1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət



Yüklə 133,41 Kb.
səhifə23/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
müasir t

27. Con Kennedinin xarici siyasəti
1960-cı il noyabrın 8-də keçirilən prezident seçkilərində demokratlar partiyasının nümayəndəsi, 43 yaşlı senator Con Kennedi cüzi səs çoxluğu ilə qalib gəldi. O, 35-ci prezident kimi 1961-1963-cü illərdə hakimiyyətdə oldu.Kennedi hökuməti xarici siyasət sahəsində çoxlu problemlərlə üzləşmişdi.Dünyada baş veran qlobal dayişiklər, Asiya, Afrika və Latın Amerikası ölkələrində güclənən milli azadlıq hərəkatı ABŞ-in xarici siyasətinə ciddi təsir edirdi. ABS-in xarici ölkələrdə iqtisadi maraqlarının etibarlı mühafizə edilməsi aktuallaşmışdı. Belə vəziyyət ABŞdan foal xarici siyasət aparmağı tələb edirdi. Dünyada baş verən proseslər xarici siyasətin qloballaşdırılmasının zəruriliyin irəli sürürdü. Bütün bu amillləri nəzərə alan C. Kennedi xarici siyasatdə “yeni hüdudar doktrinasının” müddaǝlarını əsas götürürdü. O, 1960-cı ildə general M. Teylar tərəfindən irəli sürülmüş “çevik münasibət doktrinasını” qəbul etdi. Bu doktrinaya görə ABŞ dünyanın istənilən nöqtəsində baş verən lokal va beynəlxalq münaqişələrə müdaxilə edə bilərdi.Kennedinin “yeni hüdudlar doktrinasında” SSRİ ilə yeni münasibətlər qurmaq və sazişlər bağlamaqdan, dünyada qüvvələr nisbətini öz xeyrinə dəyişməkdən ötrü dövlət organlarının səmərəli fəaliyyət göstərməsi irəli sürülürdü. İnkişaf etməkdə olan ölkələrdə kommunizmin yayılmasının qarşısının almaq üçün onlara “Sülh korpusu” göndərməsi,iqtisadi, diplomatik, ideoloji, dini va mədəni yardımlar göstərilməsi əsaslandırılırdı .Kennedi hökumətinin xarici siyasətində Latın Amerikası ölkələrinə xüsusi diqqət yetirilirdi. 1961-ci il martın 13-də ABŞ Latin Amerikası ölkələrinə münasibətdə yeni doktrina irəli sürdü. Bu “Tərəqqi naminə ittifaq” adlandırıldı. Doktrinanın məqsədi ABŞ-m fəal maliyyə yardımı ilə Latın Amerikası ölkələrinin iqtisadiyyatını dirçəltmək idi. Plana uyğun olaraq 1961- 1968-ci illərdo Latın Amerikası ölkələrinə 4.5 milyard dollar yardım edildi. Bu yardımların köməyi ilə Latin Amerikası ölkələrində iqtisadi islahatlar aparıldı. Kennedi hökumətinin xarici siyasətində Qərbi Avropa ölkələri ilə əlaqələr xüsusi yer tuturdu. 1962-ci il yanvarın 26-da Kennedi konqreso yeni xarici ticarət proqramının qəbul olunması haqqında müraciət etdi. Bu proqram ABŞ-in Avropa İqtisadi Birliyi ölkələri ilə əlaqələrinin yaxşılaşdırılmasını nəzərdə tuturdu. Kennedinin layihəsinə. NATO ilə əlaqələrin genişləndirilməsi də daxil idi.Kennedi hökumətinin xarici siyasətində 60-cı illərin əvvəllərində ziddiyətli meyllər də müşahidə edilirdi. Əvvəlki illərdə olduğu kimi ABŞ-ın əsas səyləri Sovet İttifaqı ilə qarşıdurmaya yönəlmişdi. Kuba inqilabından sonra, 1960-cı iyulun 9-da Xruşşov bildirdi ki, SSRI indi ABŞ-a avvəlkindən çox yaxındır. 1961-1962-ci illərdə bu qarşıdurmanın əsas arenası Kuba oldu. 1961-ci ilin aprelinda amerikan gəmilərinda Kuba ərazisinə kubali mühacirlərin hərbi desanti çıxarıldı. Lakin Kubaya qarşı silahlı müdaxilə cəhdi boşa çıxdı. Buna baxmayaraq, Kuba ətrafında vəziyyət ağır olaraq qalırdı. Belə şəraitdə SSRİ çox təhlükəli addım atdı. 1962-ci ilin iyununda Moskvada Kubada sovet atom silahının yerləşdirilməsinə dair gizli müqavilə imzalandı. İyul-sentyabr aylarında Kuba ərazisində 62 ədəd orta mənzilli raket yerləşdirildi. Bu raketlər ABŞ-ın böyük şəhərlərinə qarşı yönəldilmişdi. Bu isə ABŞ-ın dövlət və mi” mənafelərinə zidd olub nüvə müharibəsi təhlükəsi yaradırdı. Cavab ola Kennedi hökuməti 1962-ci il oktyabrın 22-də Kubanı hərbi-dəniz blokada aldı. Bir neçə gün ərzində dünya nüvə müharibəsi təhlükəsi qarşısında qa Böhran zamanı Kennedi bütün məsuliyyətini öz üzərinə götürdü. Hər iki tərəfin. Qarşılıqlı güzəşta getmasi nəticəsində Karib böhranı dinc yolla aradan qaldırıldı. Sovet İttifaqı öz nüvə raketlərini Kubadan çıxardı. Con Kennedi Kubaya müdaxiləyə cəhd etməyəcəyi və rejimi devirmək üçün səylər göstərməyəcəyi öhdəliyini götürdü. 1962-ci ilin Karib böhranından sonra ABŞ-ın dövlət rəhbərləri SSRİ ilə münasibətləri təhlükəli vəziyyətə çatdırmamağa üstünlük verdilər. 1963-cü il iyunun 10-da prezident Kennedi Vaşinqtondakı Amerikan Universitetinda söylədiyi nitqində mühüm beynəlxalq problemlərin hərbi yolla deyil, dinc vasitələrlə həll edilməsinin zəruriliyinin və ABŞ-ın yer kürəsindəki hər hansı başqa sistemlə dinc yarış aparmağa hazır olduğunu bildirdi.Karib böhranından sonra böyük dövlətlər arasında nüvə tərksilahı problemi daha da aktuallaşdı. 1963-cü ilin avqustunda Moskavada SSRİ, ABŞ və İngiltərə hökumətləri atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarını qadağan edən müqaviləni imzaladılar. ABŞ senatı bu təsdiq etdi. Lakin ABŞın Hərbi-sənaye kompleksinin nümayəndələri prezidentin bu sahədə fəaliyyətindən narazı qaldılar.1963-cü il noyabrın 22-də Kennedinin Texas ştatının Dallas şəhərində öldürülməsi ilə tərksilah sahəsində aparılan iş müvəqqəti olaraq yarımçıq qaldı. ABŞ konstitusiyasına əsasən vitseprezident Lindon Conson prezident səlahiyyətlərini icra etməya başladı.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin