4. Müəssisənin idarəedilməsi, idarəetmənin məqsədi və funksiyaları. Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.Idarə olunan müəssisələr 2 cür olur:
Dövlət müəssisələri.
Qeyri-dövlət müəssisələri.
Müəssisənin idarə edilməsində aparıcı yeri inzibati heyyət,personal və kadrlar tutur. İdarəetmə mürəkkəb sosial – iqtisadi prosesdir.Istehsalın idarə edilməsinin əsas məqsədi iqtisadi qanunlar ilə müəyyənləşdirilir. İdarəetmədə konkret məqsədin müəyyən edilməsi çox mühüm əhəmiyyət kəsb daşıyır. İdarəetmə mahiyyət etibarilə ilə hər hansı bir problemin həlli adi prosesidir.İdarə etmənin aşağıdakı funksiyaları var: Planlaşdırma funksiyası- idarəolunan obyektin perspektiv, cari və operativ planların tərtibidir.
Təşkilati funksiya- əmək fəaliyyətinin elementləri arasındakı qaydaları nizamlayır.Eləcədə idarə olunan və idarə edən sistemləri təşkil edir və sistemdə hər bir işçinin yeri və rolu müəyyənləşdirilir.
Əlaqələndirici funksiya - idarə etmə sisteminin müxtəlif hissələri arasında uyğunluq yaradılmasının təmin edilməsinə yönəldilir.
Nəzarət funksiya- İdarəetmə obyektinin real vəziyyətini müşahidə və təhlili əsasında qiymətləndirilir, yəni sistem səmərəli qaydada nəzarətin həyata keçirilməsini tələb edir.