14.L.Conson kabinetinin daxili və xarici siyasəti Daxili siyasət. Lindon Conson 1963-1969-cu illərdə ABŞ-ın prezidenti oldu. O, 1964 yanvar ayında konqresə gondərdiyi məktubda ölkədə geniş islahatlar proqramının həyata keçirilməsini irəli sürdü. Bu proqramda yoxsulluqla mübarizə, dövlət büdcəsi kəsrinin ixtisar edilməsi, vergilərin azaldılması və vətəndaş hüquqları haqqında qanunların qəbul edilməsi nəzərdə tutulurdu. 1964-cu ilin fevral yeni vergi qanunu tətbiq edildi.Az qazanclı şəxslərdən alınan gəlir vergisini ildə 15-20% azaldıldı. 1964-cu ilin martında yoxsulluğa qarşı mübarizə, iyulda vətəndaş hüquqları haqqında qanunlar qəbul edildi.İrqi ayrı-seckilik qadağan olundu. Bunun ardınca 1965-ci ilin avqust ayında zəncilərin secki hüquqlarının mudafiəsi haqqında qanun qəbul edildi.1968-ci ilin aprelində konqres mənzil satışı və icarəyə verilməsi zamanı irqi ayrı seçkiliyə yol verilməsini qadağan edən qanun qəbul etdi. 1964-cu ilin noyabr seckilərində L. Conson 61% səs alaraq yenidən prezident secildi. 1965-ci il yanvarın 20-də prezident kreslosuna əyləşən L. Conson “böyük cəmiyyət yaratmaq” proqramını irəli surdu. Bu proqram vətəndaş hüquqları haqqında qanunların qəbul edilməsini, yoxsulluğa qarşı mubarizə aparılmasını, şəhərlərin abadlaşdırılmasını və s. nəzərdə tuturdu.İctimai işlər çoxaldıldı, mənzil və şəhər tikintisinə ayrılan xərclər artırıldı, çoxlu sağlamlıq mərkəzləri acıldı.1946-1964-cu illərdə yeni doğulanların sayı 76,4 milyon olmuşdu. 1964-1968-ci illərdə ABŞ-da yoxsulların sayı 36,4 milyon nəfərdən 24,5 mln nəfərədək azaldı.1968-ci ildə 1 saatlıq məvacib 1,60 dollara qaldırıldı. Ölkədə 38,2 saatlıq iş həftəsi tətbiq edildi.L. Consonun hakimiyyəti dövründə ABŞ-da irqi bərabərsizliyin bütün növləri qanunla qadağan edildi. 1968-ci ildə C. Kennedinin qardaşı, prezidentliyə namizədliyini irəli sürmüş Robert Kennedi qətlə yetirildi. Həmin ildə insan hüquqlari uğrunda mübarizə aparan Martin Luter Kinq də öldürüldü.
Xarici siyasət: Kennedinin ölümündən 2 gün sonra L. Consonun rəhbərliyi ilə Rask, Bandi, Makkoun, Boll və ABŞ-ın Soyqondakı səfirinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə ABŞ-ın xarici siyasətinə dair məsələlər, Hind-Çində vəziyyət geniş müzakirə edildi. Consonun hakimiyyəti illərində “quruculuq” və ya “körpülər salma” doktrinası meydana çıxdı.Doktrinanın məqsədi Qərb dövlətləri ilə bəzi sosialist ölkələri arasında hərtərəfli münasibətləri inkişaf etdirmək idi 1964-cu ilin əvvəlində Panama ilə ABŞ arasında münaqişə yarandı. 1965-ci il aprel ayının sonlarında Birləşmiş Ştatlar Dominikan respublikasına hərbi qüvvələr göndərdi.ABŞ Yaxın və Orta Şərqdə nüfuzunu gücləndirməyə başladı. Yaxın Şərq münaqişəsində ABŞ İsraili müdafiə edirdi.Cənub-Şərqi Asiya hadisələrinə ABŞ-ın fəal müdaxiləsi Hind-Çində fransız müstəmləkə ağalığının suquta uğradığı vaxtdan başlandı. Hələ Trumen 1950-ci ildə Vyetnama 35 məsləhətçi göndərmişdi. Kennedinin hakimiyyəti illərində Cənubi Vyetnama 16 min amerikan əsgər və zabiti göndərilmişdi. 1964-cu ilin yayında bu istiqamətdə yeni addım atıldı. Tonkin korfəzində amerikan esminesləri ilə Şimali Vyetnam torpedo katerləri arasında baş verən hadisənin xarakterinin birtərəfli şərhinə əsaslanan Conson hokuməti konqresdə qətnamə qəbul edilməsinə nail oldu. Bu qətnamə Cənub-Şərqi Asiyada kommunist təhlüləsinin qarşısını almaq üçün prezidentə silahlı qüvvələrdən istifadə etmək imkanı verirdi. 1965-ci ilin fevralın 7-də ABŞ Vyetnama qarşı hərbi əməliyyatlara başladı. Tonkin qətnaməsinə müvafiq olaraq ABŞ hökuməti Şimali Vyetnam ərazisini bombardman etdi. Bombardman 2 mərhələli nəzərdə tutulmuşdu.I mərhələdə ABŞ üçün təhlükə törədən qüvvələr zərərsizləşdirilməli,II mərhələdə isə baş verən antiamerikan hərəkətlər aradan qaldırılmalı idi. 1965-ci ilin aprel ayında Birləşmiş Ştatlar Cənubi Vyetnama 50 min nəfərlik ordu gondərdi. İlin sonu üçün hərbiçilərin sayı 75 minə catdı. 1966-cı ildə Vyetnamda 375 min amerikan əsgəri var idi. 1966-cı il iyunun 12-də Consonun “Asiya doktrinası” meydana gəldi. Bu doktrinaya əsasən ABŞ Asiyada sülhpərvərlik missiyasını öz üzərinə götürdü.