər zamanı Fransa ilə Sovet ittifaqı arasında siyasi məsləhətləşmələrin genişləndirilməsi və dərinləşdirilməsi haqqında protokol imzalandı. 1971-ci ildə Sov.İKP MK-nın Baş katibi Brejnevin Fransaya səfəri zamanı iki ölkə arasında beynəlxalq gərginliyin zəiflədilməsinə və ümumi tərksilah keçirilməsində razı olduqlarını bildirdilər. Fransa Misir və İraqla münasibətləri yaxşılaşdırdı. 1974-cü il aprelin 2-də Pompidunun qəfil ölümü ölkənin siyası həyatında yeni şərait yaratdı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin